Siyasi ideologiyalar: Faşizm- I hissə

Hitler və Mussolini faşizmi:

 

Benito Mussolini (1883-1945) və Adolf  Hitler (1889-1945) faşizmi iyirminci əsrin siyasi problemlərinin həlli kimi tanıdıqlarını bildirərək onu  müdafiə etdilər. Faşizmin, ölkələri iqtisadi nizamsızlıqdan, milli zəiflikdən
və mənəvi tənəzzüldən qurtaracağını vəd edirdilər. Bu dövrdə cəmiyyət liberalizmin, mühafizəkarlığın, sosializmin
və ümumiyyətlə demokratiyanın özünün uğursuzluqları ilə qarşı-qarşıya qalmışdı. Sosializm, liberalizm və demokratiyanın fəlsəfi fikirləri birbaşa faşist yazılarında hücuma məruz qaldı.  Mühafizəkar fikirlər daha dolayısı
ilə tənqid olunurdu. Faşizmin anti-sosialist bölgələrdə təbliğatı gedirdi. Məsələn, 1921-ci il İtaliyadakı seçkilərdə, faşizmə dəstəyin sosialist namizədlərə qarşı çıxması ilə əlaqəli olduğu müəyyən zaman sonra aydın oldu. Yəni bu seçkilərlə bağlı aparılan araşdırmalar bir çoxunun faşizmə səs vermənin sosializmə qarşı bir səs kimi qəbul etdiyini ortaya qoyurdu.

Nazi Almaniyasında, sosialist fikirlər və sosialist və kommunist partiyalar və fərdlər nasistlər tərəfindən repressiya və təqib üçün xüsusilə hədəf alındı. Nasist Almaniyasındakı ilk toplama düşərgələrindən bəziləri sosialistlər və kommunistləri həbs etmək üçün istifadə edilmişdir. Beləliklə həm ideologiya, həm də siyasi praktika baxımından faşizm iyirminci əsrin əvvəllərində özünü digər ideologiyaların rəddedilməsi kimi müəyyənləşdirdi. Daha çox faşizm bu illərdə özünü anti-sosializmin/ anti-kommunizmin kateqorik və ümumiyyətlə vituperativ ifadəsi kimi irəli sürdü. Bir çox alim, faşizmi anti-təzəri bir meyl kimi təsvir edir. Yəni, faşizmin faşistlər tərəfindən müxtəlif mühitlərdə ümumbəşəri şəkildə qəbul edilmiş əsas siyasi fikirlərdən çox, özünə hörmət göstərən faşistlər tərəfindən əldə edilmiş doğaçlama, mədəniyyətə məxsus mövqelərdən ibarət olduğu deyilir. Beləliklə, Mussolini 1922-ci ildə İtaliyada hakimiyyətə gəlib, 1943-cü ilə qədər hökm sürsə də, Hitler və nasistlər 1933-cü ildən 1945-ci ilə qədər Almaniyada hakimiyyəti əllərində saxlasalar da, İtaliyadakı faşizm Almaniyadakı faşizmdən xeyli fərqlənirdi.

İtaliya və Almaniyadan kənarda olan faşizm daha çox fərqlənirdi. Məsələn, Mussolini ve Hitler İspaniyanın Fransisko Frankonu (1892-1975)  dəstəklədi, Franko da İspaniyanın faşist birliklərindən dəstək istədi. Lakin, 1939-cu ildə hakimiyyətə gəldikdən sonra, Franko Mussolini və Hitlerdən uzaqlaşdı. Avropanın xaricində, Argentina lideri Xuan Peronun (1895-1974) siyasətinə faşist ideologiyasının izahçısı kimi baxmaq olar. Bu yaxınlarda, gördüyümüz kimi, ABŞ skinhedləri və Aryan Millətləri neofaşist siyasəti dəstəklədilər.  Həqiqətən, 1927-ci ildə, İtalyan tarixçi Qaytano Salvemini, faşizmin nəzəri aydınlığı olmamasının faşistlərin həm tərəfdarlarını, həm də müxaliflərini qarışdıra biləcəyini ifadə edirdi. Salvemini, yeni qurulmuş faşist rejimlərdən nə gözləməyini mütləq bilmirdi. Mussolininin hakimiyyətə başlamasından 3 il sonra İtaliyadan sürgün edilən Salvemini, faşistləri ideoloji təklifləri ilə olmasa da, hərəkətləri ilə başa düşəbiləcəyi qənaətinə gəldi. Salvemininin təklif etdiyi kimi təhlillər göstərir ki, faşizm praktik olaraq zəif olanlara uğurla müqavimət göstərməyə yönəlmiş tərifli bir şiddət sistemi, gücünü avtoritar bir liderdə cəmləşdirən bir sistem idi.  Beləliklə, Salvemininin Mussolininin ilk illərindəki İtaliyada, yalnız güc yoluyla deyil,
həm də insanların- xalq dəstəyi ilə idarəedən bir hökuməti təsis etmişdi. Salvemini’nin 1920-ci illərdə faşizmin marjinal şəxslərə və qruplara qarşı xalq tərəfindən əsaslandırılmış şiddət kimi təsvir etməsi, gördüyümüz kimi,
nasist Almaniyasının və daha yeni neofaşist siyasətinin bir çox dinamikasını təsvir etmək üçün istifadə edilə bilər.

Xalqın faşizmə qarşı çıxmasını təmin edən hər hansı bir tədbir faşizmin dəstək quruluşunu zəiflədə bilər. Faşizmi təhlil edərkən terminologiyanın mənşəyini araşdırmaq faydalıdır. Faşizm sözü fasces termini ilə əlaqədardır. Qədim Romada fasislər birlik yolu ilə gücün simvolunu yaradan bir emblem idi. Faşistlər üçün bu emblem məcbur bir rəmz idi, çünki faşizm hər bir fərdin millətin məqsədləri üçün mövcud olduğu vahid bir cəmiyyət qurmağa çağırdı. 1919-cu ilin martında Mussolini İtaliyada yeni təşkil olunmuş faşist qruplar üzərindəki liderliyini rəsmiləşdirməyə başladıqda, rəsmi nişan olaraq fasçaları seçdi. Faşistlər bəzən ideologiyalarının nə olduğunu  izah etmək strategiyasını qəbul etdilər. Mussolini’nin Faşizmi: Doktrina və İnstitutlarda bu yanaşma izlənilir. Faşizmin spesifik arqumentləri, rəqib siyasi perspektivlərə faşist alternativlərini vurğulayan bir sıra təzadlarla izah olunurdu. Məsələn, faşizm pasifizmə qarşı çıxan bir ideologiya kimi təqdim olunur. Pasifizm, ölkələrin sülh yolu ilə mövcud ola biləcəyi və mübahisələri zorakı olmayan yollarla həll edəbiləcəyi fikrinə söykənir. Pasifizm barışıq axtarma və barışıq qurmaqdır. Mussolininin əsərləri faşizmin niyə bu cür düşünməyi rədd etdiyini izah edir. Faşizm barışıq axtarmağı bir ölkəni zəifliyə sövq etmək, qorxaqlığı bəhanə etmək və ölkəni daha güclü bir mövqeyə sövq edəbiləcək riskdən imtina etmək kimi qiymətləndirir. Mussolini yazı: Pasifistlər münaqişədən çəkinirlər, lakin münaqişə bir rəqibə qalib gəlmək üçün bir fürsət ola bilər. Münaqişə ərazi genişlənməsi üçün bir fürsət ola bilər. Münaqişə hökumət üzərində hakimiyyəti ələ alma vasitəsinə çevrilə bilər. Münaqişə üstünlüyü nümayiş etdirmək üçün bir vasitə ola bilər. Mussolini daha sonra faşizmi millətçiliyi təbliğ edən bir ideologiya kimi təsvir edir. Milliyyətçilik həm beynəlmiləlçiliyə, həm də fərdiyyətçiliyə alternativ olaraq təyin olunur. Birinci konsepsiyaya gəldikdə, Mussolini beynəlxalq ittifaqların milli suverenliyi ləğv etməsinə icazə verilməsinə dair mübahisəni rədd edir. Yəni, beynəlxalq strukturlardan milli nüfuzdan məhrum olmaq üçün istifadə edilməməlidir. Beynəlxalq ittifaqlar milli liderlərin qərar qəbul etmə səlahiyyətlərini pozmağa və ya məhdudlaşdırmağa çalışmaq üçün istifadə edilməməlidir.

Kosmopolit, universal, beynəlxalq perspektivlər İtaliyanın, məsələn, İtalyan milli siyasətini əhatə edən məsələlərdə narahatlıq və ehtiyaclarını üstələməməlidir. Mussolininin fikrincə, milli sədaqət, beynəlxalq ittifaqların ola biləcəyindən daha güclü güc mənbəyidir. Bunu başa düşməklə faşistlər bir millətdən millətçi potensiallarını ortaya çıxarar və ortaq maraqlara yönəldə bilirlər. Ortaq maraqlar konsepsiyası Mussolininin fikri üçün xüsusilə vacib idi. Milliyyətçi ortaq maraqlar yalnız müəyyən fərdlərə məxsus olan xüsusi maraqlardan fərqli olaraq dayanırdı. Mussolini, millətin hər bir üzvü, bütün xalqın paylaşdığı maraqlar səfərbər edildikdə fayda götürdüyünü yazırdı. Beləliklə, milliyyətçiliyin iki ölçüsü (anti-beynəlmiləlçilik və anti-fərdiyyətçilik) gücləndirici oldu. Milliyyətçilik millətin üzərində və ya daha böyük olan iddiaları (beynəlxalq birliyin irəli sürdüyü iddiaları) rədd edən bir növ ideologiya idi. Millətin altındakı və ya daha kiçik olan iddialar (şəxs tərəfindən irəli sürülən iddialar). Məsələn, beynəlmiləlçilər, sülhün qlobal cəmiyyət üçün yaxşı olacağını iddia edəbilər (baxmayaraq ki, İtaliya müharibəni ərazi ambisiyalarına xidmət edir deyə düşünə bilər), fərdiyyətçilər isə fikir azadlığı fikirlərini azlıqda olanlar üçün yaxşı olardı (hətta İtalyanlar bütövlükdə azlığı xayin olaraq görsələr də). Bu nümunələrdə həm sülh, həm də söz azadlığı faşist baxımından qeyri-qanuni görünür, çünki hər ikisi də özü üçün hərəkət edən millətin içində yerləşməli olan qərar qəbul etmə müddətini qaçırmaqla təhdid edənlərin (beynəlmiləlçilər və fərdiyyətçilər) əlinə verəcəkdir. . Həm dinclik, həm də söz azadlığı, faşist siyasət yolu ilə həyata keçirilməli olan səhvləri təşkil edəcəkdir.

Mussolini bu millətçiliyə çağırışla mübahisəsini tamamlasaydı, çox böyük bir sualın cavabsız qalmasına icazə verərdi: Hansı qurum millətçi, ortaq maraqları təmsil edə və ifadə edəbilər? Dövlət düzgün şəkildə totalist bir dövlət olaraq qurulursa, cavabı dövlət idi. Beləliklə, Mussolininin yazıları, faşizmin totalist bir dövlətin yaradılmasını dəstəklədiyini iddia edir. Həqiqətən, İtalyan faşistləri totalitar sözünü dövlət hakimiyyətinin müvafiq sərhədlərini təsvir etmək üçün işlədiblər. Güclü bir xalqın yaradılması üçün lazım olan hər cür fəaliyyət dövlət tərəfindən idarə olunmalıdır. Beləliklə, faşizmin tarixi qeydlərində iqtisadi, mədəni və siyasi həyatın tənzimlənməsi üçün ideoloji dəstək tapılır. İtalyan faşisti Govanni Gentil (1875-1949) dövlətin bu görüşünü 1925-ci ildə verdiyi bir mühazirədə, heç bir şeyin dövlət tənzimlənməsi üçün məhdud sayılmayacağı bildirmişdi.

Totalitarizm prinsipinə uyğun olaraq, İtaliyada faşistlər tərəfindən aşağıdakı fərmanlar verildi:

  1. 1925-ci il bir qanun idman, dram cəmiyyətləri, qruplar, orkestrlər, kitabxanalar və teatrlarda iştirak edən şəxslərin fəaliyyətlərini izləmə sistemi yaratdı. Məsələn, 1939-cu ildə faşistlər beynəlxalq yarışlarda iştirak edən İtalyan tennisçilərdən faşist forması geyinmələrini və rəqiblərini salamlayarkən əl sıxışmaq əvəzinə faşist salamlarını istifadə etmələrini tələb etdilər.
  2. 1926-cı il tarixli bir qanunla işçi tətillləri qanunsuz hesab edildi.
  3. 1927-ci il qanunu ilə millətin fərddən daha vacib olduğu elan edildi.
  4. Mussolininin 1928-ci il tarixli bir elanında populyar mədəniyyətin faşist ideallarını əksetdirməsi lazım olduğu elan edildi. Faşist islahatların bir hissəsi olaraq qadınlara şalvar geyinmək qadağan edildi.
  5. 1929-cu ildə verilmiş bir elanda, naşirlərin siyasi əlyazmaları təsdiq üçün faşist nümayəndələrinə təqdim etmələri şərti qoyulurdu.
  6. 1934-cü il tarixli bir qanun, şirkətlərə (dövlət məmurlarının hakim səlahiyyətinə tabe olan işçilər və işə götürənlər qrupları) əmək haqqı və qiymətləri təyin etmək səlahiyyətini verdi.
  7. 1935-ci il tarixli bir tənzimləmədə, Faşist Korporasiyalar Konfederasiyasının (dövlətin üstünlük təşkiletdiyi bir qrup) işçilər adına danışıqlar apara biləcək yeganə orqan olduğu ifadə edildi. Müstəqil iş birlikləri qadağan edildi.

Hitler dövründə Alman faşistləri də dövlətin nüfuzunu totalist ideologiyanı əksetdirən yollarla genişləndirdilər. Məsələn, aşağıdakı qanunlar iqtisadi məsələlər üzərində dövlət tərəfindən geniş nəzarətin həyata keçirilməsinə yönəlmiş səyləri göstərir:

  1. Reyx 1933-cü il tarixli Fermer Qanunu təsərrüfat sahələrini tənzimlədi və bir təsərrüfat sahiblərinin torpağı müxtəlif varislər arasında bölüşdürməsini qanunsuz elan etdi.
  2. 1934-cü ildə iş bölgüsünün tənzimlənməsi Qanunu, işsizlik səviyyəsi yüksək olan şəhərlərə köç etməyi qadağan edərək Almaniya daxilində hərəkət azadlığını məhdudlaşdırdı.
  3. 1935-ci il tarixli Əkinçilikdə İşçi Tələblərinin Ödənilməsi Qanunu keçmiş kənd təsərrüfatı işçilərinin kənd təsərrüfatındakı işlərinə qayıtmalarını tələb etmə prosedurunu qanuniləşdirdi. İqtisadi qərarvermə yeri kimi dövlətin fərdi necə köçürdüyünə diqqət yetirin.

Mussolini, Gentil və digər faşist nəzəriyyəçilər köhnə ideologiyalarla fikir ayrılıqlarını açıq şəkildə bildirdilər. Faşizmin millətçilik lehinə fərdiliyi rədd etməsi onunla liberalizm arasında ziddiyyət yaratdı. Totalist dövləti dəstəkləyərək, faşistlər dövlətlərin fərdi azadlığı maksimum dərəcədə artırmaq üçün öz güclərini məhdudlaşdırması lazım olduğunu inkar etdilər və bunun əvəzinə şəxslərin dövlətin üstün səlahiyyətlərini qəbul etmələrini tələb edirdilər. Ənənəvi mühafizəkarlıqdan fərqli olaraq, faşizm hökumətdən müstəqil və potensial müxalifətdə mövcud olacaq qədər güclü mülki qurumlara qarşı çıxdı. Faşistlər dövləti nə xalqın son mənbəyi olması və mülki institutların dövlət qərarlarını qəbul etməməsi lazım olduğunu iddia etdilər. Keçmiş sosialist olan Mussolini, faşizmin sosializmdən kökündən fərqləndiyini iddia etməkdə xüsusilə qətiyyətli idi. Sosialistlər dövləti iqtisadi faydalılığı baxımından (iqtisadi qaynaqların istehsalını və bölgüsünü ictimai şəkildə idarə etməsindəki faydalılığı) baxımından düşünürdülər, faşistlər Mussolininin dediyinə görədövləti daha möhtəşəm hesab edirdilər. Mussolininin iddia
etdiyi kimi, dövlət sadəcə iqtisadi menecer kimi qəbul edilmir. Əksinə, dövlət insanların həyatında emosional
qüvvə kimi fəaliyyət göstərməli idi.

ARDI: Siyasi ideologiyalar: Faşizm- II hissə

Qaynaq: Ellen Grigsby- Analyzing Politics
Tərcüməçi: Aytac Zülfüqarlı
Həmçinin bax: Psixoanalitik nəzəriyyə: Edip və elektra kompleksi
Həmçinin bax: tehsilim.org/magistraturaya-sened-qebulu-elan-edilir/