Suriya hərbçiləri yerli terrorçuların insan orqanlarını saxladığı laboratoriya aşkarlayıb.
“Qafqazinfo” SANA agentliyinə istinadən xəbər verir ki, İdlibin Əl-Qadfa kəndində tapılan evin tibb işçisinə aid olduğu müəyyən edilib. Adı açıqlanmayan həmin şəxs ev şəraitində tibbi labortaoriya yaradaraq orada insan orqanları saxlayıb.
Evə baxış zamanı şəffaf qablarda xloroform məhluluna qoyulmuş, üzərlərinə kişi və qadın adları yazılmış insan orqanları aşkarlanıb.
Bundan başqa, laboratoriyada insanların adı, sağlamlıq vəziyyətləri haqda məlumatlar qeyd edilmiş siyahı tapılıb.Qeyd edək ki, Suriyada terrorçuların əsas gəlir mənbələrindən biri insan orqanlarının satışıdır. Onların nəzarət etdiyi ərazilərdə tez-tez insanlar yoxa çıxırlar. Onların orqan satışının qurbanı olduğu ehtimal edilir
Mənbə:Qafqaz.info
Müxbir:Heydərli Şəbnəm