Siyasi ideologiyalar: Feminizm- I hissə
Feminizm bütün pozisiyalarda qadınların siyasi, iqtisadi və mədəni olaraq aşağı səviyyədə olmalarına qarşıdır. Yəni, feminizm qadınların kişilərdən aşağı olduğunu irəli sürən, qadınlara qarşı ayrıseçkiliyi dəstəkləyən, kişilərin qadınlardan üstenlüklərini əks etdirən, kişilərin azadlıqlarını və sağlamlıqlarını qadınlarınkından daha üstün tutan qanunları, ənənələri və inancları tənqid edir. Feminizm qadınların öz həyatları üzərində gücünü inkar edən və qadınlardan özünüidarə edə bilən varlıqlar kimi azad yaşam mümkünlüyünü əsirgəmə cəhdlərini özündə əks etdirən tarixi, müasir, milli, mədəniyyətlərarası praktikanı tənqid edir. Femizimn fəlsəfi cəhətdən liberalizmlə yaxındır, belə ki, hər iki ideologiya 1 insan və ya 1 qrupun digəri üzərində üstünlüyünü və dominantlığını əks etdirən anlayışı qanunsuz və qeyri-etik olmaqla rədd edir. Feminizm demokratik teoriya şəklində olan hər kəsin kollektiv qərarvericilikdə iştirakının dəstəklənməli olduğunu bildirən inancı paylaşır, eyni zamanda, insanların bu gücü inkar edən nöqteyi nəzəri zülmkar olaraq qələmə verir. Analitik Rozmerinin izah etdiyi kimi baxmayaraq ki, feminizm bu mətndə deyildiyi kimi müxtəlifliyə əsaslanan ideologiyadır, bütün feministlər qadınların kişilər qədər azad olmalı olduqları ideyasını yayırlar.
Qadınlar və kişilərin fundamental bərabərliklərinə əsasən feministlər patriarxal instituta qarşı tənqidlər ediblər. Patriarxiya bir çox feministlər tərəfindən bir sosial qrup kimi kişilərin qadınlar üzərində hakimiyyətini təsvir etmək üçün istifadə olunan termindir. Patriarxal sistem cinsi iyerarxiyaya əsaslanan, kişilərin hakim, qadınların isə asılı pozisiyalarda olmasını əks etdirən sistemdir. Bir çox feministlərə görə patriarxiya müxtəlif mədəniyyətlərdə və zaman periodlarında var olub. Feminist perspektivindən çıxış etsək, hər bir kişi qadınları üstələməsə də, sosial qrup olaraq kişilərin cəmiyyətdə qadınlar hesabına öz maraqlarını təmin etmək adına güc üstünlüyü olub. Feminist düşüncəlilər bu baxışı necə dəstəkləyirlər? Çox feministlər patriarxiyanın varlığını nümayiş etdirmək üçün aşağıdakı sübutları göstərirlər:
1. Qadınlar resurs bərabərliyindən məhrumdurlar. 1980-ci ildə Birləşmiş Millətlər Təşkilatı bu uyğunsuzluğu göstərdi: baxmayaraq ki, qadınlar dünya əhalisinin 50 faizini təmsil edir, onlar yer kürəsindəki mülkiyyətin yalnızca 1 faizini, qlobal gəlirin isə 10 faizini əldə edirlər. 1994-cü ildə Dünya Sağlamlıq Təşkilatı qadınların Yer kürəsi resurslarının 20 faizinə sahib olduğunu açıqladı. 1995-ci ildə BMT aşkara çıxardı ki, bütün dünyada qadınlar onlarla eyni işi görən kişilərdən 30-40faiz daha aşağı gəlir əldə edirlər. 1996-cı ildə bunun davamı olaraq BMT təmsilçilərinə əsasən, qadınlar kişilərin maaşlarının 50-80 faizini alırlar. Təəccüblü deyil ki, statistikalara əsasən qadınların səfalət içərisində yaşama ehtimalları kişilərdən daha çoxdur. 1996-cı il hesabatı göstərdi ki, dünyadakı kasıbların böyük əksəriyyətini (demək olar ki, 70 faizini) qadınlar təşkil edir.
2.Qadınlar siyasi güc bərabərliyindən məhrumdurlar. BMT-nin 1995-ci il hesabatına görə, qadınlar orta hesabla dünyanın milli qanunvericilik yerlərinin yalnız 10,5 faizini əhatə edirlər. Yalnız 2 ölkədə- Norveç və Finlandiyada parlamentdəki qadın iştirakının faizi 39 faizdən çoxdur. Tarixən, yalnız 23 qadın dövlət başçısı və ya ölkənin icraçı lideri vəzifəsinə seçilib. 1995-ci ildə yalnız 6 qadın dövlət başçısı idi: Pakistanın Baş Naziri Bənazir Bhutto, Norveçin Baş Naziri GR Harlem Brundtland, Nikaraquanın Prezidenti Violeta Barios, Şri-Lankanın Prezidenti Çandrika Bandaranayka Kumaratunqa, Banqladeşin Baş Naziri Xalida Zia, Türkiyənin Baş Naziri Tansu Çiller
3.Qadınların təhsil imkanları bərabərliyi rədd edilib. Qadınlar yer kürəsinin savadsız əhalisinin üçdə ikisini təşkil edir.
4.Qadınlar təhsil imkanları bərabərliyindən məhrumdurlar. Onlar Yer kürəsinin savadsız toplumunun 2/3-I təşkil edirlər.
QAYNAQ: Ellen Grisgby- Analyzing Politic
TƏRCÜMƏÇİ: Səkinə Gülmalıyeva
HƏMÇİNİN BAX: İngiltərənin idarəetmə forması və siyasi partiyalar
HƏMÇİNİN BAX: Tehsilim.org/kamal-abdulla-venesuelanin-olkemizdeki-sefiri-ile-gorusub/