Subtropik qurşağın torpaqları

Bitkilərin xüsusiyyəti çöllərin rütubətlənmə dərəcəsini təyin edir. Ərazinin rütubətlənmə dərəcəsinin böyüklüyündən, bitki örtüyünün tərkibindən asılı olaraq torpaqlar da dəyişir. Subtropik qurşaqda aşağıdakı əsas torpaq qrupları ayrılır: rütübətli meşələrin, quru meşələr və kolluqların, quru subtropik çöl və alçaq otlu yarım savannaların, habelə subtropik səhraların torpaqları.

Keçmiş SSRİ-nin coğrafi vəziyyətindən asılı olaraq ərazisində subtropik torpaqlar az yayılmışdır. Bu torpaqlara yalnız Cənubi Qafqazda Gürcüstanda və Azərbaycan ərazisində təsadüf edilir.

 

Rütubətli subtropik meşələrin qırmızı və sarı torpaqları:
Bu torpaqlar Şərqi Asiyanın subtropik hissəsində (Çin, Yaponiya) və ABŞ-ın cənub-şərqində (Florida və ətraf ştatlarda), Cənubi Qafqazda Gürcüstan Respublikasının Qara dəniz sahillərində və Azərbaycan Respublikasının Lənkəran vilayətində yayılmışdır. Torpaqlar böyük kənd təsərrüfatı əhəmiyyətinə malikdirlər. Bunlarda rütubətli subtropik bitkilər (çay, sitrus) əkilir.

Rütubətli subtropik iqlim şəraiti çoxlu yağıntıları ilə xarakterizə olunur. Qışı yumşaq, mülayim, yayı isti olur. Məsələn, Gürcüstanın Acariya bölgəsində qırmızı torpaqların formalaşdığı coğrafi ərazinin orta illik temperaturu +140C, orta yanvar temperaturu +70C-yə yaxın, orta iyul temperaturu +220C-yə yaxındır. Acariyada yağıntılar payız, qış ayları düşür. Rütubətli subtropiklərin qırmızı torpaqları üzərində palıd, vələs, fısdıq və şabalıd ağacları yayılmışdır. Subtropik meşələrin biokütləsi 4000 s/ha çoxdur. Meşə töküntüsünün miqdarı 210 s/ha yaxındır.

Rütubətli subtropiklərin qırmızı torpaqlarında torpaqəmələgətirən süxurlar püskürmə (vulkanik) mənşəli dağ süxurlarının aşınma məhsullarıdır: andezit, bazalt, tuf, qumlu-çınqıllı şistlər, aşağı ərazilərdə allüvial və dellüvial-prolüvial gilli-qumlu və çınqıllı süxurlardır.

İsti və rütubətli iqlim şəraitində dağ süxurları intensiv aşınmaya məruz qalır və aşınma qatında kimyəvi proseslər baş verir və qırmızı rəngdə aşınma qatı yaranır. Bunların tərkibində alümünium və dəmir oksid qələvi və silisiuma görə çox olur.

Gürcüstanın Acariya bölgəsində yayılmış qırmızı torpaqların profili üzrə morfoloji təsvirinı diqqət yetirək:

A horizontu boz-qəhvəyi, çoxlu miqdarda bitki kökləri var, kəsəkvari strukturalı. Qalınlığı 15-20 sm. Yuxarı hissədə bir neçə sm qalınlığında meşə töküntüsü var.

B horizontu keçid illüvial horizont, ana süxurla bağlı olaraq qonur-qırmızı və yaxud sarı-qonuru rəngdə olur. Qalınlığı 50-60 sm.

C horizontu aşınma qabığı və yaxud qırmızı rəngdə məhsullar.

Yuxarı dispers hissəcikli minerallardan ibarətdir.

Genetik qatların kimyəvi tərkibinə diqqət yetirsək SiO2-nin miqdarı A horizontundan B horizontuna keçərkən azalır. Bu torpaqlar bütöv profil boyu turş mühitə malikdir. Humusun miqdarı A qatında 4-6% təşkil edir. Aşağı qatlara doğru onun miqdarı kəskin azalır. Humusun tərkibində fulvo turşular humin turşuları üzərində üstünlüyü malikdir.

Bu torpaqlarda podzollaşma dərəcəsi izafi nəmlik yarandığı şəraitdə çökək yerlərdə güclənir. Qırmızı torpaqlarda podzollaşma çimləşmə prosesi ilə birləşdiyindən torpağın üst hissədində humusun toplanması müşhidə edilir.

Qırmızı torpaqlar iki yarımtipə bölünür: tipik (podzollaşmış) və podzollaşmamış. Sarı torpaqlar gilli və gilli şistlər üzərində formalaşmışlar. Qırmızı torpaqlardan fərqli olaraq bu torpaqlarda silisiumun miqdarı çox, biryarım oksidlərin miqdarı isə azdır. Azərbaycanın Lənkəran zonasında düzən və dağətəyi hissədə xeyli geniş əraziyə malikdir.

Sarı torpaqlar qırmızı torpaqlarla müqayisədə daha yaxşı görünən podzollaşma əlamətlərinə malikdir. Ona görə də onların profili genetik horizontlara yaxşı ayrılmışdır. Torpaq horizontlarının ümumi qalınlığı 30-40 sm-dən 60-70 sm arasında dəyişir. Sarı torpaqlar aşağıdakı horizontlara ayrılır: A0– meşə döşənəyi (3-4 sm); A1-humus horizontu, A2-podzollaşmış; qonur-sarımtıl rəngdə, gillicəli; B-illüvial horizont, açıq sarı, topavarı, prizmavarı strukturlu, gillicəli; Cmüxtəlif rəngli torpaqəmələgətirən süxurlar.

Rütubətli subtropik meşələrin torpaqları azotlu və bəzi kül elementləri ilə kasıb təmin olunmuşdur. Ona görə də bu torpaqlara mineral gübrələrin tətbiq olunması zəruridir. Bu torpaqlar daha çox eroziyaya məruz qalmışdır. Ona görə də k/t-da istifadə zamanı birinci olara eroziyaya qarşı mübarizə tədbirlərinin aparılması zəruridir. Sarı torpaqlar zonas daxilində dörd tip ayrılmışdır: sarı torpaqlar; podzollu-sarı torpaqlar; sarı-qleyli torpaqlar və podzollu-sarı-qleyli torpaqlar.

 

Quraq subtropik meşələrin və kolluqların torpaqları:
Quru meşə və kolluqlar altında formalaşmış torpaqlara Cənubi Avropada, Şimali Afrikada, Yaxın Şərqdə, Mərkəzi Asiyada, Şimali Amerikada, Meksikada, ABŞ-ın cənub-qərbində, Avstraliyanın evkalipt meşələrin altında, Azərbaycanda, Kırım yarımadasında, Tyan-Şan dağlarında rast gəlinir. Bu torpaqlar Aralıq dənizi sahili landşaftları üçün xarakterikdir.

Bu landşaftın iqlimi illik temperaturun müsbət olması ilə xarakterizə olunur. Orta illik yağıntı 600-700 mm təşkil edir. Yağıntılar il daxili qeyri-bərabər paylanmışdır. Onun çox hissəsi ilin soyuq dövrü (noyabr-mart) düşür. İsti yay mövsümü yağıntılar kəskin azalır.

Aralıq dənizi iqlimi tipində arid meşələr, o cümlədən həmişəyaşıl palıd, şamın müxtəlif növləri, ağaca bənzər ardıc, kol bitkilərindən makvislər, sibliyak, yemişan və s. geniş yayılmışdır. Bu meşələrin kül elementlərində kalsiumun miqdarı üstünlük təşkil edir.

Aralıq dənizi iqlim tipi torpaqlarının torpaqəmələgətirən süxurları bareal qurşağın torpaqəmələgətirən süxurlardan fərqlənir. Burada buzlaq çöküntüləri rol oynamır. Əsasən löss və lössabənzər gillicələr, əhəng süxurları, qırmızı rəngli aşınma qabığı üstünlük təşkil edir.

Aralıq dənizi rayonunda formalaşmış torpaqların morfologiyası aşağıdakı kimidir: humus horizontu qəhvəyi və yaxud tünd-qəhvəyi rəngdə, kəsəkvari strukturalı və qalınlığı 20-30 sm. Dərində bərkimiş qat mövcuddur. Müəyyən qatlarda kabonat törəmələri vardır. Arid rayonlarda karbonatlı psevdomitselilər humus horizontunda mövcuddur. Bərkimiş qatın rəngi açıq qəhvəyidir. Torpaqəmələgətirən süxurlar əhəng daşlarından və şistlərdən ibarətdir.

Aralıq dənizi rayonunun arid meşələrinin xarakterik torpaqları qəhvəyi torpaqlardır. Bu torpaqların genetik xüsusiyyətləri aşağıdakı kimidir:

  1. Torpaq profili üzrə humusun miqdarı dərinliyı doğru tədricən azalır.
  2. Yuxarı qatlarda mühit reaksiyası neytrala yaxın, aşağı qatda zəif qələvidir.
  3. Torpaq profilinin genetik qatları üzrə xırda silikatlar qeyri-bərabər paylanmışdır.

Qəhvəyi torpaqlar ilk dəfə S.A.Zaxarov tərəfindən Qafqazda təsvir edilmişdir. O, həmin torpaqları qəhvəyi meşə torpaqları adlandırmışdır. Sonralar İ.P.Gerasimovun tədqiqatları qəhvəyi-meşə torpaqların quru subtropik meşə və kolluqlar altında formalaşmış sərbəst tip kimi ayırmağa imkan vermişdir.

Qəhvəyi torpaqların profilinin quruluşu aşağıdakı kimidir: A(k)+Btk-BC(BCk)-Ck. Diaqnostik əlamətləri: torpaq profilinin böyük qalınlığı (dağ rayonlarından başqa) 1,5-2 m, humus qatının qalınlığı 60-70 sm və humusla (4-6%) zəngindir, torpaq profilinin yüksək gilləşməsi.

Boz-qəhvəyi torpaqlardan fərqli olaraq qəhvəyi torpaqlar, tipik qəhvəyi torpaqlar, karbonatlı qəhvəyi torpaqlar.

Quru subtropik meşə və kolluqların torpaqları yüksək məhsuldar olmaqla və uzun illər əkinçilikdə istifadə olunmuşdur. Bu torpaqlardan üzümçülükdə, zeytun və meyvə bağları altında istifadə olunur.


Quru subtropiklərin boz torpaqları:
Quru subtropiklərin arid landşaftlarında boz torpaqlar formalaşmışdır. Bu torpaqlar Mərkəzi Asiyanın dağətəyi ərazilərində geniş yayılmışdır. Mərkəzi Asiyada bir sıra alimlər boz torpaqların genizi ilə məşğul olmuşdur. A.N.Rozonov (1951) bu torpaqları daha dərindən tədqiq etmişdir.

Boz torpaqların əmələ gəldiyi iqlim şəraiti Aralıq dənizi subtropiklərinə bəzi əlamətləri uyğun gəlir. Yağıntıların əsas kütləsi qışda və yazda düşür. Yayda yağıntılar çox az düşür. Yağıntıların illik miqdarı aşağı dağətəyində 300 mm-dən dağətəklərində dəniz səviyyəsindən 500 m-dən hündür olan ərazilərdə 500-600 mm yağıntı alır. Boz torpaqların bitki örtüyü alçaqboylu ot bitkilərindən ibarətdir. Yaz rütubətliyi dövrü bitən efemerlər yazın axırlarında quruyurlar.

Mərkəzi Asiyanın dağətəyi zonalarında torpaqəmələgətirən süxurlar lösslərdir. Xususilə, Mərkəzi Asiyada lösslərin tərkibi qırıntı silikatlardan ibarət olub, kvars qırıntıları üzərində formalaşmışdır. Mərkəzi Asiyanın dağətəyi zonalarında torpaqəmələgətirən  süxurlar lösslərdir. Xüsusilə, Mərkəzi Asiyada lösslərin tərkibi qırıntı silikatlardan ibarət olub, kvars qırıntıları üzərində formalaşmışdır.

Tipik boz torpaqların profil quruluşu aşağıdakı kimidir:

A horizontu – açıq boz rəngdə, yaxşı seçilməyən kəsəkvari, qalınlığı 15-20 sm.

A/B horizontu – keçid qat, humus qatına nisbətən yumşaqdır, 15 sm, qalınlığı 10-15 sm.

B horizontu – açıq qəhvəyi rəng, zəif bərkimiş, karbonat törəmələri. Tədricən torpaqəmələgətirən süxurlara keçir. Karbonat horizontunun qalınlığı 60-90 sm-ə yaxındır.

Bu qatların bütün profili byu qurd, həşərat və kərtənkələnin intensiv fəaliyyəti özün göstərir.

Genetik qatların kimyəvi analizindən göründüyü kimi silikat kütləsi profil boyu zəid fərqlənir. Silisium oksidin miqdarı B horizontu üzrə çox zəif dəyişir.

A horizontundan humusun miqdarı 1,5-3% olub, aşağı qatlara doğru tədricən azalır. Bu torpaqlarda fulvo turşuların miqdarı humin turşuların miqdarına çox yaxındır.

Karbonatlılıq üst qatlardan başlayır və aşağı qatlara doğru onun miqdarı artır. Torpaq reaksiyası (7,5-8,5) zəif qələvidir.

Nisbətən yaxşı rütubətlənmə şəraitində dağətəyi ərazilərdə tünd boz torpaqlar formalaşmışdır ki, bu torpaqlarda humusun miqdarı 4%-ə çatır. Üst qatda karbonatlılıq müşahidə olunmur.

Boz torpaqlar boz-qonur torpaqlarla sərhəd təşkil edir və tədricən bu torpaqlar biri digərini əvəz edir.

Boz torpaqəmələgəlmə üçün torpaqəmələgəlmə prosesinin yüksək, lakin qısa biogenliyi xasdır. Bu torpaqlarda kifayət qədər kimyəvi elementlər toplanmışdır, lakin qida maddələri, xüsusilə azot çatışmır. Kənd təsərrüfatı məqsədi üçün əkinçilikdə su çatışmamazlığı ilə özün göstərir. Mərkəzi Asiyada yayılmış boz torpaqlarda suvarma şəraitində pambıq və çəltik əkilir.

Boz torpaqların suvarılması torpaqəmələgəlmə prosesinin gedişini əhəmiyyətli dərəcədə dəyişir. Boz torpaqların boz, suvarılan boz və çəmən-boz tipləri vardır. Boz torpaqlar aşağıdakı yarımtiplərə bölünmüşdür: açıq boz torpaqlar, tipik boz torpaqlar, tünd boz torpaqlar.

YAZAR: Səbinə İsmayılova
HƏMÇİNİN BAX: Suvar xaqanlığı
HƏMÇİNİN BAX: Tehsilim.org/qadin-azadligi/