Somatik Xəstəliklərdən əziyyət çəkən insanların fərdi psixoloji xüsusiyyətləri
“Kim bir insanın həyatını xilas etsə, sanki bütün insanları diriltmişdir”. Qurani-Kərim, Əl-Maidə surəsi, 32-ci ayədən.
İlk öncə fikrimi Louise L. Hay tərəfindən yazılan “Düşüncə gücü ilə müalicə” adlı kitabdan bir hissəyə yönləndirmək istərdim. Narahatlıqlara fərqli yöndə baxmamız bizə sağlamlığı öyrədir. Yaşadığımız əksər bədənsəl problemlər əslində daxildə keçirdiyimiz narahatlıqlar səbəbilə baş verir. Əgər düşüncələrimizi, emosiyalarımızı düzgün idarə edə bilsək, fiziki cəhətdən də gümrah olarıq. Amerikada edilən araşdırmalar nəticəsində məlum olmuşdu ki, xronik xəstələrin əksəriyyətində ağır psixiloji problemlər var. Məsələn mədə problemləri, ağır stressdən, bel ağrıları həddən çox psixi yüklənmədən və.s yarana bilər.Unutmayaq ki,daxili aləmimizdə yaşadığımız hər bir sıxıntı fiziki vəziyyətimizə də təsirsiz ötüşmür. Boşuna deməyiblər “sağlam bədəndə sağlam ruh olar”. Biz hər birimiz canlı varlıqlarıq və ruh halımızın sağlamlığımıza bir başa təsiri vardır. Psixosomatika: sinir sisteminin təsiri altında bədənimizdə yaranan xəstəliklər haqqında bir elmdir. Psixosomatikaya əsaslanan müalicə üsulu çox çətin və dərindir, lakin nəticələr xəstəliyin təkrarlanmamasına zəmanət verir. Psixosomatika əksər xəstəliklərin psixoloji köklərini görməyə, xəstəliyi sağaltmaqla yanaşı, təmamilə müalicə olunmağa imkanı verir.
Psixosomatik xəstəliklər ruh halımızın bədənimiz vasitəsilə verdiyi məlumatdır, bədənimizin “harayıdır” deyə bilərik. Alimlərin tədqiqatı insanın hiss etdiyi emosiyalarla orqanizm hüceyrələri arasında birbaşa qarşılıqlı əlaqə olduğunu ortaya çıxardıb. Bu əlaqə, sinir hüceyrələrində sintez olunan, toxumalara və orqanlara beyin siqnallarını ötürən bioloji aktiv birləşmələr – neyropeptidlər vasitəsilə həyata keçirilir. Bu birləşmələr orqanizmin bütün fizioloji reaksiyalarında, immunitetin dəstəklənməsində, yaddaş və yuxu mexanizmlərində, hormonal balansın dəstəklənməsində iştirak edir.
İndi isə ən çox qarşılaşdığımız problemlər və onların psixoloji səbəblərinə nəzər salaq:
Alergiyalar-İnsanlara qarşı kin, nifrət bəsləmə, öz gücünə inamsız yanaşmaqdan yarana bilər. Əgər biri ilə mübahisəniz varsa və bunu ciddi problem kimi qəbul edib o insana qarşı mənfi emosiyalar bəsləyirsizsə bədəndə reaksiyalar özünü göstərir.
Alkoqolizm-özünü qəbullanmama, yararsızlıq, günahkarlıq kimi duyğuların hökm sürdüyü insanlar daha çox alkoqolizmdən əziyyət çəkirlər.
İştahsızlıq– Səbəbləri rədd edilmə, insanlar tərəfindən qəbul edilməmə kimi qorxulardır. Əgər həyata qarşı böyük qorxularınız varsa və həyatınızdan razı deyilsinizsə o zaman bu problemlə qarşılaşmağınız normaldır.
Artıq çəki problemi-həyatdan qorxma, başqaları tərəfindən incidilmək və duyğularından qaçmaq istəyənlər bu problemi yaşayırlar.
Yüksək Hərarət(Qızdırma)-Əsasən aqressiv, əsəbi insanlarda rast gəlinir. Həyatınızda həmişə qəzəb hissini ön planda saxlayırsızsa tez-tez xəstələnmə halları yeterincə normaldır.
Baş ağrıları, baş gicəllənmələri-özünü günahlandırma, qorxu, qərarsızlıq, dağınıq fikirlər bu problemlərə səbəb olur.
Bayılmalar-burada da qorxular mühim rol oynayır. Problemli həyat tərzi keçirən insanlarda daha çox müşahidə edilir. İnsan nələrinsə öhdəsindən gələ bilməyəcəyini çox fikirləşdikdə də bu hal yarana bilər.
Unutqanlıq,yaddaş zəifliyi-özünü idarə edə bilməmə qorxusundan yaranır.
Boğaz ağrıları,badamcıqların iltihabı-bu problemlər ən çox söyləmək istədiklərini söyləyə bilməyən, başqa sözlə desək “hər şeyi içinə atan” insanlarda daha çox görülməkdədir.
Boyun ağrıları-həyata yalnız bir istiqamətqə baxmaq.Yəni həyatın yaxşı və pis tərəflərini eyni anda görmək istəməyən, tərs insanlar bu ağrılardan ən çox əziyyət çəkənlər sırasındadırlar.
Bronxit-hüzursuz bir ailə, iş çevrəsində olanlar daha çox əziyyət çəkirlər.
Burun axması-əsasən daxili iztirab yaşayan insanlarda bu hal görülür. Bu, sanki o insanların fəryadı, kömək diləmək formasıdır.
Qulaq ağrısı-qəzəb, başqalarını dinləmək istəməmə. Bəzən mübahisələrin çox olduğu ailələrdə olan uşaqlar da bu problemdən əziyyət çəkirlər.
Migrenlər-Mükəmməl olmaq istədiyi üçün özünə qarşı aşırı qəzəb duyan insanlarda daha sıx görünür. Həyatında baş verənləri qəbullanmama, cinsəl qorxular da səbəb ola bilər.
Mədə problemləri-yeni bir şeyləri qəbullanmaqda çətinlik çəkən insanlarda rast gəlinir.
Davamlı öskürək-bu insanlarda sanki dünyaya qışqırıb “mən də varam”, ”məni də dinləyin” kimi psixoloji problemlər olur.
Bel ağrıları-həyatdan maddi, mənəvi dəstək almaq istəyən insanlarda görülür. Beləki belin aşağı tərəfində olan ağrılar pulsuz qalmaqdan qorxmaq, kimlərdənsə maliyyə dəstəyi gözləyərkən, orta hissədə olan ağrılar günahkarlıq hissindən əziyyət çəkərkən, belin üst hissəsindəki ağrılar isə duyğusal köməyə ehtiyac duyulduğu, sevilmədiyini hiss etdiyi zamanlarda yaranır.
Diş ağrıları,diş əti problemləri-qərarsızlıq və ya verilən həyati qərarlandan peşmanlıq hissi keçirdərkən daha çox rast gəlinir.
Dodaqda olan uçuqlar-Özünü və başqalarını davamlı olaraq tənqid edən,”hamıda hər şey pisdir” fikrinə alışıq olan və ya inciyən,qayğı əksikliyi yaşayan insanlar mütəmadi bu problemlə rastlaşırlar.
Daha sonra dərk edək psixosomatik xəstəlik nədir və hansı hallarda ortaya çıxır?
Beyin qabığı ilə qabıq altı hüceyrələr arasında əlaqə pozulduqda psixosomatik xəstəliklər yaranır. Təssəvür edək ki, beynimizdə bizim sinir hüceyrələrimizi idarə edən dirijor var və bu dirijor güclü affekt halında ani olaraq digər qismi idarə etməyə çalışanda güclü melodiya axınını idarə edə bilmir. (dağılmış sinir hüceyrələrini melodiya olaraq ifadə etdim) Bu zaman qəza zamanı biz fiziki zədələrdən artıq psixi zədə alırıq ki, bunun bərpası uzun zaman ala bilər.
Psixosomatik xəstəliklərin yaranması halları ilk öncə ruhi patoloji proseslərdən törənir. Bu məsələlər qədim zamandan diqqət mərkəzində olmuşdur. Belə ki, qədim dövrdən bəri ruhi tamlıq anlayışı haqqında qədim həkim, filosofların əsərləri diqqəti çəkir. Ruhi tamlıq nə deməkdir? Ruhi tamlıq insanın fiziki və psixi durumunun vəhdəd halında inkişafıdır. Ruhi sağlamlığımız ilə bədənimizin fiziki funksiyaları daim qarşılıqlı əlaqədədir. Necə ki, tibbi bir xəstəlik keçirən zaman psixoloji olaraq da bundan narahatlıq keçirir, əhvalımız korlanır, eynilə də hansısa qorxu, stress, həyəcanverici bir hadisə ilə qarşılaşdıqda bu hallar özünü somatik olaraq biruzə verə bilir, bulantı, baş ağrısı, qıcolma, tərləmə və s. kimi. Yəni hər hansı xəstəlik zamanı ruhi təlatümün təsir halına düşməsidir. Bu hallar duyğuların somatik reaksiyaları hesab olunur. Somatik reaksiyalara bəzi xalq deyimləri aid edilir. Məsələn-Utancdan üz qızarması, Qorxudan mədə xorası yaranması, əsəbdən diz əsməs, hirsdən başın ağrıması, kədərdən iştah kəsilməsi, xülyadan yuxu qaçması kimi. Psixosomatik xəstəliklər, əsasən gənc yaşlarda başlayan və illərcə davam edən, özünü müxtəlif bədənsəl (fiziki) simptomlarla biruzə verən bir psixoloji narahatlıqdır. Bədənsəl simptomlar arasında vücudun müxtəlif hissələrində olan ağrılar (baş ağrısı, bel ağrısı,qarın ağrısı və s.), ürək bulanması, qusma, gəyirmə, əl və ayaqda uyuşma- qıcolma, səsin tutulması, menstural pozğunluq sıx-sıx rastlananlardandır. Bu simptomların heç bir tibbi açıqlaması olmur və təmamən psixoloji rahatsızlıqla əlaqədardırdır. İllərdir yaxa qurtara bilmədiyiniz bu səbəbi tapılmayan ağrılar Psixogen ağrılar adlanır. Psixogen ağrılar insanın psixoloji durumundan qaynaqlanan ağrılardır. Əsasında psixi səbəblərin, gərginliyin, mənfi psixoemosional yüklənmənin, qorxu və həyəcanın durduğunu xəstələr çox vaxt qəbul etmək istəmir və hansısa bir reseptlə bütün narahatlıqlardan qurtulmaq istəyirlər. Halbuki, psixosomatik ağrılar dərmanla aradan qalxan deyil! İlk öncə bunu qəbul etmək lazımdır! Durumu yumuşaltma və vəziyyəti qəbullanmaq öncəlik olmalıdır. Psixoloji faktor aradan qalxmadıqca ağrıların da aradan qalxmayacağı labüddür. Xəstəliklər əsasən 25- 30 yaşlardan sonra başlayır və qadınlarda ortaya çıxma faizi üstünlük təşkil edir. Həddindən artıq psixi gərginlik, xroniki yorgunluq, hər hansı bir yenilik zamanı neqativ düşüncələrə qapılanda, özgüvənin və özünü qiymətləndirmənin aşağı olduğu hallarda, aqressiya, qısqanclıq hisləri üstünlük təşkil edəndə, yuxarıda qeyd etdiyimiz kimi hislərini biruzə verə bilməyəndə, dilə gətirə bilməyəndə, mühitə uyğunlaşmada çətinlik çəkəndə, sosial və digər fobiyalar zamanı, isterik şəxsiyyət tipində və s. hallarda psixosomatik əlamətlərin üzəçıxma ehtimalı artmış olur.
Müxtəlif səbəblərdən qaynaqlı o cümlədən xəstəlik orqanizmin həyati fəaliyyətində yeni istiqamətlər, dəyişikliklər yarada bilər. Bu dəyişiklik isə insanın ehtiyyac və fəaliyyətini dəyişdirir. Dəyişikliyin mənşəyi psixo somatik xəstəliklərin ilk göstəricilərinin formalaşması ilə yekunlaşır. Psixo somatik xəstəliklərin səbəbləri Ekzogen və Endogen mənşəlli olur.
Ekzogen səbəblərə daxildir.İnfeksiyalar, İntoksikasiyalar
beyinin travması,psixogen və somatogen səbəblər.
İnfeksiyalar- Ümumi infeksiyalar Yaşlılarda və sağlamlığı zəif olanlarda (sətəlcəm, yuxarı sidik yolları infeksiyası, sepsis)
Mərkəzi sinir sisteminin infeksiyaları:
Ensefalit kəskin psixoza bənzəyən zehni dəyişikliklərlə başlaya bilər.
Meningit
Sinir sistemində simptomları olan sifilis
Subakut skleroz panensefalit (SSPE)
Nefropatiya epidemiyası (NE;)
İntoksikasiyalar: ekzogen intoksikasiyalar təsnifatı onlara səbəb olan zəhərli maddələrə əsaslanır.
Endogen səbəblərə isə genetik faktorlar, yaş xüssiyyətləri, bədənin quruluşu və.s aid olunur.
Psixosomatik xəstəliklərin və pozuntuların mənbəyi daha çox beyinin patologiyası ilə bağlıdır. Psixosomatik xəstəliklər 2 yerə bölünür.
-Funksional. Müxtəli növ nevrozlar,psixogenlər,psixozlar
-Orqanik. Orqanizmə xarakterix xüsusiyyətlər.
Nevrozlar
“Nevroz”- “neyron” (sinir hüceyrəsi) sözü və “osis” – xəstələnmə mənasını verən sözlərin birləşməsindən yaranmışdır. Ənənəvi olaraq bu adla psixikanın keyifiyyət etibarilə daha səthi pozulmaları başa düşülür. Əgər xəyalən bütün xəstəlikləri somatik, psixi və “nevrotik” xəstəliklərə bölsək onları şərti olaraq belə ifadə etmək olardı: – Somatik və ya orqanik xəstəliklər: onlar xəstədirlər və özləri də anlayırlar ki, xəstədirlər və niyə xəstədirlər. İlk növbədə xəstəliyi tam qavramalı və müalicə üsullarına güvən olmalıdır. Beyinə yüklənən patoloji siqnallar vasitəsiylə ilk öncə beyinin bədəni xəstə olaraq dərk etməsi prosesi başlanılır. Bu zaman bədən özünü yorğun əzgin hiss edir. Bu hislər xəstəliyin dərk olunmasında ilk addımlardır. – Psixi xəstəliklər: onlar xəstədirlər, amma özləri anlamırlar ki, xəstədirlər. Bəzi psixi pozulmaların səbəbidə bu faktdan qaynaqlanır. Şəxsi proseslər dərk oluna bilmir və ya yanlış dərk olunur. – “Nevrotik” xəstəliklər: onlar xəstədirlər və özləri də anlayırlar ki, xəstədirlər – amma niyə xəstə olduqlarını anlamırlar.
Beləliklə, “nevrozlar” hansı təsnifatda olub-olmamasından asılı olmayaraq sayıqlamalar və hallüsinasiyalar olmayan, xroniki distress vəziyyətlə xarakterizə olunan sinir-psixi pozulmalar qrupudur. Distress vəziyyəti elə bir haldır ki, şəxs ətraf kənar qıcıqlara uyğunlaşa bilmir və davranışında qıcığa müvafiq olmayan cavab reaksiyaları qeyd olunur. Rus ədəbiyyatında isə “nevrozlar” nevroloji və psixiatrik xəstəliklər arasında hüdudi xəstəliklər qrupu kimi göstərilərək psixotik təzahürlər (sayıqlama, hallüsinasiya) olmadan spesifik kliniki fenomenlərlə təzahür edən, fərd üçün xüsusi əhəmiyyət daşıyan həyat münasibətlərinin pozulması nəticəsində yaranan, geriyə dönə bilən psixogen (adətən, konfliktogen) sinir-psixiki pozulmadır.
Əsəb də, ruh da psixiatrın sahəsidir. Nevropatoloq isə sinirlə əlaqədar xəstəliklərlə – parez, qansızma, nevropatiyalarla məşğul olmalıdır. Adi nevrozdan tutmuş, ağır ruhi pozuntulara qədər hamısı psixiatriyaya aiddir. Sinir xəstəliklərində beyində baş verən zədələnmə xaricdə özünü gostərir. Yəni, xəstə iflic olur, ağız əyilir, göz çəpləşir, İnsan əsəbiləşir, beyində şiş varsa beyindaxili təzyiq qalxır, görmə zəifləyir. Buna müayinə lazım gəlmir. İnsanlar çox zaman psixiatrdan qorxduqları üçün (guya psixiatr ancaq ruhi xəstəliklərlə məşğul olur) nevropatoloqa müraciət edirlər. Sinirlə əsəb tam başqadır. Əsəb xəstəliyindən fərqli olaraq ruhi xəstəliklərdə psixozlar baş verir. Yəni halyusinasiya olur: eşitmə, sayıqlama ideyaları olur. O, ağır xəstəlikdir. Əsəbi xəstəlik deyəndə tez müalicə olunan, birbaşa xarici mühitlə əlaqəsi olan nevrogen xəstəlik nəzərdə tutulur. Nevrozlar – ali sinir fəaliyyətinin psixogen mənşəli funksional pozuntularıdır. Nevrozların kliniki təzahürləri olduqca müxtəlifdir.İlk dəfə olaraq “nevroz” termini 1776-cı ildə Uilyam Kullen adlı bir şotland həkimi tərəfindən təklif olunmuşdur. “Nevroz” termininin müəllifi bu ad altında orqanizmin hər hansı bir üzvünün orqanik zədələnməsi ilə bağlı olmayan insan səhhətinin funksional pozuntularını nəzərdə tuturdu. . Müxtəlif psixiatrik məktəblərin nümayəndələri tərəfindən irəli sürülən nəzəriyyələr çox fərqlidir və bəzən bir-birinə tam əkslik təşkil edir.
Psixoanaliz Z. Freyd: Nevroz – qadağan edilmiş meyllər və psixoloji müdafiə arasında kompromisin bir növüdür.
Ekzistensializm. V. Franklın yazdığı kimi, nevroz həyatın mənasının itirilməsinin səbəb olduğu ekzistensial vakuumun nəticəsidir.
Humanistik istiqamət. A.Maslou hesab edir ki, nevroloji xəstəliklərin təbiəti insanın motivasion sferasının strukturunda yerləşir.
Nevrozun sosial nəzəriyyəsi C. Furst iddia edir ki, nevrozların səbəbi – cəmiyyətdə sosial bərabərliyin olmamasıdır – bu, ifrat dərəcədə bir solçu yanaşmadır.
Fizioloji yanaşma Xarici zərərli amilin təsiri nevrozun əsas səbəbi olaraq qəbul olunur. Bu, beynin müəyyən bir patoloji vəziyyətidir. İnsanlarda nitq baş beynin təşkilatçılığı ilə fəaliyyət göstərən ikincili siqnal sistemidir.
Nevroz nəyə gətirib çıxara bilər? Nevroz ən çox hallarda xəstənin zehni fəaliyyətinin enməsinin, fiziki dözümünün və məhsuldarlığının azalmasının, əmək qabiliyyətinin pisləşməsinin səbəbi olur. Bundan əlavə, nevrozun inkişaf etməsi xəstədə açıq-aşkar xasiyyətin mənfi cəhətinin ifadə olunmasına, münaqişələrə meyilliyə, tez qıcıqlanmaya, təcavüzkarlığa gətirib çıxarır ki, onun nəticədə cəmiyyətdə təmaslarının məhdudlaşmasına və sosial qruplarda əlaqələrinin pisləşməsinə səbəb olur sist Nevrozların təsnifatı Xəstənin fərdi xüsusiyyətləri, orqanizmin psixofizioloji vəziyyəti və müxtəlif neyrotransmitter sistemlərinin disfunksiyanın spesifikliyi nevrozların klinik formalarının müxtəlifliyini müəyyən edir. Klassik nevrologiyada əsas nevrotik pozuntuların 3 növü ayırd edilir: nevrasteniya, isterik nevroz və sayrışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu). emidir.
Nevrozun ümumi simptomları Nevrozun müalicəsinə başlamazdan əvvəl, xəstənin vəziyyətini psixotik pozulmalardan aydın şəkildə fərqləndirmək lazimdir. Nevrozların ayırd edilməsi meyarları aşağıdakılardır:
Nevrozların formalaşmasında aparıcı rolu psixogenetik amillər oynayır;
xəstə öz vəziyyətinin anormallığını dərk edir və nevrozun simptomlarını kompensasiya etmək üçün səy göstərir;
nevrotik pozuntular daim geridönən xarakterə malik olur;
xəstənin obyektiv müayinəsi zamanı onda şəxsiyyət dəyişikliyinin əlamətləri aşkar edilmir;
xəstənin öz vəziyyətinə tənqidi münasibəti saxlanmış olur;
xəstə öz həkimi ilə əməkdaşlıq etməyə hazırdır, müalicədə uğur əldə etmək üçün səy göstərməyə çalışır.
Sayrışan hallar nevrozu (obsessiv-fobik nevroz) Bu tip nevrozda xəstələrdə özləri tərəfindən yad, xoşagəlməz və ağrılı qəbul edilən sayrışan (obsessiv) qorxular, fikirlər, hərəkətlər, xatirələr yaranır. Eyni zamanda xəstələr müstəqil şəkildə bu sayrışan hallardan azad ola bilmirlər.
Həyəcanlı-fobik pozuntular (qorxu nevrozu) Həyəcanlı-fobik nevrozun psixopatoloji təzahürləri arasında panik hücumları, aqorafobiya və hipoxondrik fobiyalar daha çox rast gəlinir. Panik hücumlar – gözlənilmədən meydana gələn və sürətlə, bir neçə dəqiqə ərzində vegetativ pozuntuların artan simptomatik kompleksi (vegetativ böhran – taxikardiya, döş qəfəsi nahiyəsində narahatlıq, boğulma hissi, havanın çatmaması, tərləmə, başgicəllənmə), gözlənilən ölüm hissi, huşun və ya özünənəzarətin itirilməsi, dəli olmaq qorxusu ilə birləşir.
Nevrotik pozuntulardan necə qurtulmaq olar? Bu gün nevrozları müalicə etmək üçün bir çox metod işlənib hazırlanmış və uğurla istifadə edilir. Lakin nevrozun müalicəsində ümumi tövsiyələr vermək mümkün deyil. Çünki müalicə rejimi yalnız xəstənin ətraflı müayinəsindən və düzgün diaqnoz təyin edildikdən sonra fərdi qaydada seçilməlidir.
Nevrozun proqnozu onun növündən, inkişaf mərhələsindən və davametmə müddətindən, psixoloji və dərman müalicəsinin vaxtında və adekvat göstərilməsindən asılıdır. Əksər hallarda aparılan müalicə, tam sağalma olmasa da, xəstənin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxarır. Nevrozun uzun müddət davam etməsi özündə şəxsiyyətin geridönməz dəyişikliyinin və intihar riskinin yaranması təhlükəsi daşıyır.
Psixogenlər-Ürək bulanması,gəyirmə,əl-ayaq uyuşması,qıc olma və.s xüsusiyyətlər aid edilir.İllərdir yaxa qurtara bilmədiyiniz bu səbəbi tapılmayan ağrılar Psixogen ağrılar adlanır. Psixogen ağrılar insanın psixoloji durumundan qaynaqlanan ağrılardır. Real olaraq mövcud olmayan yanlız şüur altına təsir edən travmalar səbəbi ilə var olan ağrılardır. Psixogen xəstəliklərin təzahür xüsusiyyətləridə fərdi və müxtəlifdi. Bəzən xəstələr bu ağrılara alışır ağrıların əsiri olur və həyatlarının ayrılmaz hissəsinə çevirirlər. Xəstəliyin ilk anlarında xəstəlik siqnallar vasitəsiylə özünü göstərir. Siqnallar isə ilk vaxtlarda halsızlıq ürək bulanması ilə xarekter olunur.
Psixozlar- düşüncə və duyğunun ağır formada pozulduğunu təyin edən psixiatriya terminidir. Psixoz adətən gənclərdə görülsə də, orta yaşlı insanlardan da yan keçmir. Psixiatrlara görə, gənclərdə daha sıx görülən psixoz ağır bir zehni xəstəliyin əlaməti ola bilər. “Psixoz” sözü ilk dəfə 1845-ci ildə Ernst Von Fektersleben tərəfindən dəlilik və maniya sözlərinə alternativ olaraq istifadə edilib. Psixoz sözünün yunan dilindən tərcüməsi “anormal” vəziyyət deməkdir.
Orqanizmə xarakterik olan orqanik xəstəliklərin təsnifatı
Üzvi mənşəli şəxsiyyət dəyişikliyi
Hər hansı bir beyin xəstəliyi davranış və emosional nəzarəti idarə edən sinir şəbəkələrini zədələməklə şəxsiyyət dəyişikliyi kimi təzahür edən simptomlara səbəb ola bilər. Xəstə özü nadir hallarda dəyişiklik haqqında şüurlu olur, lakin digərləri üçün aydın görünür. Xüsusilə beyin şişləri, alın və gicgah payı degenerasiya, beyin xəsarətləri, eləcə də frontal infarkt və qansızma dəyişikliklərin səbəbi ola bilər.
Nevroloji xəstəlikdən yaranan tipik şəxsiyyət dəyişiklikləri apatiya (maraq və təşəbbüsün itirilməsi, duyğuların və şəxsiyyətin nüanslarının düzləşməsi), impuls nəzarətinin pozulması (məsələn, hiperseksuallıq və ya maddə asılılığı), empatiya olmaması, laqeyd və ya diqqətsiz davranış və şübhə xüsusiyyətləridir.
İkinci dərəcəli depressiya
Depressiv simptomlar başqalarına nisbətən beyin xəstəliyi olan insanlarda daha çox yayılmışdır. Bu, duyğuları idarə edən sinir şəbəkələrinə xəstəliyin zərərli təsirindən qaynaqlandığı düşünülür.
Bu sözdə ikinci dərəcəli adlanan depressiyanın müalicəsi digər depresif xəstəliklərdən fərqli deyil, əksinə müalicəyə daha çox davamlıdır.
Ümumi əhali ilə müqayisədə terapiya tələb edən depressiyanın vuruşun subakut mərhələsində 4-10 qat daha çox olduğu bildirilir, beyin şişi olan xəstələrdə, beyin zədələnməsinin nəticəsi ilə əlaqəli, tutma zəif idarə olunan epilepsiya xəstələrində, eləcə də Parkinson xəstəliyi və ya MS xəstələrində. Ümumi əhali arasında ağır depressiyanın yayılması təxminən 5% təşkil edir. Epileptik tutma, müvəqqəti epilepsiya, postiktal vəziyyət
Xüsusilə xəstədə görünən qeyri-adi bir davranış varsa, səbəb polimorf fokus epileptik tutma ola bilər. Çox hallarda xəstədə epilepsiya xəstəliyi olması bilinir. Tutma zamanı aparılan bir Elektroensefaloqrammada (EEG) vəziyyət aydınlaşdırıla bilər.
Temporal (gicgah) epilepsiya xəstələrinin bəzilərində prodromal simptomlar olaraq vizual və ya eşitmə halüsinasyonları və fobiya olur.
Bəzi epileptik xəstələrdə kriz (tutma) sonrası qarışıqlıq ola bilər. Bu bir neçə saata qədər davam edə bilər, bu müddət ərzində aqressiv hərəkət edə bilərlər.
Psixosomatik xəstəliklərdən əziyyət çəkən insanların fərdi psixoloji xüsusiyyətləri.
Şəxsiyyətin strukturu və psixi xüsusiyyətləri xəstəlik zamanı dəyişikliklərə uğrayır.Xəstə öz xəstəliyinə məntiqi olaraq qiymət verməyə məcbur olur.Məntiqi qiymətləndirmə emosiyalarla elə sıx bağlıdır ki,emosiya məntiqi nəticənin xarakterinə güclü təsir edir,nəticədə xəstə obyektiv olaraq öz vəziyyətini qiymətləndirə bilmir.Xəstəliyin qəbul edilməsi şəxsiyyətin öz xəstəliyinə obyektiv və subyektiv münasibətlərindən aslıdır.Xəstənin vəziyyəti heç də həmişə öz xarakterinə uyğun olmur,burada bir neçə kombinasiyalar yaranır.
Xəstəlik baş verir və psixikada yenidənqurmalar yaranır,lakin xəstə bunu hiss etmir.Beyinlə bədənin arasında əlaqə yaranır.
Xəstəlik özü haqqında müəyyən təsəvvürlər yaradır və xəstə bunu dərk edir.Hər xəstəlik özünəməxsus əlamətlərə malikdir.Bu xüsusiyyətlərin formalaşmasında şəxsin fərdi xüsusiyyətləri önəmli faktordurə.
Fiziki vəziyyətə uyğun olmayan özünü təlqinlə formalaşan xəstəlik və xəstənin fəaliyyətinin onda mərkəzləşməsi.
Somatik xəstəliklər şəxsiyyətin spesifik psixoloji komponentlərini təyin edir.Bura əsasən daxildir ümumi emosianal reaksiyalar:depresiya,narahatçılıq,gərginlik,təlaşlıq,apatiya,laqeyidlik və s. daxildir.
Xəstəliyi qəbul etmək çox çətin olduqca mürəkkəb prosesdir.Daxili mən xəstəliyi qəbul etməli onu şürunda canlandırmalıdır.Bu zaman ərzində pasiyenti xəstəliyi haqqında doğru yönləndirmək əsas şərtdir.Bəzən yüngül aradan qaldırmağı rahat olan xəstəlik pasiyentin xəstəliyini beyində dərinləşdirməsi səbəbiylə uzana müalicəsi çətinləşə bilər.
Məsələn bir nümunə göstərmək istərdim 19 yaşında bir qız xərçəng xəstəliyinə tutulur və bu səbəblə sol ayağı kəsilir.Qəbul imtahanına hazırlaşacağı umulacağı tədqirdə kemoterapilərə məruz qalır amma heç vaxt ümidini itirmir özünə süar seçir birdə uduzacam bəlkə amma savaşaraq uduzacam.Ətrafında olan insanlara motiv olaraq tanınmış.Həyatı bahasına daim gülmüş.neslicantay
Son dövrlərdə dünyanı sarmış öz cənginə almış virus zamanı insanlar arasında mövcud olan duruma görə müəyyən gərginliklər yaşanır.Mövcud durum insanlarda psixi gərginlik,psixosomatik xəstəliklərin baş qaldırmasına təkan olur.
Əlbəttə, postpandemiya dövrü fərqli bir dövr olacaq. Həyatın bütün istiqamətlərinə öz təsirini göstərəcək. Şübhəsiz təsir fərqli formada olacaq; ölkədən-ölkəyə, insandan-insana dəyişəcək. Bir isitiqamətli olmayacaq. Dünyada pandemiya ilə bağlı hökm sürən qeyri-müəyyənlik insanların ruh-halına bir başa təsirini göstərəcək. Bu səbəbdən də müxtəlif psixoloji narahatlıqların arta biləcəyini proqnozlaşdırmaq olar. Təkrar virusun olma ehtimalı, bu səbəbdən yaşanan diskomfort, sosial məsafənin gündəlik həyatda qorunması, dezinfeksiya tədbirləri və s bunun fonunda alınan tədbirlər əlbəttə ki, psixoloji gərginliyin artmasına səbəb olacaq. İnsanların normal həyata qayıdışı bir qədər zaman alacaq. Digər tərəfdən insanlar normal həyata yeni şərtlərlə qayıdarlar. Ona görə də hər bir insan bu vəziyyətə psixoloji olaraq hazır olmalı, qaydaları diqqətlə saxlamalı, dezinormasiyalardan maksimum uzaq dayanmalıdır. Çünki postpandemiya dövrü dezinformasiyaların tüğyan edəcəyi dönəm olacaq. Ona görə də qlobal miqyasda psixoloji daynıqlılığın qorunub saxlanması, psixi sağlamlıq və təhlükəsizlik baxımından tədbirlərin alınması qaçılmaz olacaq.
Koronavirus pandemiyası insanların psixi sağlamlığına “dərin” təsir göstərə bilər – indi və gələcəkdə. Karantin rejimi dövründə və rejim bitdikdən sonra insanlar arasında müəyyən adaptasiya müddətində insanlarda psixi gərginliklərin olması qaçınılmazdır. Bu vəziyyəti aradan qaldırmaq, sağlam cəmiyyət yaratmaq başlıca olaraq psixoloqların üzərinə düşür. Bu vəziyyətdə bir birimizə olan sonsuz sevgimiz və inamımız naminə içində olduğumuz vəziyyətin ciddiyyətinin fərqinə varmalıyıq.
Psixi sağlamlığınız diləyi ilə…
Yazar: Arzu Mirzəliyeva
həmçinin bax Hər böyük fəlsəfənin meydan oxuması
https://tehsilim.org/virtual-mektebde-muellimlrr-ucun-novbeti-vebinar/