Siyasi elmdə əsas konsepsiyalar
On yeddinci əsrdə Amerikanın yerli sakinləri İspan müstəmləçiliyinə qarşı mübarizə aparırdılar. Onlar işğalçıya tabe olmaqdansa özlərini dağlardan atırdılar. İyirminci əsrin sonlarında intihar halları yenidən başladı – bu dəfə hökumətlərinə- Kolumbiyaya qarşı. Bir neft şirkəti (Oksidental Petrolium) 1995-ci ildə, neft sahəsini inkişaf etdirmək üçün Kolumbiya hökumətindən kəşfiyyat hüquqları əldə etdi.
Tarixən yerli sakinlərin yaşadıqları ərazilərdəki qaynaqların istismarı və yerli əhalinin burdan köçürülməsi cəhdi iğtişşlara səbəb oldu. Neft şirkətini işalçı kimi qəbul edən xalq nümayişlərə başladı. Yerli sakinlərə qarşı zorakılıq hallarına qarşı yerli hökümətə BMT tərəfindən təzyiq göstərildi. Bu hallara qarşı etiraz olaraq kütləvi intiharlar başladı bütün bu olanlardan sonra isə may 2002-ci ildə, Oksidental, yerli əhalinin yaşadığı ərazilərdə öz fəaliyyətlərini sonlandırma planlarını açıqladı.
Bu fəsildə fərdlərin, qrupların və təşkilatların gücdən necə istifadə etdiklərini araşdıracayıq. Dövlətlərin və millətlərin özlərini necə müəyyənləşdirdikləri, dövlətlər, millətlər, mədəniyyətlər və qruplar arasında necə qarşılıqlı əlaqələrin qurulduğunu qiymətləndirəcəyik. Bu fəsildə əsas analiz mövzumuz güc, dövlət və millət kimi əsas siyasi konsepsiyalardır.
Güc: Tərif vəXüsusiyyətlər:
Güc, hədəfə və ya məqsədə çatmaq üçün nəticəyə təsiretmək qabiliyyətidir.
1.Güc iradənin həyata keçirilməsini (iradə) əhatə edir.
2. Başqası üzərində hakimiyyət onun iradəsini dəyişdirməyi əhatə edir.
3. Güc gizli və ya açıq ola bilər.
4. Güc istehsal edildikdə fərqli güc növləri ümumiyyətlə qarışdırılır.
QAYNAQ: Ellen Grigsby- Analyzing Politics
TƏRCÜMƏÇİ: Ramil Qasımov
HƏMÇİNİN BAX: Maks Veber – Dini mənsubiyyət və sosial təbəqələşmə – II hissə
HƏMÇİNİN BAX: tehsilim.org/doc-dr-esra-meltem-koc-yapay-zeka-ile-hastalik-tani-ve-tedavi-sisteminin-saglik-sistemine-katkisi-movzusunda-telim-kecirilecek/