Şizofreniya
Şizofreniya
Şizofreniya düşüncə,qavrama,davranış pozğunluğuna yol açan beyin xəstəliyidir. Bu xəstəlik keçici və ya qalıcı ola bilir.Dünyada isə hər 100 insandan biri bu xəstəlikdən əziyyət çəkir. Dünyada 60 milyon isə bu xəstəliyi yaşayır. Xəstəlik daha çox 15-25 yaş arası qrup insanlarda görülür. Bu xəstəliyin səbəbi dəqiq bilinmir. Güman olunur ki,genetik xüsusiyyətlər,biokimyəvi pozğunluq,ətraf mühitin təsiri ilə bu xəstəlik yarana bilər.
Bu xəsətəlikdən əziyyət çəkən insanların gündəlik həyat yaşamları olduqca qorxunc və tük ürpədici olur. Şizofreniya insanlarda hiss etmə və münasibət qurma,dünyanı anlayıb, əlaqəyə keçmə bacarığını kölgələyir. Bu xəstəlik faciəli şəkildə yaranan psixoloji haldır,çünki,insanlar tam həyatlarını yaşamağa başlayacağı sırada psixoloji mənada insanların bütün beyni qabiliyyətlərini çəkib alır.
Bu xəstəlik körpəlik,uşaqlıq və yeniyetməlik çağlarının ilk zamanı boyunca təxminən 20 il ortaya çıxmır.İngiltərədə Böyük Britaniyanın qərbində Massachusetts şəhərindəki Hardverd beyin duyğuları qaynaq mərkəzində dr. Steven Vinsent və əməkdaşları normal insan beyni ilə şizofreniya xəstəliyi olan bir beyin üzərində araşdırmalar ediblər.
Bəzi elm adamları bu xəstəlikdən əziyyət çəkən insanların beyinlərinin müəyyən bir qismində həcm və xüsusiyyət olaraq fərqliliklər olduğunu bildirmişlər. Ən böyük fərq beyin əlaqəsi və beyin kimyası quruluşundadır. Bildiyimiz kimi beyində neyron adlanan sinir hüceyrələri bir-biri ilə daima əlaqədədir.
Neyron arası əlaqə isə seratonin və melatonin hormonu vasitəsi ilə mümkün olur.Şizofreniya xəstəliyi olan insanlarda bu maddələrin quruluşu anormal formadadır. Belə ki,hamiləliyin ikinci 3 aylığında neyronlar beyində xüsusi yollar açmaq üçün hərəkət edirlər.
Bu zamanda baş verə biləcək bir mənfi halın ömür boyu insanda təsiri olur. Şizofreniya xəstəliyi olan insanların beyinləri fərqli əlaqələr yaradır,yəni neyronların daxili əlaqələri normal insanların beyinlərindəkindən çox fərqli biçimdə quruluşa malik olur.
Lova xəstəliklər inistutundan Nancy Andreason bildirir ki, Şizofreniya xəstəliyində beyində nə olduğuna aid ən önəmli və inandırıcı dəlillər beyindəki sxemləri görüntüləyə bildiyimiz işləyən görüntüləmə çalışmalarından əldə edilir və sxemlər bir-biri ilə bağlantılı və davamlı əlaqədə olması lazım olan sahələrdir.
Bunu belə düşünmək olar-bir komputerdə informasiya hissələrini toplamaq üçün müxtəlif yerlərə bildiriş göndərən bəzi proqramlara bənzəyir. Şizofreniya xəstəliyinə sahib olan insanlar da bu sxemlər düzgün işləməz,bağlantı qurmaq üçün bildiriş göndərilir ama bağlantı səhv olur. Bu halda isə bəzi zaman olmayan səsləri eşidib,görüdüklərinə isə yanlış cavab verərlər”.
Şizofreniya xəstələri üçün sadə zehni işlər belə mürəkkəb ola bilər. Beyinlərində daha çox su və daha az boz maddə vardır və beyin həcmi isə normal insan beyindən kiçikdir.
Şizofreniyanın klinik xüsusiyyətləri çox keçmiş zamanlarda da varlığına aid bir çox yazılı informasiyalar vardır. Miladdan əvvəl 1400 illərindən qalmış olan Hind Veda yazılı mətinlərində, bugün xüsusi ilə ağır bir gediş göstərən şizofreniya xəstələrində qarşılaşdığımız çılpaq gəzən,özünə baxımı yüksək dərəcədə azalmış, yaşamlarını boş bir halda keçirən ya da din ilə yüksək şəkildə məşğul olan, özünü Tanrı ya da Peyğəmbər bilən, zəhərlənməkdən qorxan insanlardan bəhs edilmişdir.
Qədim zamanlarda xəstəliyin fiziki bir xəstəlik və 4 bədən mayesini normal tənzimləməməsinin nəticəsində olduğuna inanırdılar. Lakin orta dövrlərdə bu xəstəliyi dini baxımdan rəy bildirərək,bunun şeytanın əlaməti,Tanrının insana cəzası olduğunu iddia edirdilər. 1460-1680-ci illərdə on minlərlə ağıl xəstəsi olan insanlar yandırıldı. 19-cu əsrdə isə bu xəstəlik elmin mövzusu oldu.
20-ci əsrdə psixiyatriyanın yaranışı ilə paranoid,özünəbağlılıq,halüsinasiyaların xüsusiyyətləri müşahidə edilməyə başlanıldı.Bütün bunlar tək bir xəstəliyi yaratdı; o da şizofreniya-bölünmüş zehini xəstəlik idi. Müalicə mövzusunda ilk uğur 1951-ci ildə Fransada neyroleptik dərmanların kəşf edilməsi ilə əlaqədar oldu. Bu dərmanlar psixozların təsirlərini azalda bilirdi. Bu dərmanları içən şizofreniya xəstələri divarlarla əhatələnmiş xüsusi yerlərdə həyatlarına davam edə bilirdilər.
Lakin dərman terapiyası yalnız xəstəliyin əlamətlərinin üzə çıxmasının qarşısını ala bilir,davamlı qavrayış zamanı real ilə qeyri real həyat arasında fərqliliyi itirmiş beynin olması ilə keçən bir həyatın yükünü azalda bilirdi. Fransız psixiyatrı Benedict A.Morel yeni başlayan və yıxılma ilə nəticələnən psixozlar üçün vaxtından əvvələ yaşlanma olaraq ad verdilər. Emil Kraepelin Morelin istifadə etdiyi bu termini latın dilində dementia praecox adlandırdı.
Bu xəstələri tibbi xüsusiyyətlərini diqqətə alaraq psixoz-manyak başqa adla bipolar affektiv pozğunluq və paranoid olaraq sinifləndirilmişdir. Bu pozğunluğun adlandırılmasını Eugen Bleuler (1857-1939)etmişdir. E. Bleuler,bu xəstələrin daha tez yaşda bu xəstəliyə tutulmalarının ve bunun yaşlanma ilə nəticələnməsinin vacib olmadığını göstərərək 1911-ci ildə zehinin bölünməsi (yarılması) anlamına gələn şizofreniya (schizophrenia) terminini psixologiyaya gətirdi.
Günümüzde vaxtından əvvəl yaşlanma terimini şizofreniya termi ni iə əvəz edilir. E. Bleuler şizofreni termini,bu pozuğluğa sahib olan xəstələrdə duyğu,düşüncə və davranış arasında bir yarılmanın və yaxud bölünmənin varlığını göstərmək üçün istifadə etdi. Şizofreniya qurbanları daima qorxu içində yaşayırlar, toplum içində olduqlarında səsləri bərabər aldıqları üçün informasiya partlaması beyində yaşadıqlarından həmin mühiti dərhal tərk edirlər. Bilinmədik yerdən gələn səslər və görüntülər bilinir halları belə qorxunc hala gətirir.
Son zamanlar işləmsəl görüntüləmə sahəsində araşdırmaçılar psixoz tutmaları sırasında beyində olanları izləyə bilirlər. Beləcə xülyaların gücü daha net anlaşılır. Şizofreniya xəstələri xülyaları real kimi yaşayır,çünki özünəməxsus beyinləri bu təcrübənin doğru olduğunu deyir. Psixoloji nəzəriyyəni müadifiyə edən araşdırmaçıların çoxu ailəni xəstəliyin vacib bir səbəbi olaraq qəbul etmişdilər.
Frieda Fromm-Reichman şizofreniya olan xəstələrin analarının soyuq, uzaq, rəddedici, həddən çox qoruyucu və ayıq olduqlarını qeyd edib“şizofrenojeniq ana” diqanozunu istifadə etmişdi. Daha sonralar qayğı valideynlərarası mübahisələr və evlilik uyğunsuzluğuna yönəlmiş; Bateson, Bowen, Lidz, Wynne və Laing kimi araşdırmacılar şizofreniyaya səbəb olduğunu qeyd etdikləri müxtəlif aile formaları,ünsiyyət və əlaqə formalarını müşahidə etmişdir.
Bu nəziyyələrin elmi araşdırmalardan çox, az sayda klinik müşahidəyəyə dayanmasına rəğmən geniş miqyasda qəbul görməsi, ruh sağlığı, işçilərin,ailələrin münasibətinə günümüzdə belə təsirini davam etdirəcək miqyasda zərər vermiş, xüsusilə ailələrin yükünü artırmışdır.
Bir çox insanlara görə şizofreniyanın altında yatan səbəblərdən biri informasiyalar və onların önəmidir. Buna “Salience” yəni “qəribəlik” deyirlər. Başqa sözlə informasiyanın qəribəliyi. Hər hansı bir informasiyanın insanın nə qədər lazımlı olduğuna dair avtomatik mexanizmi vardır. Bizim baxış bucağımızdan,var olduğumuz şəraitdən və zamana görə bizim üçün lazımlı qəribə olduğunu düşündüyümüz informasiyalara daha çox əhəmiyyət verər və diqqətimizi ora yönəldərik.
Bunu belə izah edək,məsələn hər hansı bir yerdə müəyyən rəqəmlər gördüyümüzü düşünək. İlk dəfə bizim üçün heç nə ifadə etməyəcək,bu səbəbdən beynimiz avtomatik filtr ilə bu rəqəmləri yaddaşımızdan silər. Lakin bizə bu rəqəmlərin hər hansı kassanın şifrəsi olduğunu desələr bu zaman bu rəqəmlər bizim üçün qəribə hal alır. Rəqəmlər eynidir amma bir mənası vardır.
Bu hadisənin bioloji bir qarşlığı vardır-Dopamin. Beynimiz lazımlı informasiya qarşısında dopain yəni diqqət hormonu ifrazını artırır. Elə bu baxımdan şizofreniya xəstəsinin beyində davamlı dopamin hormonu ifrazı artır,yəni qarşılaşdığı hər hansı informasiyaya diqqətini yönlədirilir. Hətta bu baxımdan şizofreniya xəstəsi olan insanlar “Dünya ilə əlaqəli fərqliliyim çox artmış və kiçik şeylər, səslər, görüntülər belə daha əvvəl heç fərqində olmadığım qədər vacib bir hala gəlmişdi” kimi fikirlər qeyd edirlər.
Bu xəstəliklər məşhur insanlarda da çox görülür . Psixoloqlara görə Vincent Van Gogh,Emily Dickinson,İssak Nyuton,Albert Eyşteyin şizoid xəstəliyinə sahib olan insanlardan olublar. Burada xüsusi qeyd edə bilərik ki,şizoid xəstəliyi ilə şizofreniya arasında fərq şizofreniyada halüsinasiya olmasıdır.
Şizoid xəstəlik məhz şizforeniyaya çevrilməyə bilər,bu tip insanlarda yardım və müalicə ilə normal həyatlarına davam etdirə bilərlər. Yaradıcı insanlarda isə şizoid xəstəliyi görülür. Bu mövzuda araşdırma 2005-ci ildə Şizofreni araşdırmalı jurnalında Brad Folley və Sohee Park adlı psixoloqlar tərəfindən qeydlər aparmışdı. Folley araşdırma bağlı bunu söyləyib:”Şizoid xəstəliyi ilə yaradıcılıq arasında əlaqə çox açıq formada qarşımızda idi,ancaq bu insanları heç kəs araşdırmamışdı.
Biz araşdırmamızda bu insanlarda yaradıcılığı təcrübə yolu tətbiq etdik və bu insanların xəyal gücü lazım olan təcrübələr edərkən beyinlərində zamanları da müşahidə etdik. Folley və Park şizoid,şizofreniya,normal insanlar üzərində iki təcrübə etdilər. Birinci təcrübədə həmin bu insanlara bildiyimiz,sıradan ev əşyaları göstərilir və özlərindən bu əşyalar üçün yeni funksiyalarının olduğuna dair sual soruşurlar.
Bu təcrübədə Şizoid xəstələri Şizofreniya olan və ya olmayan normal insanlara nisbətən daha yaradıcı olduqları bilinmişdir.İkinci təcrübədə isə yenə gündəlik əşyalarla əlaqədar yeni funksiyalar düşünmələri istənilir və eyni zamanda özlərindən bir şey yaratmaqları da istənilir. Bu zaman beyin aktivlikləri görüntülənir. Araşdırmalara görə şizoid xəstəsi,şizofreniya və normal insanlar beynin iki yerini istifadə edirlər,lakin şizoid xəstələri beynin sağ qismini daha çox istifadə etdiyi görünür.
Bu xəstəliyin inkişaf zamanında müalicə olduqca vacibdir. Belə ki,80%insanlar bu xəstəliyi vaxtından əvvəl bilsələr bu xəstəlikdən əziyyət çox çəkməzlər. Bu xəstəlik həmçinin xəstəliyə sahib olan insanların ətrafındakı insanlara da təsir edir. Xəstəliyin ailə fərdlər üzərindəki təsiri xəstəliyin hansı zamanda olması ilə bağlıdır-ilk psixotik hücumu keçirən bir xəstənin ailə fərdləri təəcüblü və həyacan içində olan zaman,7 dəfə xəstəxanada yatan bir xəstənin ailə fərdlərində cansıxıcılıq olduğu müşahidə edilib.
Bu zaman həmçinin utanc və günaharlıq çox sıx yaşanan duyğulardır. Ciddi anlamda maddi problemlər ortaya çıxır. Psixotik pozğunluqlar ailə içindəki əlaqə formasını da dəyişə bilir. Məsələn,bu xəstəlikdən əziyyət çəkən insanın ailəsində daima mübahisə və xəyal qırıqılığı tamamilə həmin xəstəyə təsir edir və bu zamam xəstədə ruhsal düşkünlük həmçinin özünəqapanıqlıq ortaya çıxır. Digər yandan xəstənin davranışları evlilik illərinə təzyiq və məcbur etmə ilə bağlı olaraq bir sır problemlərə yol açır.
Hətta qeyd edilib ki,ana və atalar bu xəstəliyə sahib uşaqlarında qayğılı ümidlərini və gözləntilərini itirdikləri üçün bunun yasını tutarlar. Buna adətən “sonu olmayan yas halı”deyirlər. Digər bir yandan Nechmad və dostları,şizofreniyada bacı-qardaş əlaqələri üzərində çalışmalar aparıblar. Buna görə1950-1970-ci illər arası edilən araşdırmalar şixofreniyanın ailədən digər şəxslərə ötürülməsi fikrinə arxa olmuş və əsasən qardaş-bacı arasında olan problemləri göz önünə gətiriblər.
Bu zaman ailənin sağlam olan uşağında qısqanclıq,aqresiya,xəstə bacı və yaxud qardaşını rədd etmə,ailədən qopma,sağlıqlı olduğu üçün özünü günahkar bilmə və s kimi problemlər ortaya çıxır. Ailənin digər fərdlərində emosional problemlər ortaya çıxacağı kimi,xəstənin yaxınlarında da peşə itirmə müşahidə edilir.
Şizofreniya olan xəstələrin yaşadıqları hal onların cəmiyyətdən təcrid ediləməsinə,bu zamanda bunun birbaşa ailənin düşünməsinə sövq edə bilir. Bu zaman ailə tam mənəvi dəstlə xəstənin daima yanında olmalı və dərmanlarını vaxtında qəbul edilməsinə nəzarət etməlidir.
Digər yandan isə edilən araşdırmalarda qadın və kişilərdə şizofreniya görülmə mümkünlüyü bərabər olduğu,kişilərdə başlanğıc yaşının qadınlara görə tez olduğunu,ən çox müşahidə edilən səbəb isə ailə vəziyyətinin bekar olması və sosialekonomik halın aşağı olması şizofreniyaya səbəb ola bilər. Etoloji olaraq isə,genetik, obstetrik anomaliya və intrauterin infeksiolar, neyroinkişaf ve neyrodejeneratif nəzəriyyələr, neyrontransmitter ilə bağlı nəzəiyyəlr üzərində dururulur.
Çində 2007ilində edilən, 542 yatan şizofreniya xəstəsinin cinsiyətə görə klinik ve demoqrafik xüsusiyyətlərinin qarşılaşdığı bir çalışmada,kişi xəstələrdə xəstəliyin daha tez başladığı, daha az bir qisminin paranoid tip ilə sonlandırıdlığını ,daha yüksək dozada antipsixotik dərmanlar aldığı, daha az peridolarla atipik antipsixotik dərman
istifadə etdiyini daha çox siqarət içdiyini, daha çox evlənməmiş ya da tənha olduğu,daha az pozitiv göstərişlər olduğunu,ümumi psixopatoloji ballarının daha az olduğu,anksiyətə ile depresyon altmiqayas ballarının daha az olduğu, qadınların çoxunluğunun xəstəliyinin gec başlanğıclı olduğu (≥45 yaş) nəticəsinə gəlinmişdir.
Şizofreniya diaqnozlu qadınların 23%-i, kişilərin isə 40%-ində bu hal 19 yaşından əvvəl özünü büruzə vermişdir.
Şizofreniyanın genetik səbəbləridə mövcuddur. Belə ki,əgər ata və ya anadan biri xəstədirsə övlada keçmə ehtimalı 10-13 % dir.Hər iki valideyn xəstədirsə bu ehtimal 40 % qədər yüksəlir.
Bu xəstəliyi hal-hazırda texnikanın inkişaf etdiyi müasir dövrdə yeni texnoloji üsullarla müalicə etmək mümkündür. Belə ki.Son illərdə effektivliyinin çox olması və ya təsirlərinin az olmasına görə fərqlənən bir müalicə üsulu da EKT (elektrokonvulsif terapiya) dır. Bu üsulda xəstəyə narkoz altında adətən gicgah nahiyəsinə yerləşdirilimiş elektrolatlarla xüsusi tənzimlənmiş elektrik cərəyanı verərək süni qıcolma yaradılır.Bu zaman beyindəki transmitterlerdə müəyyən dəyişiklik olur.
Ümumilikdə,şizofreniya təhlükəli,zehni və psixi xəstəliklərdən biri olduğundan müalicənin erkən başlanması müalicədə müvəffəqiyyət şansını artırmaqdadır. Müalicə olmayan xəstələrin özünə qulluq azalmaqda, ictimai uyğunlaşması pozulmaqdadır. Ailəsi, yaxını olmayan və nizamlı müalicə görə bilməyən xəstələr ya cinayət işləyərək həbsxanaya düşməkdə və ya aclıq və yoxsulluq içində küçələrdə yaşamağa məhkum olur.
YAZAR: Aydan Qurbanova
Həmçinin bax:Psixosomatik xəstəliklər
Həmçinin bax:https://tehsilim.org/imtahanin-11-aprel-2021-ci-il-tarixinde-kecirilmesi-nezerde-tutulur/
Həmçinin bax:https://turaz.org/ombudsmandan-beyanat/