stress

Stress sözü 1900-cü ildən bəri ruhi və fiziki dəyişikliklərə gətirib çıxaran vəziyyətə deyilir. Stress-orqanizmdə əsəb sistemlərinin normal vəziyyətdən kənara çıxmasıdır. Vəziyyətə görə stress həm faydalı, həm də zərərli ola bilər. Tibb lüğətində stress adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. Stress anlayışının müəllifi Kanada alimi H.Selye hipofiz-böyrəküstü vəzi sistemini orqanizmin hər hansı fövqəlada təsirlərə qarşı adaptasiyasını təmin edən mexanizm hesab edirdi.Stress kədərdən,üzüntüdən, təlaşdan, çətin anlarda, problemləri düşünən zaman meydana gəlir. Stress-emosional gərginlikdir.Stress həmişə, əvvəllər deyildiyi kimi orqanizmin yox, şəxsiyyətin psixofizioloji reaksiyasıdır. Onun yaranmasında təkcə soyuq və isti, aclıq və xəstəlik, həyat təhlükəsi və sağlamlığı itirmək qorxusu deyil, həm də inciklik, təqsir, qısqanclıq, abır-həya mühüm rol oynayır. Bundan başqa emosional stresslər də mövcuddur. Emosional daha çox təhlükəli, qorxulu vəziyyətlərdə, ciddi inciklik şəraitində baş verir. Bu halda insanın psixi proseslərinin, emosional halətlərinin, fəaliyyətin motivasiyasının ciddi təbəddülata uğraması, orada müəyyən dəyişikliklərin baş verməsi özünü göstərir. Orqanizm və həyat üçün təhlükəli olan hər bir emosional stress yarada bilir. Emosional və ya psixoloji stress fərdin normal fəaliyyət həddini keçən qeyri-adi haldır.  Stress-orqanizmin daha çox gözlənilməz halda, qeyri-adi-ekstremal təsirlərə məruz qalması ilə əlaqədar olaraq baş verir və müxtəlif təzahürlərə malik olur. Bundan başqa stress insanın psixi halətində baş verən gərginlik və sıxıntını bildirir. Stressi törədən amillər, səbəblər isə stressorlar adlanır. İstənilən stress- fiziki, emosional və ya xəstəliklə əlaqədar, sarsıntı nəticəsində, ağrılardan, zədədən yaranaraq beyin qabığından başlamış subhüceyrə, molekulyar törəmələrədək zəncirvari reaksiya əmələ gətirir. İmtahanqabağı ürəkbulanma, dizlərin və əllərin əsməsi, ovucun tərləməsi, xolesterin ifrazının artması, iştahanın küsməsi və s emosional stressə olan somatik reaksiyadır. Dəhşət hissi keçirərkən beyinin adrenokortikal sistemlərində qeyri adi qıcıqlanma nəticəsində və ya kəskin stress vəziyyətindən qidadan imtina nəticəsində ölüm halları müşahidə olunur. Emosional stress təhlükənin reaksiya vasitəsilə qiymətləndirilməsi və müdafiəyə hazırlıq prosesi kimi başa düşülməlidir. Emosional stress özünənəzarətin itirilməsi, yəni situasiyanı düzgün qiymətləndirə bilməmək və həmçinin ona münasibət göstərməkdən imtina kimi də başa düşülə bilər.Stresslər bizim təkcə fiziki yox, həm də zehni-mental durumumuza ziyan vura bilər. Stress bir xeyli səbəblərdən yarana bilər. Ən əsası onun hansı səbəbdən yarandığını aşkar etmək, və o problemi aradan qaldırmaq lazımdır. Ən pisi isə hardasa bütün xəstəliklərin kökü stressdən yaranır. Buna görə həmişə pozitiv olaq. Hislərimizi cilovlayaq. Su içərək sakitləşə bilərik. Yaxud psixoloji meyidlar sayəsində. EFT üsulu sayəsində tam pozitiv hiss edə bilərik.

Yazar: Həsənova Günel WCU