Sosial normalar. Ünsiyyətdə rol və rol gözləmələri
Sosial normalar. Sosial nəzarət. Ünsiyyətdə rol və rol gözləmələri.
Biz, aramsız nə ediriksə oyuq, mükəmməllik isə müəyyən iş deyil adətdir.Fikrimi Aristotelin dəyərli kəlamları
ilə başlamaq istədim. Çünki insanoğlunun potensialları və imkanları dəqiq proseslərdir.Həmin proseslər isə cəmiyyətin sosial sferalarında ortaya çıxır və genişlənir.
Norma insanın yaşam fəaliyyəti prosesində ortaya çıxır və bir sıra növləri var.
1.Sosial norma
2.Dini norma
3.Hüquqi norma
4.Estetik norma
5.Korporativ norma və.s
1.Sosial norma haqqında daha geniş izah verəcəyik lakin əsas qeydlər etmək istərdik. Diqqətimizi ilk məşhur mütəfəkkirlərin özünə məxsus fikirləri cəkdi. T.Hobbusun, C.Lokkun, J.J. Russonun ictimai müqavilə nəzəriyyələrində hamı hamıya qarşı müharibəsinin dayandırılması sosial norma ilə təmin oluna bilər. Unutmaq olmaz ki azadlıq adı altında qavradığımız və normalara zidd olan davranış formaları birinin azadlığı başladığı qisimdə digərinin azadlığının bitməsidir.
2.Dini norma- dini davranışlara əsaslanır və onlara ehtiva edir. Bəzi ölkələrdə dini qayda qanun ölkənin konstitusiyasını təkzib edir. Məsələn Teokratik dövlətində qayda qanun dinə görə idarə olunur.
3. Hüquqi norma- əsasən cəmiyyətdə haqlı haqsız, günahkar və digər etolanlardan ibarət bir nəzarət funksiyasını icra edir.
4. Estetik norma- Cəmiyyət daxilində gözəl və çirkin ideyaları özündə əks etdirir. Bu tək incəsənətə deyil bütün sahələrə aid olunur.
5. Korporativ norma- Sənaye çağından formalaşmağa başladı və uzun inkişaf yolu keçdi.
Sosial norma anlayışı nədir bəs? Sosial norma cəmiyyət və mühit daxilində idarə və tənzimetmə prosesi olaraq cəmiyyət və muhitin idarə olunma sistemidir.Sosial normalar bütün kainata eyni şəkildə aid olmur. Yaşam mühiti,idarə etmə sistemi, dünya görüşü, ideologiya bütün cəmiyyətlərdə eyni olmadığı kimi sosial normalarda hər cəmiyyətdə özünə məxsus şəkildə formalaşır. Bəs insanlar sosial normaları necə mənimsəyirlər? Cavabı isə çox sadədir.Psixoloqlar qeyd edirlər ki insanlar normaları daxil olduqları sosial qruplardan mənimsəyirlər.
Sosial normalar özündə 2 funksiyanı birləşdirir.
1.Tənzim edici yazılmamış funksiya. Məsələn ata ana münasibəti, müəllim şagird münasibəti, bacı qardaş münasibəti,ər arvad münasibəti və.s
2.Sosial qiymətləndirmə funksiyası. Bu funksiya bir başa sosial normalar əsasında müəyyən olunur. Kim
daha çox sosial normalar çərçivəsində yaşayırsa digər insanların gözündə daha yüksək qiymət alır kimi.
George Orwelin “Heyvanıstan” kitabında idarə etmə və sosial normalar həmçinin sosial nəzarət açıq şəkildə göstərilmişdir. Belə ki əslində heyvanlar üzərinə qurulan idarə mexanizmi sosial qayda qanuna uyğunluq və idarə prinsiplərini açıq şəkildə ortaya qoymuşdur. Bir kitabda qeyd olunur ki normalar əslində hakimiyyətin gizli silahıdır. Nəzarət etmə funksiyasına görə isə normal ən ideal mexanizmdir ki bu mexanizm cəmiyyəti xaoslardan arındırır.
Sosial normalar- Həm psixologiyanın həm sosialogiyanın əsas özəyini təşkil edir. Sosialoqlar cəmiyyətin idarə mexanizmi kimi səsləndirsədə normaları, Psixoloqlar isə qayda qanun çərçivəsində ortaya çıxan proses adlandırırdılar.
Normaların iki növü mövcuddur.
1.Yazılmış normalar.
2.Yazılmamış normalar.
Yazılmış normalar əsasən rəsmi qurumlar tərəfindən digər təbəqələrə ötürülür və icrası vacib hesab olunur. Sosial cəmiyyətin, Dövlətin icrası üçün verilir. Freydin “Mədəniyyət sancıları” kitabında qeyd olunan kimi Sivilizasiya bir dəfə qəbul edilən, hüquqi nizamın başqalarının xeyirinə pozulmayacağı hamıya eyni hüquq və qayda qanunun verilməsi rəmzinə atılan addımın son dayanıq nöqtəsidir.Fərd azadlıq sivilizasiyanın nailiyyəti deyil.Bu azadlığın mövcud olduğu zamanlarda hər cür sivilizasiyadan öncəki zamanlarda baş verilmişdir ki o zamanlarda azadlıq dəyərsiz sayılırdı düşüncəsində idi Freyd.
Yazılmamış normalar isə məhz icrası vacib olmayan lakin öhdəlik çərçivəsində icra edilən normalardır. Məsələn
dini ayinlər,adət ənənələr, əxlaq, mental dəyərlər və.s Yazılmamış qanunlarda isə rəsmi bir tərəfli icra olmur.
İlk öncə dini ayinlər. Dini ayinlər insanın qəlbindən gələn sevginin icrası üçün bir streotipdir.İnsana icra zamanı xoşbəxtlik və rahatlıq bəxş edir. Hər insanın dini anlayışı və düşüncəsi fərqli olduğu üçün bu sosial normalarında icrası fərqlidir.
Adət-ənənələr bir insanın icra etməsi vacib olduğunu hiss etdiyi üçün ortaya çıxdı. Məsələn xalq olaraq bizim adətlərin içində mənə görə ən gözəli qonaqpərvərlikdir.Adət ənənələr bəzən cəmiyyətin inkişafı ilə yoxa çıxdı bəziləri ilə qorunub saxlanıldı. Bu qismə Rituallarda aiddir. Bəziləri baharın çağrışı ilə bir qismi başqa növ inanclardan qaynaqlanıb günümüzə qədər gəlib çıxmışdır.
Əxlaq kodeksi- İnsanın cəmiyyət qarşısında digər insanların norma və prinsiplərini nəzarətdə saxlayaraq özünü azad hiss etməsi lakin bu azadlığın başqasının azadlığı xəttində yekunlaşdırması ilə bağlı olan normadır.Yəni ki “Fərdi azadlıq sivilizasiyanın nailiyyəti deyildir.
Sosial normaların digər bir istiqaməti isə mentalitet və mental dəyərlər hesab olunur. Çünki mental dəyərlərdə sosial dəyərlər nəticəsində ortaya çıxır. Mental baxış sosial baxışları idarə edir.Bu proses gediş və gedişata təsir edir istər şüurlu istər şüursuz.
Çünki mental dəyərlərdə bəzi sosial qayda qanunlar əks olunur. Freydin “Mədəniyyət sancıları” kitabında mentalitet və mədəniyyət haqqında qısa xülasə mövcuddur.Deyilir- Sivilizasiya özündə zəruri mental dəyəri saxladığı ədalətdir.
Hüquqşünas Cəmil Şirvanovun sosial normalara yanaşmasıda çox maraqlıdır. Onun fikrinə əsasən sosial normalar bir sıra xarakterik xüsusiyyətlərə malik olur.
1. Sosial normalar insanların davranış qaydalarıdır. Hüquqşünasın fikrini bir az daha genişləndirək.Yəni insan bu qaydalar çərçivəsində yaşayır və bu idarə olunma cəmiyyət daxilində olan nizamlı inkişafdır.
2.Sosial normalar ümumi xarakterlidir. Yəni tək bir Fərdə deyil cəmiyyət daxilində olan bütün insanlara aiddir.
3.Sosial normalar məcburi xarakter daşıyır.Lakin mən sonuncu fikirlə razılaşmıram çünki sosial normalar içində yazılı olanlar məcburi xarakter daşısada, yazılmamış normalar tam sərbəstdir.
Sosial normalar haqqında xeyli danışdıq bəs sosial normalar necə tənzim olunur? Və hansı əsaslara görə nəzarət olunur?
Yuxarda qeyd etdiyim kimi sosial normaların funksiyası sosial nəzarət sistemini ortaya qoyur. Sosial nəzarət əslində çox geniş metafora hesab olunur. Çünki cəmiyyət daxilində qurulan “ədalət” prinsipi məhv sosial nəzarətlə icra olunur. Sosial nəzarət dinamik bir prosesdə hesab oluna bilər.Bu strukturda Fərd, sosial birlik,fərdi fəaliyyət və sosial fəaliyyət daxil olunur. Çünki fərdin rəngarəng həyat yolu, sosial statusu, sosial etalonu cəmiyyət daxilində nizamlanır.
Sosial nəzarət ilk növbədə özünə nəzarətdən, daxili intizamdab başlayır. Brayan Treysinin qeyd etdiyi kimi “Daxili intizam özünüidarə kimisə ifadə oluna bilər. Bəs daxili intizam nə deməkdir? Daxili intizam gələcəkdə olan həzzlər üçün indiki məmnuniyyətləri təxirə salmaq bacarığıdır.
Özünü idarə isə cəmiyyət daxilində olan etolonlara hərfi ilə nəzarət etməkdir ki bu proses ilk növbədə sosial məndən başlayır. Sosial mən insanı qrupa, qrup isə cəmiyyətə alışdırır. Bəzən sosial norma və nəzarət funksiyasında insanın sosial və asosial olması diqqət çəkir və təsir göstərir cəmiyyət normalarına. Bu prosesə çətinlik yaradan mexanizmlərdən biridə sosial fobiyadır. Sosial Fobiya fərdin məkan içində sıxılması əziyyət çəkməsi danışa bilməməsi və s. İlə özünü göstərir.Sosial fobiyadan əziyyət çəkən insanlar çəkindikləri stiuasiya ilə qarşılaşdıqda onlarda əlin əsməsi, üzün qızarması, gərginlik və bu kimi əlamətlər özünü göstərir. Müalicəsi isə dərman terapiyasıdır. Bildirdiyimiz kimi sosial fobiya ünsiyyətdən qaçma ilə özünü göstərir.
Bəs ünsiyyətdə rol və gözləmələr necə olmalıdır?
İnsanlar yaşamları boyunca müəyyən rolları icra edirlər. Məşhur kəlamı məcazi anlamda işlətmək istərdim.
“Həyat bir teatrdı biz isə aktyorlar” doğurdan da belədir. Bizim cəmiyyətdə müəyyən rollarımız mövcuddur.
İnsanın fərdi keyfiyyətləri, emosional sferası, özünüdərk və icra mexanizmləri qədər onun anatomik fizioloji xüsusiyyətləri həmçinin keyfiyyətlərindən asılıdır. Beləki insan özünüdərk prosesi boyunca ortaya qoyduğu keyfiyyətlərindən aslı olaraq icra prosesi nəzərdə tutulur. Buna ilk növbədə Şəxsiyyətin sosial statusunu qəbul
etməsi həmçinin daxil olduğu cəmiyyətin mexaniki strukturu boyunca qəbulu və alışması ən önəmli faktordur.
Bizim ailə rollarında ər-arvadlıq, ana-analıq, övlad valideyn həmçinin bacı qardaşlıq rolları və onların qazandırdığı proseslər qavranılır. Sosial rollar isə bir başa sosial statusdan aslı olaraq dəyişir.
Rolların icrası cəmiyyətin prespektiv göstəricilərini ortaya qoyur. Məsələn ailə daxilində olan icra zamanı valideynlər uşaqlara verdikləri dəyərlər çərçivəsində onların ailənin intizamına uyğun rolları icra etməsinə,uşaqlar isə ailənin fərdlərinin daim onların tələblərinə və anlayışlarına önəm verən rollara şüurlu və şüur altı şəklində yanaşılmış rolların icrasına diqqət edirlər. İnsanın istəyib istəməməsidən aslı olaraq rollar sosial sferadan insana yüklənir və bəzilərinin icrası vacib göstərilir. Bu rolların icrası zamanı ən əsas göstərici və insana terapiya kimi təsir edən bir söz sən öz rolunu düzgün yerinə yetirirsən sən haqqlı olaraq öz rolunu düzgün icra edirsən anlayışıdır.
Ünsiyyətdə rol nə ilə təkzib olunur?
Karl Marks və F Engelsin bir fikri diqqətimi çəkmişdir. ” Bir fərdin həqiqi mənəvi sərvəti təmamilə onun həqiqi münasibətlərindən aslıdır. Tarixi mənbələr insanın ünsiyyət prosesində hansı rolları icra etməsi, digərlərinə münasibəti, davranış və əxlaq kodeksi ən önəmli haldır. Saintin özünə məxsus yanaşmasıda diqqətdən qaçmır
o qeyd edir ki, yalnız həqiqi lüks insanın ünsiyyət lüksüdür. Çünki bir insan özünü ünsiyyət prosesində ortaya
qoyur, ünsiyyət qurmağı bacarmayan insanlar özlərini gec ifadə etsələr belə normal çərçivələr əsasında özünü
ortaya çıxarır. Ünsiyyətdə rolların müəyyən olunmasına gəlmədən öncə fikrimi İ.S. Cohnla bağlamaq istərdim insanlar dostluğu daim çiçəklənən bağ hesab edirlər.
Ünsiyyət kainatda olan bütün canlılara məxsusdur. Lakin onu şüurlu şəkildə icra edən varlıq isə insandır. Ünsiyyət özünü müəyyən normalarla ifadə edir. Bu normalardan biridə ünsiyyətin rolu anlayışıdır Ünsiyyət rolları istər yaxşı dinləməkdən istər yaxşı düşüncə bölməkdən keçir. İnsanların hər biri ünsiyyəti yaxşı bacarır lakin bəzən rollarını unudur. Əxlaq kodeksi məhz bu normaların qurulması üçündür. Çünki bir fərd yalnız öz məninə tam sahib olduqdan sora digərləri haqqında rahat fikir yürüdür və rolunu düzgün icra edir. Bəs mərifət anlayışının rolu nədir ? Mərifət insanın digər insanlardan duymaq istədiyi, görmək istədiklərinin əksidir. Bir insan digər insandan ünsiyyətdə tutduğu mövqeyə görə mərifət gözləyir. Lakin bu o demək deyil ki insanların əqidəsi və baxış tərzi üst üstə düşməkdikdə onu mərifətsiz adlandırmaq doğrudur. Bu anlayış səhv və müzakirəsiz olaraq yalnışdır. Məhz bu keyfiyyətlərə əsasən insanın ünsiyyət prosesində ortaya qoyduğu rollar önəmli xüsusiyyət hesab olunur.
Sual yarana bilər ki bəs ünsiyyətdə rol necə yaranır? İnsanlar ünsiyyət prosesində danışdıqları zaman müəyyən rollar icra edirlər ki bu da dinləmədən qaynaqlanır. Yəni şəxslər bir birlərini dinlədikdə əslində onlar öz rollarını yerinə yetirmiş olurlar və bu şəkildə ünsiyyət rolu anlayışı ortaya çıxır. Psixologiyada ayrıca bir qol var ki, transakt nəzəriyyə mexanizmi adlanır. Bu nəzəriyyə rolların uzlaşması və onlar arasında əlaqəyə əsaslanır. Bu istiqamətdə
3 rol ayırd edilir:
1. Yaşlı
2. Valideyin
3. Uşaq
Məsələn biz dostlarımıza ətrafımızda olan insanlara bir kəlmə ilə nələrisə izah edirik bu bizim ünsiyyət rolumuz hesab olunur. Və yaxud ailə üzvləri bizə məsləhət verir buda ünsiyyətin rolunu özündə təkzib edir. Biz ailə daxilində rolları düzgün icra etsək o zaman ailən kanteksi, ailə münasibətlərinin korreksiyası zamanı ən əlverişli vasitə rolunu oynayır. Əsas önəmli rolların icrası zamanı qarşılıqli tənzim etmədir. Məsələn anlama prosesi ünsiyyət roluna təsir edir. Məsələn sevdiyimiz insan necədirsə bizdə ona uyğun ünsiyyət rolundan çıxış etsək doğru model qurmuş olarıq. Tolstoyun çox maraqlı bir fikri var “Xoşbəxt o insandır ki, özü başa düşdüyü kimi ətrafındakıları başa sala bilir”. Nə gözəl tamamlayıcı bir fikir…
Ən əsası rolları icra edən zaman anlaşıqlı nitq,səbr,qarşılıqlı hörmət,dinləmə bacarığı çox önəmlidir. Məsələn dostluq modelinə baxaq. Bu modeldə rolların icrası zamanı qarşılıqli sədaqət, dosta hər zaman kömək, məsləhətlərin icrası ən önəmli rollardan biridir.
Ünsiyyətin sosial əlaqə mexanizmi rolunda isə Sosial qarşılıqlı əlaqə mexanizmi anlayışı ortaya çıxır bu anlayış isə özündə spesifik davranış modelinə əsaslanır ki onların törəmələri aşağıdakılardır.
1. Şəxslər arası ünsiyyət
2. Ünsiyyətin səbəb olduğu xarici dünya
3. Bu ünsiyyətin digər şəxslərə təsiri
4. Təsirə məruz qalma və bu təsir nəticəsində geri çəkilmə modeli burda ünsiyyət rollarının icrasında yaranan çətinliklərdir.
Unutmaq olmaz ki insan özünü ifadə etdiyi qədər insan və icra etdiyi rola görə şəxsiyyətdir.
YAZAR: Arzu Mirzəliyeva
Həmçinin bax: FOBİYA NƏDİR?
Həmçinin bax: tehsilim.org/hazirliq-kurslarinda-istirak-etmek-isteyenlerin-nezerine/