Stress haqqında
Bütün insanlar stresi eyni şəkildə yaşamır və eyni reaksiya vermirlər. Bu fərqlər mühüm ola bilər. Kardioloqlar Meyer Friedman və R. H. Rosenman (1974) stress və ürək xəstəliyi arasındakı əlaqəni ilk araşdıranlardan idi. Onlar araşdırmalarda evli cütlüklərdə partnyorların tez-tez oxşar həyat tərzinə, pəhrizə və idman qaydalarına malik olmasına baxmayaraq, kişilərin ümumiyyətlə qadınlardan daha çox ürək xəstəliyi olduğunu gördülər. Fərqi izah etməyə çalışarkən partnyorların şəxsiyyət xüsusiyyətlərinə diqqət yetirdilər, ərlərin qadınlardan daha çox stressli amillərə, mənfi duyğularla və düşmənçiliklə cavab vermə ehtimalı daha yüksək olduğunu tapdılar.
Son araşdırmalar gündəlik əngəllərdən irəli gələn fizioloji stress reaksiyasının ən güclü proqnozlaşdırıcısının mənfi duyğuların ortaya çıxması olduğunu göstərdi. Gündəlik problemlər nəticəsində güclü mənfi duyğular yaşayan və stresə düşmənçiliklə cavab verən insanlar daha az mənfi reaksiya göstərənlərdən daha çox mənfi sağlamlıq nəticələri yaşayırlar (McIntyre, Korn, & Matsuo, 2008; Suls & Bunde, 2005).
Williams və həmkarları (2001), qəzəb ölçüsündə yüksək nəticə göstərən insanların az nəticə göstərən insanlara nisbətən ürək tutmasından üç qat daha çox əziyyət çəkdiklərini tapdılar. Orta hesabla, kişilərin stresə qarşı mübarizə və ya qaçış reaksiyasını aktivləşdirərək stresə cavab vermə ehtimalı qadınlardan daha yüksəkdir, bu da hərəkətə hazırlığı artıran stresə qarşı emosional və davranışçı bir reaksiyadır. Kişilərin stresə məruz qaldıqları həyəcan onları təcavüzkar və ya intiqamlı bir şəkildə hücuma keçməyə və ya stressdən qorunmaq üçün mümkün qədər tez geri çəkilməyə aparır. Əgər onlar bunu edə biləcəklərini düşünürlərsə, mübarizə və qaçış cavabı kişilərə stres mənbəyini idarə etməyə icazə verir və əgər bu mümkün deyilsə, vəziyyətdən ayrılaraq üzlərini xilas etməyə icazə verir. Mübarizə və ya qaçış reaksiyası kişilərdə HPA oxunun aktivləşdirilməsi ilə baş verir. Digər tərəfdən, qadınların stresə qarşı mübarizə və ya qaçış reaksiya verməsi daha az ehtimal olunur. Daha doğrusu, onlar dost olma reaksiyasına daha çox meyilli olurlar. Meyl və dostluq reaksiyası, təhdidlərdən qorunmanı təmin edən sosial şəbəkələr yaratmaq üçün hazırlanmış fəaliyyətləri əhatə edən stresə qarşı davranış reaksiyasıdır. Bu yanaşma həmçinin özünü qoruyur, çünki onun narahatlıqları barədə başqaları ilə fərdi danışmağa və uşaq baxımı kimi mənbələr mübadiləsinə imkan verir. Meyl və dostluq reaksiyası qadınlarda əlaqəni təşviq edən otsitosin hormonunun sərbəst buraxılması ilə hədəflənir. Ümumiyyətlə, meyl və dostluq reaksiyası, mübarizə və ya qaçış reaksiyasından daha sağlamdır, çünki kortizol səviyyəsinin artması ilə müşayiət olunan, mənfi nəticələr də daxil olmaqla HPA ilə əlaqəli olan yüksək səviyyədə həyəcanı yaratmır. Bu, qadınların orta hesabla niyə ürək xəstəliyinə az tutulduğunu və kişilərdən daha uzun yaşadığını izah etməyə kömək edə bilər.
TƏRCÜMƏ ETDİ: Gülövşə Mahmudova
Həmçinin bax: Xarici sekresiya vəziləri
Həmçinin bax: turaz.org/usaq-bagcalari-baglanmayacaq-nazir/
Həmçinin bax: tehsilim.org/musabiqe-ve-olimpiadalarin-teskili-elektronlasdirilir/