Şuşa abidələri

Ərazisi 289 kv. kilometr olan Şuşa rayonuna 1 şəhər və 31 kənd daxildir. Təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biri olan Şuşa müdafiə məqsədilə tikilmiş qala-şəhər olmuşdur. Buna görə də təsadüfi deyildir ki, bu gün el arasında qədim məkan Şuşa qalası kimi də tanınır. Bu gün Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna yüzlərlə tarixi abidələrimiz daxildir. Lakin, əfsuslar olsun ki, onların bir çoxu erməni vandalizminin qurbanına çevrilib.

Dini-tarixi abidələr:

– Hacı Yusifli məscidi (XVIII əsr)
– Çöl Qala məscidi (XVIII əsr)
– Xoca Mərcanlı məscidi (XVIII əsr)
– Quyuluq məscidi (XVIII əsr)
– Seyidli məscidi (XVIII əsr)
– Məscid (XVIII əsr)
– Mərdinli məscidi (XIX əsr)
– Culfalar məscidi (XIX əsr)
– Köçərli məscidi (XIX əsr)
– Malıbəyli məscidi (XIX əsr)
– Alban kilsəsi (XIX əsr, Qeybalı kəndi)
– Alban kilsəsi (XIX əsr, Daşaltı kəndi)

Kilsə qalıqları:
– Qız monastırı (XVIII-XIX əsr)
– Qazançı kilsəsi (XIX əsr)
– Qaybalı məscidi (XIX əsr)
– Şirlan məscidi (XIX əsr)
– Yuxarı məscid mədrəsəsi (XVIII əsr)
– Mədrəsə (XVIII əsr)

Ziyarətgahlar:

– Türbə-Şuşa şəhəri
– Heydər türbəsi
– Həzrət Əli kahası (Nəzir kahası)
– Həzrət Abbas Şəfa ocağı
– Saqqaxana və Pirgah pirləri
– Seyid Mirfəsih türbəsi
– Ağadədəli məhəlləsində Mir Mehdi ağanın ocağı
– Qasım ağanın ocağı
– Seyidli məhəlləsində Seyid Xəlil Seyid Əli oğlunun ocağı

Tarixi-memarlıq abidələri:

– Kurqan (tunc dövrü), Şuşa şəhərinin şimal-qərbində
– Şuşa və Şuşakənd daş qutusu qəbirləri (son tunc və ilk dəmir dövrü)
– Daş qutusu nekropolu (dəmir dövrü), Qarabulaq kəndi
– Nekropol (son tunc və ilk dəmir dövrü), Dolanlar kəndi
– Qala divarı (1754-cü il), Şuşa şəhəri
– Pənah xanın sarayı (XVIII əsr), Şuşa şəhəri
– Qara Böyük Xanım bürcü (XVIII əsr), Şuşa şəhəri
– Hacıqulların malikanəsi (XVIII əsr), Şuşa şəhəri
Natəvanın evi (XVIII əsr), Şuşa şəhəri
Əsəd bəyin evi (XVIII əsr), Şuşa şəhəri
İkimərtəbəli karvansara (XIX əsr), Şuşa şəhəri
Mehmandarovların malikanə kompleksi: məscid, kiçik yaşayış evi, böyük yaşayış evi (XVIII əsr), Şuşa şəhəri
İbrahim xanın bürcü (XVIII əsr), Şuşa şəhəri
İsa bulağı (XIX əsr), Şuşa şəhərinin yaxınlığında
İbrahim xanın qəsri (XVIII əsr), Daşaltı kəndi
M.P.Vaqifin məqbərəsi (XX əsr)

YAZAR: Nərmin Hüseynli

 

Həmçinin bax: Əfəndilər, yarın Cümhuriyyəti elan edəcəyik!

Həmçinin bax: https://turaz.org/olkede-son-sutka-erzinde-10632-test-aparilib/

Həmçinin bax: https://tehsilim.org/kotirovka-sorgusu-dim/