Şuşa Azərbaycanın tacıdır

Günəş öz şəfəqlərini saçdı. Səmanın üzərindən buludlar çəkilməyə başladı. Uzun müddət çaxan şimşək birdən dayandı. Xalqın gözləri günəşdən daha da işıqlı parlayırdı. Yağışdan sonra gözəl torpaq qoxusu duyulmağa başladı.

 Xalqımızın igid oğulları Şuşanı vandallardan azad etdi. O igidlər ki, vətən torpaqlarının mənfur əlində qalmasına icazə vermədilər. Vətən üçün, xalq üçün, millət üçün canını heçə saymağa hazır vətənpərvər oğullar idilər. O igidlər ki, nə vaxtdandır işğal altında olan Qarabağımızı, Şuşamızı azad etdilər. Müqəddəs bayrağımız müqəddəs Qarabağ torpaqlarında dalğalandı. Öcümüz alındı!

 Əsgərlə olan dialoq :
+Bizim işimiz haqq işidir. Haqqını almağa gedirsənsə, hara gedəcəyini önəmsizdir.
– Mən səni sevən anana, ailənə nə deyərəm ?
 + Deyərsən ki , mən ölməyə yox , öldürməyə gedirəm. Onlar məni bir müddət ərzinə görməyəcək , amma Qarabağım 30 ildir ki görmür. Hansı həsrət daha çətin olar səncə ?
 Bu sözlərin qarşısında susdum , sanki nitqim tutuldu.
 (Heç ağlıma belə gəlməzdi ki, bu söhbət onunla olan son söhbətim olardı…)

Qarabağ dağlarının başında Şuşa zümrüd tacıdır. Fəqət mənim qəlbim buranın həmişə möhtacıdır. Şuşa Qarabağın vuran qəlbi , biz Şuşanın köksündə kiçik bir parça … Bu parçalarla hüzuruna gəlmişik. İgid oğlun gəldi ki, səni bağrına bassın, illərdir axan göz yaşını silsin. Yetişdi ki, hər şeydən üstün tutduğu qurdbaşlı bayrağın balası bayrağını və Şuşasını qovuşdursun. Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Şuşa əməliyyatı ayrıca bir dastandır. O haqda hələ çox danışılacaq. Ancaq Şuşaya gedən hər bir adam o sıldırım qayaları görərkən təsəvvür edə bilmir ki, o alınmaz qala necə alındı. Ancaq peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına biz Şuşanı azad etdik və düşmək diz çökdü, qarşımızda başını əydi, ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi.

Bu gün böyük qururla deyə bilərik ki, Xarıbülbül qan ağlamır , İsa bulağından qan fışqırmır və Pənah xanın qəbri od tutub yanmır. Artıq vətən həsrəti çəkmirik. Bu, bizim xoşbəxt sonsuzluğumuzdur! Artıq Qarabağ azaddır. Qarabağ Azərbaycandır və nida işarəsi!

YAZAR: Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Xədicə Səyyarqızı

HƏMÇİNİN BAX: Qarapapaqlar
HƏMÇİNİN BAX: Tehsilim.org/kafkazh-media-groupun-yeni-tcrub-programi