Siyasi ideologiyalar: Feminizm- II hissə
Qadınlar ilkin səhiyyə xidmətinin bərabərliyindən məhrum ediliblər. Bir sıra ölkələrdə, qadınlara və qızlara kişi həmkərlarından daha az yemək verilir. Ümümdünya Səhiyyə Təşkilatı Hindistan, Pakistan və Banqladeşdə baş verən qız körpələrin ölümlərinin altıda birinin qadınlara qarşı ayrı-seçkilikçi münasibətin səbəbi olduğunu irəli sürüb.
Qadınlar hörmət bərabərliyindən məhrum ediliblər. Bəzi ölkələrdə, qızlara oğlanlar qədər hörmət və dəyər göstərilmir, nəticə olaraq da, qadınlar aborta və uşaqların öldürülməsinə məruz qalıblar. Məsələn, 1990-cu illərin əvvəllərində, Çində hər il 10.000 ultrasəs maşınları istehsal olunurdu: bu maşınlar oğlan istəyən ailələrdə selektiv abortların azaldılması üçün istifadə edildiyi düşünülürdü. Cənubi Koreyada da qız uşaqları deyil, oğlan uşaqlarının olmasını təmin etmək üçün cinsi seçim tətbiq olunur.
Qadınlar zorakılıqdan müdafiə bərabərliyindən məhrum ediliblər. Bütün dünyada qadınlar zorakılığa qarşı həssasdır, buna həmçinin, ailə üzvləri tərəfindən törədilən zorakalıqda aiddir. Məsələn, İngiltərə və Uels-in araşdırmalarında 45% qadın cinayətləri onların həyat yoldaşları/partnerləri və yaxud keçmiş həyat yoldaşları/partnerləri tərəfindən törədildiyi, lakin kişi cinayətlərinin isə sadəcə 6%-nin keçmiş və yaxud indiki həyat yoldaşları/partnerləri tərəfindən törədildiyi aşkar olunmuşdur. Birləşmiş Ştatlarda, hər 18 dəqiqədə bir qadın döyülür, Latın Amerikada isə qadınların kişilər tərəfindən törədilən şiddət və zoraklıqlara qarşı müdafiəsiz olması problemi, 100-dən çox qadın birlik təşkilatlarının yaranmasına yol açıb.
Qadınlar dövlət tərəfindən bərabər müdafiədən məhrum ediliblər. Siyasi institutlar qanunların və siyasətlərin qadınlara qarşı ayrı-seçkilik etdiyi və kişi maraqlarına üstünlük verdiyi güzəştli sistemlər qurmuşdur. Məsələn, Peru və Misirdə zina etməkdə şübhəli bilinən həyat yoldaşlarını qanuni olaraq döyə bilərlər. Braziliyada məhkəmə sistemi cinayət işlərində qadının kişinin namusuna xələl gətirdiyi təqdirdə kişinin qadına qarşı zorakılığına haqq qazandıran hüquqi müdafiə arqumentlərini qəbul etmişdir. Birləşmiş Ştatlarda, yalnız 1920-ci ilə qədər səsvermə hüququnun federal müdafiəsindən istifadə etmirdilər ( on doqquzuncu düzəliş vasitəsilə) və yalnız 1970-ci ildə ABŞ Konstitusiyasının siyasi bərabərlik müddəaları (on dördüncü bərabər müdafiə düzəlişi vasitəsilə) Ali Məhkəmə tərəfindən kişilər qədər qadınlar üçün də tətbiq olunacağını şərh edib.
Feminizmə görə, qeyd olunan empirik faktlar cinsi iyerarxiyanın mövcudluğunu göstərir və feministlər həmçinin iddia edirlər ki, patriarxat çoxsaylı dinlər, intellektual adət-ənənələr və mədəniyyətlər tərəfindən qanuni və qəbuledilən hesab edilir. Məsələn, feministlər yəhudi-xristian ənənəsinin qadın tabeçiliyi mesajlarını çatdırmaq üçün istifadə edildiyini qeyd edirlər. 1200-cü illərdə, misal olaraq, St. Foma Aquinas (1225-1274) qadın ruhlarının kişi ruhlarından fərqli olub-olmadığını düşünürdü, belə ki, kişilər Tanrı obrazında, qadınlar isə insan formasında (Adəm) yaranıblar. Eyniylə, dini liderlər İslam ilahiyyatını qadınların kişilərə tabe olması kimi şərh edirdilər. Ayətullah Ruhullah Xomeyninin (1900-1989) dövründə qadınların müəyyən peşələrdə işləmək hüquqlarından məhrum edildiyi və din xadimləri tərəfindən qadınların əsas vəzifəsinin həyat yoldaşı və ana olmaqdan ibarət olduğunu dedikləri aşkar olunmuşdur. Fələstinli qadınlar həmçinin azadlıq hərakatı Hamas-ın (İsrailə görə Fələstin muxtariyyəti üçün döyüşən bir təşkilat) siyasi və dini liderlərinin, qadınları qapalı, aslı, və digər qruplara ayırmağı haqlı çıxartmaq üçün dini istifadə etdiklərinə şahid olmuşdurlar. Buddizmin bəzi məzhəblərində dinin cinsi iyerarxiyaya bəraət qazandırmaq üçün istifadə edildiyinə də rast gəlinir: Qadınların mahrasa kimi təyin olunması rədd edilir və onlar daha aşağı vəzifələrlə (rahibələr) məhdudlaşdırılırlar.
Qərb fəlsəfəsinin intellektual ənənələrində klassik yunan nəzəriyyəçisi Aristotel qadın və kişilərin əsaslı şəkildə fərqli olduğunu öyrədən və qadının ən yüksək funksiyasının uşaq sahibi olmaq, kişinin isə ən yüksək məqsədinin intellektual yaradıcılıq olduğunu iddia edən bir çox filosoflardan biri idi (384–322 e.ə). 1700-ci illərdə fransız filosofu Jan-Jak Russo patriarxiyanı qanuniləşdirmək üçün fəlsəfədən istifadə etməklə Aristotelin praktikasını davam etdirdi (1712–1778). Russo tiranlığa və zalım hökumətlərə qarşı və kişilərin fərdi azadlığın tərəfdarı idi, lakin eyni zamanda qadınların ailə daxilində kişi hakimiyyətinə tabe olması lazım olduğunu öyrədirdi. Russo iddia edirdi ki, qadının vəzifəsi ərini razı salmaq idi və bu, ən yaxşı şəkildə ərinin iradəsinə tabe olmaqla həyata keçirilə bilərdi. Russoya görə kişilərin hökmranlığı (hökumətlər tərəfindən) dəhşətli idi, lakin qadınların (kişilər tərəfindən) hökmranlığı təbii və arzuolunan idi.
İlahiyyat və fəlsəfə sahələrindən kənarda, digər mədəni təcrübələr tez-tez qadınların kişilərə tabe olmasını təsdiqləyir və hətta tərifləyirlər. İkinci Dünya Müharibəsindən dərhal sonra ABŞ-ın populyar mədəniyyətində kitablar və jurnallar qadınlara xoşbəxt arvad və ana olmaq üçün kişilərlə rəqabətdən çəkinmələri tövsiyə edilirdi. 1947-ci ildən məşhur bir kitabda (“Müasir qadın: İtirilmiş cinsiyyət”) iddialı, karyera düşüncəli qadınların kişilər üçün zərərli olduğu bildirilirdi. Təhsil və iqtisadi tərəqqi axtaran qadınlar eqoist, kişilərə nifrət edən və ailəni dağıdan qadınlar kimi qiymətləndirildi. Həqiqətən, 1954-cü ildə “Esquire” jurnalı evli işləyən qadınları cəmiyyət üçün təhlükə adlandırdı.
Qadın tabeçiliyi ABŞ-dan kənarda da başqa mədəniyyət qurumları tərəfindən qanuniləşdirilib. Bir sıra Afrika ölkələrində qadın sünnəti geniş şəkildə qəbul edilən mədəni ünsürdür. Qadın sünnəti kişi razılığını almaq üçün qadının bədəninin cərrahi yolla dəyişdirilməsini nəzərdə tutur. Bir çox ABŞ feministləri qadın sünnətinə son qoymaq səylərini dəstəkləsələr də, bir sıra afrikalı qadınlar ABŞ feministlərini Afrika mədəniyyətini qınamağa tələsməzdən əvvəl düşünməyə və ehtiyatlı olmağa çağırdılar. Həqiqətən də, qadın sünnətini ağlasığmaz hesab edə bilən bu kitabın ABŞ oxucuları öz ölkələrində kişilərin marağını və istəyini artırmaq üçün qadın bədəninin dəyişdirməyə sövq edirlər.
Feminizm patriarxatın və onun dini, fəlsəfi və mədəni dayaqlarının tənqidindən daha çoxunu ehtiva edir. Feministlər hansı siyasətin patriarxat problemlərini daha yaxşı həll edəcəyi ilə bağlı fikir ayrılığına baxmayaraq, feminizm siyasətin təbliğatını da əhatə edir. Oxucular feminizmin məqsədlərinə dair konsensusun olmamasına təəccüblənməməlidir. Feminizm, bu mətndə müzakirə edilən digər ideologiyalar kimi, mürəkkəb fikirlər toplusudur və müxtəlif dünyagörüşləri əhatə edir. Liberal feminizm, radikal feminizm, sosialist feminizm və müxtəliflik feminizmi fərqli feminist analitik və siyasi perspektivləri təmsil edir.
QAYNAQ: Ellen Grisgby- Analyzing Politic
TƏRCÜMƏÇİLƏR: Aysel Əzizova və Könül Mahmudova
HƏMÇİNİN BAX: Siyasi ideologiyalar: Feminizm- I hissə
HƏMÇİNİN BAX: Tehsilim.org/guney-azerbaycan-demokratik-cumhuriyyetinin-qurulmasinin-76-ci-ildonumudur/