Sosial psixoloji effektlər

Sosial psixoloji effektlər

Sosial psixologiya- psixologiya elminin mühüm sahələrindən biridir. Sosial qruplar insanlar arasında ünsiyyət və qarşılıqlı təsir prosesində meydana çıxan psixi hadisələri öyrənir. Sosial psixologiyanın tədqiq edib əldə etdiyi biliklər müxtəlif sahələrdə böyük praktik əhəmiyyətə malikdir. Devid Mayersə görə, sosial psixologiya – insanların bir-biri haqqında nə fikirləşdiyini, onların bir-birinə necə təsir göstərdiyini və bir-birlərinə necə münasibət bəslədiklərini öyrənən elmdir. Gözləntilərin psixologiyamıza nə qədər təsir etdiyini hər birimiz bilirik. Gözləntilər bütünlüklə həyatımızı idarə edir.

Piqmalion – gözlənti effekti, əslində, sizi görmədiyiniz bir yöndən idarə edir. Gözlədiklərinizi yaşayırsınız. Psixoloji Piqmalion effekti adlanan təsir mexanizmini gəlin daha yaxından tanıyaq.

  1. Piqmalion və ya Rozental effekti

Yüksək gözləntilərin yüksək nəticələrə, aşağı gözləntilərin isə aşağı nəticələrə səbəb olmasıdır.1965-ci ildə 2 araşdırmaçı, Rosenthal və Jacobson tərəfindən müəllimlər və şagirdlər arasında keçirilən eksperiment pozitiv nəticə əldə etdi. Belə ki, müəllim gözləntilərinin şagirdlərin performansına təsir etməsi, ekperimentdə öz təsdiqini tapdı.

Təsəvvür edin ki, ofisdə bir iş görürsünüz. İndi isə təsəvvür edin ki, kənardan işinizə kim isə nəzarət edir. İstər istəməz hərəkətlərinizdə dəyişikliklər olacaq. Sizin alt şüurunuz digərlərinin gözləntilərini doğrultmaq üçün çabalayır. Fərqində olmadan digərlərinin gözləntilərini doğrultmağa çalışırıq. Bir dəfə bir fikir çox diqqətimi çəkmişdi: “Gözləntilərinizi minimuma endirsəniz həmişə xoşbəxt olacaqsınız.” Bu fikrin doğruluğunu araşdırmaq borcu hiss etdim özümdə. Piqmalion effektinə görə gözləntilərlə reallıqlar üst-üstə düşür.

  1. “Romeo və Culyetta” effekti

Valideynlərin və ya başqalarının iki sevən adamı ayırmağa cəhd göstərməsi nəticəsində onların bir-birinə məhəbbətinin artması. Bu fenomeni özümüzünkiləşdirsək “Leyli və Məcnun” effekti də demək olar.

  1. Şahid effekti

Fenomenin sirri ondan ibarətdir ki, bədbəxt hadisə zamanı ətrafda nə qədər çox adam varsa zərərçəkənə kömək edənlərin sayı bir o qədər artır. Əvvəllər bu əlamət şəhər mühitindən qaynaqlanan humanistlikdən uzaqlaşma ilə əlaqələndirilsə də sonralar bu effektin hamı üçün keçərli olduğu məlum olub. Hadisə zamanı ətrafda nə qədər çox adam olsa onların hər biri zərərçəkənə başqasının kömək edəcəyini düşünəcək.

  1. Əlçatmazlıq effekti

Bu sosial psixologiya fenomeninin məğzi ondan ibarətdir ki, bir insan özünü nə qədər əlçatmaz göstərirsə, o qədər arzuolunan olur. Bu fenomenə ofislərdə, hərbi hissələrdə rast gəlmək olar. Adətən özlərini ciddi, əlçatmaz göstərən zabitlərə digərlərinə nisbətən daha çox hörmət olunur.

  1. Zeyqarnik effekti

Hafizənin effektivliyinin hərəkətin və ya materialın bitmə dərəcəsindən asılı olaraq dəyişməsindən asılı olan menemonik effektdir. Bu effekti ilk dəfə 1927-ci ildə B.V.Zeqarnik aşkarlayıb. Fenomenin əsas təsiri bundan ibarətdir: insan yarımçıq qalmış hərəkətləri daha yaxşı yadda saxlayır.

İş yarımçıq qaldıqda onun əvvəlində yaranmış gərginlik xaric ola bilmir. Nəticədə həmin hadisə qeyri-iradi olaraq yaddaşa həkk olur. Bu effektdən daha çox incəsənət pedaqoqikasında istifadə olunur.

  1. Parıltı effekti

Əgər bir adam hansısa bir situasiyada özü haqqında yüksək rəy yaradırsa bu zaman onun “ayağına” başqa müsbət keyfiyyətlər də yazılır. Yox əgər mənfi təəssürat yaranarsa o zaman bütün mənfi keyfiyyətləri ona yükləyirlər. Tələbələr arasında belə bir ifadə var: “Əvvəl sən zaçota üçün işləyirsən, sonra o sənin üçün.” Məsələ burasındadır ki, birinci və ikinci semestrlarda yaxşı oxuyan, özlərini müəllimin “gözünə soxmağ”ı bacaran tələbələr, sonrakı semestrlarda lap pis cavab versələr də müəllimlər əlavə suallarla onlara yüksək qiymət verməyə çalışırlar.

  1. Xeyirxahlığa cavab və ya Bencamin Franklin effekti

Tarixdə belə bir əhvalat məlumdur ki, bir dəfə Bencamin Franklin onu çox da sevməyən bir insanı fəth etməyə çalışırmış. Bu insan isə bir nadir kitab axtarışında imiş, taleyin qismətindən həmin kitabdan Franklində var imiş. Bencamin bu haqda öyrənir və kitabı bir müddətlik həmin insana verir. Kitab yenidən öz sahibinə qayıdanda Bencamin sadəcə həmin şəxsə təşəkkür edir və bunun sayəsində onlar yaxşı dosta çevrilirlər.

Bencamin Franklin həmişə deyərdi: “Bir dəfə yaxşılıq etdiyiniz insan, sizə həmişə daha böyük yaxşılıqla cavab verməyə hazırdır”.

  1. Əldə etmək istədiyinizdən, daha çox şey istəyin

Bu effekt olduqca sadədir və bazardakı alış-verişə (qiymət salma prosesinə) oxşayır. Effekt demək olar ki, həmişə işə yarayır. “Əgər siz həmin insana lazımsınızsa, öz tələblərinizi yüksəltməlisiniz. Əvvəlcə siz çox güman ki, imtina cavabı alacaqsınız. Bu zaman müqavimət göstərməyin, sadəcə vaxt verin. 95% təqdirdə sizinlə bağlı marağı olan tərəf özü cavab verəcək və sizin istədiyinizdən cüzi dərəcədə az bir təklif irəli sürəcək. Amma əmin olun ki, bu sizin öncədən güman etdiyinizdən daha çox olacaq.

  1. Məcburi kömək etmək

Yuxarıda təsvir olunan üsula bənzərdir. İnsanın özünün könüllü şəkildə, istəyərək sizə kömək etməsi üçün bu üsuldan istifadə edə bilərsiniz. Sizə imtina edəcəyini bildiyiniz halda ondan nəsə xahiş edin. O sizə bir dəfə imtina etdiyinə görə haradasa özünü sizə borclu hesab edəcək. Özünü günahkar hiss etməsin deyə o, özü sizə bir neçə dəfə kömək təklifi ilə müraciət edəcək.

  1. İnsanın adı sehrli söz rolunu oynayır

“Necə dost qazanmalı və insanlara necə təsir göstərməli” kitabının müəllifi Deyl Karnegi hesab edir ki, danışıq zamanı kiminsə adından istifadə etmək olduqca güclü arqumentdir. İnsanın adı onun üçün ən xoş səsdir. Onun adını müsbət məzmunlu situasiyada işləməklə siz onu gözlərində əhəmiyyətli dərəcədə yüksəlmiş olursunuz.

  1. Hər yerdə yaltaqlıq

Yaltaqlıq hər yerdə vardır. İlk öncə başa düşmək lazımdır ki, heç də həmişə yaltaqlanmaq olmaz və ümumiyyətlə insanlara tərifi elə demək lazımdır ki, o təbii alınsın, əks halda yaltaqlığın xeyri ziyanından çoxdur. Əgər siz özünü qiymətləndirmə hissi yüksək olan insana tərif deyirsinizsə, onda sizin uğur qazanmaq şansınız daha çoxdur. Özünü qiymətləndirmə hissi aşağı olan insanlar isə istənilən müsbət qiymətləndirmədə hiyləgərlik və yalançılıq görürlər, insanların onu aldatdığını düşünülər.

  1. Güzgü effekti

Əgər insanın xoşuna gəlmək istəyirsinizsə, onu təqlid edin. Belə keyfiyyətləri olan insanlar ictimai xamelyon hesab olunur, kənardan onların daima necə dəyişdiyi, hər bir kəsə ayrılıqda uyğunlaşaraq necə şəkildən-şəklə düşdükləri aydın görünür. Lakin nəzərə alın ki, bu xüsusiyyətin müəyyən qədər inkişaf etdirilməyə ehtiyacı var. Həm də siz hansı insanları təqlid etməyi və ya kimi özünüzə cəzb etməyi yaxşı bilməlisiniz. Aktyor və parodiya ustalarının işləri də bu prinsipə əsaslanır. TV ekranlarında parodiyalarını izlədiyimiz bütün məşhurlar onları parodiya edən şəxslərə bu və ya digər dərəcədə rəğbət hissi bəsləyirlər. Adətən onlar həmin aktyorların yaxın dostlarına çevrilirlər.

  1. Yorğun insandan mərhəmət istəyin

İnsan yorğun olanda o, xahişlərə qarşı daha diqqətli və həssas davranır. Bunun əsas səbəbi odur ki, yorğun olarkən insan, təkcə fiziki deyil, həm də zehni (psixoloji), yorğunluq yaşayır. Əgər rəhbəriniz yorğundursa, onda onun sizə işinizi sabah sona çatdırmağa icazə verməsi daha real və asandır. Sizə işi sabah sona çatdırmağa icazə verəcəklər, amma siz o tapşırığı mütləq və olduqca keyfiyyətlə tamamlamalısınız. Bu sizə müdiriniz gözündə bir az da hörmət qazandıracaq.

  1. Az-az istəməyə başlayın

Siz ilk öncə çox xırda bir şeylər istəyir və bununla insanların etibar kreditini əldə etmiş olacaqsınız. Məhz bu prinsip əsasında insanlar sosial hərəkatlardan asılı vəziyyətə düşürlər. Məsələn, ilk öncə sizdən sadəcə meşənin qırılmasına qarşı keçirilən aksiyanı dəstəkləməyi xahiş edirlər. Siz getdikdə daha çox diqqət göstərirsiniz. Çox xırda bir işdir, amma siz bunu etməyə razılaşdıqca, getdikcə daha çox şeyə hazır olursunuz.

  1. Səhv olanda insanların səhvini düzəltməyin

Karnegi həmçinin öz məşhur kitabında yazırdı, insanın aydın səhvini onun üzünə çırpmaq lazım deyil, yəni dərhal onu eşitdiyiniz anda. Əgər insanın nəzər nöqtəsini dəyişməyə çalışırsınızsa, onda bu məsələyə ehmalca yanaşın. Hətta qarşınızda özündən başqa, kimi gəldi öz səhvlərində günahkar bilən, uğursuz, bəxtsiz bir insan dayansa belə, bunu onun üzünə deməyə gərək yoxdur. Həmin anda onunla razılaşın və zaman ötdükcə onun baxış tərzini dəyişməyə çalışın. Ya da siz onun düşməninə çevriləcəksiniz.

  1. İnsanların fikir və sözlərini təkrarlayın

Bu prinsip “xamelyon” prinsipinə bənzəyir, yəni insan ünsiyyət qurmaqda maraqlı olduğu şəxsin hərəkətlərini mimika və jestlər vasitəsi ilə təkrarlayır, həmçinin də sözlər əks-səda təsiri bağışlayanda qulağa xoş gəlir. İnsanın artıq dediyi sözü tələffüz etmək lazımdır, yəni onun öz beynində artıq fikirləşdiyi sözü demək lazımdır.

  1. Başını aşağı əymək

Alimlər müəyyən etmişlər ki, insanlar kiməsə qulaq asarkən başını aşağı əyərlərsə, çox güman ki bu razılıq əlamətidir və onun dediyi fikirlə razılaşacaqlar. Onlar həmçinin müəyyən ediblər ki, insanın qarşısında baş əysən onda istər-istəməz səni təqlid etməyə başlayacaq. Bununla da siz arada-bir baş əyməklə dinləyicinizin razılığını əldə edə bilərsiniz.

YAZAR: Püstəxanım Qarayeva 

Həmçinin bax: Psixososial inkişaf nəzəriyyəsi

Həmçinin bax:https://tehsilim.org/2020-ci-teqvim-ili-reqemlerde-saglam-tehsil-saglam-millet/

Həmçinin bax:https://turaz.org/rusiyanin-arktika-bolgesinde-tapilan-yaxsi-muhafize-edilmis-tuklu-kergedan-var/