“Sumqayıt” da yeni Müqavilə

 

 

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçu ilə müqaviləni yeniləyib.

 

 

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Cəmaləddin Xocaniyazov qarşıdakı 2 mövsümdə də “gənclik şəhəri” təmsilçisinin uğurları üçün çalışacaq.

 

 

 

24 yaşlı türkmənistanlı futbolçu geridə qalan 2019/2020 mövsümündə 16 oyunda ümumilikdə 1440 dəqiqə meydanda olub.

Müxbir:  kafkazh.com xüsusi müxbiri Ramid Əskərov