Süni seçmə

Darvin və Wallace’dən əvvəl fermerlər və əkinçilər seçmə üsulundan istifadə edərək onilliklər ərzində bitki və heyvan xüsusiyyətlərində böyük dəyişikliklərə səbəb olurdular.  Fermerlər və əkinçilər yalnız arzu olunan xüsusiyyətlərə malik bitki və heyvanların çoxalmasına icazə verərək təsərrüfat fondunun təkamülünə səbəb olurdular.  Bu proses süni seçmə adlanır, çünki insanlar (təbiət əvəzinə) hansı orqanizmlərin çoxalacağını özləri seçirlər.

Süni seçmə təbii seçmə ilə eyni şəkildə işləyir, ancaq təbii seçmədə insanın müdaxiləsi olmur, təbiət özü qərar verir. Seçilən keyfiyyətlər təbii mühitdə orqanizm üçün faydalı olmaqdansa, insanlar üçün iqtisadi və ya estetik baxımdan arzuolunandır. Yəni insanlar süni seçmə zamanı canlı üçün yox, öz istəkləri üçün ən yaxşı olanları seçir.

Süni Seçmənin Mexanizmi:
  1. İnsan istədiyi xüsusiyyətlərə sahib fərdləri seçir.
  2. Seçilmiş fərdlər qarışdırılır.
  3. Seçilən keyfiyyətlərlə yeni bir cins alana qədər proses bir çox nəsillər üzərində təkrarlanır.

Süni seçmə kortəbii, metodiki olaraq 2 qrupa bölünür. Kortəbii seçmə hələ qədim zamanda aparılan süni seçmə növüdür. Qarşılarına heç bir məqsəd qoymadan toxumları gələn üçün seçib əkib becərirdilər. İnsanlar bu formada süni seçmə apararaq fərqində olmadan heyvanların və bitkilərin məhsuldarlığını artırmış və keyfiyyətini yüksəltmişdir.

Süni seçmənin digər bir forması isə metodik seçmədir. Bu seçmənin digərindən fərqi onun məqsədəuyğun olmasıdır. Seleksiyaçı əvvəlcədən bir istiqamət seçir və ona uyğun olaraq orqanizmin xarici görünüşün, biologiyasını müəyyənləşdirir. Bu üsul vasitəsilə yeni sortlar və cinslər əldə etmək daha az zaman alır. Metodik seçmə də özü 2 üsulla aparılır: kütləvi seçmə və fərdi seçmə.

Kütləvi seçmədə xarici görünüşünə görə seçilən bir sıra fərdlər cütləşir;  onların nəsilləri üstünlük verilən xüsusiyyətlər üçün daha da seçilir və proses istənilən cins və ya sort alınana qədər davam etdirilir.   Ailə seçimi, eyni əcdad fondundan bir-biri ilə birbaşa əlaqəsi olmayan orqanizmlərin cütləşməsinə aiddir.  Saf xətt seçimi, yalnız istədikləri xüsusiyyətlərə sahib təmiz bir orqanizm xətti qurulana qədər bir neçə nəsil üçün üstün orqanizmlərdən nəsillərin seçilməsini və yetişdirilməsini əhatə edir.

Süni seçmə mütləq eksperimental təkamül forması olduğu halda, əksərən ‘eksperimental təkamül’ termininin mənası süni seçmə xaricində, qanunauyğunluqlara tabe olan təbii seleksiya ilə məhdudlaşır. Süni seçmə ilə əvvəlcədən müəyyən olunmuş fenotip xüsusiyyətlərə bilinən bir seçmə gücü və istiqamətini  tətbiq etmək, canlının genofondunu, əsas xüsusiyyətlərini və genetik dəyişiklərini anlamaq üçün mövcud olan ən güclü metodlardan biridir;   Təbii seçmədə  hansı istiqamətdən istifadə ediləcəyi və hansı xüsusiyyətlərin saxlanması insan tərəfindən müəyyən edilə bilməz.

YAZAR: İsmayılova Qəribə

 

Həmçinin bax: https://kafkazh.com/analitik-kimya-fennivezifesi-ve-meqsedleri/

Həmçinin bax: https://tehsilim.org/doktoranturaya-ve-dissertanturaya-xarici-dil-uzre-qebul-imtahanina-hazirlasan-namizedlerin-nezerine/

Həmçinin bax: https://turaz.org/pasinyan-ona-gore-hakimiyyetdedir-ki-zengezuru-da-versin/