Sosial müavinət, təqaüd və kompensasiyaların təyin edilməsi

Ümumi məlumat
Hər kəsə şamil edilən sosial təminat hüququ əsas konstitusion hüquqlardan biridir. Məhz buna görə də ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra hüququn bu sahəsinin inkişafına xüsusi önəm verilmiş, insanların sosial cəhətdən müdafiəsi məqsədilə çoxsaylı normativ hüquqi aktlar qəbul edilmişdir. Həmin normativ hüquqi aktlarda  təsbit olunan sosial təminat hüquq normalarının başlıca məqsədi ümumi bəşəri dəyərləri qoruyub saxlamaqla yanaşı insanların sosial hüquqlarının müdafiəsini, ədalətlilik və humanizm prinsiplərini təmin etməkdən ibarətdir.
Sosial müavinətlər 7 fevral 2006-cı il tarixli № 55-IIIQ “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödəmələr şəklində təyin edilir və ödənilir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.
Sosial müavinətlərlə yanaşı Azərbaycan Respublikası qarşısında xüsusi xidmətləri olan insanların sosial müdafiəsini təmin etməyə yönəldilmiş təqaüd sisteminin bir sıra növləri mövcuddur. Ayrı-ayrı kateqoriya vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən onlara Azərbaycan Respiblikası Prezidentinin təqaüdləri təyin olunaraq ödənilir.

 

Müxbir: kafkhaz.com
Xüsusi müxbir:Arzu Əliyeva
Mənbə: sosial.gov.az