Sumqayıtın Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edib

 

Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzi 2020/2021-ci tədris ili üçün tələbə qəbulunu açıqlayıb.

 

“Report” xəbər verir ki, peşə təhsil mərkəzi yeni tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:

 

– Torna və frezer dəzgahların operatoru

 

– Proqramla idarə olunan dəzgahların operatoru

 

– Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru

 

– Sənayedə quraşdırma işləri üzrə usta

 

– Veb dizayner və proqram təminatçısı

 

Təhsil müddəti 1 ildir.

 

Qəbul müsahibə yolu ilə həyata keçiriləcəkdir.

 

Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər.

 

Sənədlərin qəbulu 15 avqust 2020-ci il tarixinədək Elektron qəbul sistemi (https://bit.ly/300YIef) vasitəsilə

 

Mənbə: Report.az 

Xəbərçi: Ələkbərova Nuray