Şirvanşahlar dövləti

Açar sözlər:
✓ İlk Şirvanşahlar
✓ Məzyədilər
✓ Kəsranilər
✓ Dərbəndilər

• Şirvan anlayışı necə formalaşdı?

Orta əsr erməni , ərəb və fars müəllifləri Xəzər dənizinin qərb sahilində , Kürdən şərqdə yerləşib , Qədim Qafqaz Albaniyasının , yaxud erkən orta əsrlərArranının bir hissəsi olan vilayəti Şərvan və ya Şirvan adlandırırdılar.
Antik müəlliflər Şirvanın adını çəkmirlər . Bu ad Sasanilər dövründən məlumdur. Bu dövlətin əsasının qoyulması Sasani hökümdarı Ərdəşirin digər halda isə Xosrov Ənuşirəvanın adları ilə bağlıdı. Xosrovu iddia edənlər öz fikirlərini onun İran , o cümlədən Azərbaycan “tərəqqisinə” yardım etmiş imperiya miqyaslı islahatları və Şimal vilayətlərinin mühafizəsini etibar etdiyi hakimlərin təyinatı ilə əlaqələndirirlər. Orta əsr ərəb müəllifləri “şah” titulu almış həmin hakimlər arasında Şirvanşahın da adını çəkmişlər. V.F.Minoriski “Şirvan və Dərbəndin tarixi”nin ingiliscə mətnində Şirvanşahların dörd sülaləsini ayırd edir;
• Sasanilərin dağ keçidlərini mühafizə üçün təyin etdikləri qədim
Şirvanşahlar
• Məzyədi ərəblər
• Kəsranilər
• Üçüncü sülalənin bir qolu olan Dərbənd Şirvanşahları

Həmin əsərinin rusca nəşrində Minoriski göstərir ki , Məziyədilərlə Şirvanşahların üçüncü sülaləsi arasında
genoloji qırıqlıq görmür. “….Lakin görünür ki , Fəribürzdən sonrakı qarmaqarışıq səlcuq basqınları zamanı Məzyədilərin tarixi yolunu dumanlandıran hökmdardızlıq dövrü olmuşdur….” Beləliklə , Minoriskinin fikrincə , Şirvanşahlar sülaləsi fasiləsiz olaraq 1000 ilə yaxın hakimiyyət sürmüşdür. Azərbaycan və xüsusilə Arran (Şirvan) tarixində ərəb Rəbiə tayfasının Şeyban qəbilə nümayəndələri böyük yer tutur; bunlar əvvəlcə mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik , sonralar isə XI əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmışdılar. VIII əsrin
70-ci illərində Şeyban qəbiləsinin başçısı Məan ibn Zahidin vəfatından sonra , o öz uşaqları  deyil qardaşı oğlu
Yəzid ibn Məzyədi qəbilə başçısı seçir. Məna bunun səbəbini soruşan xanımına Yəzdin oğlanlarından daha istedadlı olduğu cavabını vermişdir.

Xəlifə Harun ər-Rəşid taxta çıxan zaman Yəzid Zaqafqaziya vilayətlərində hakim idi. Yəzidin bu vəzifəyə nə vaxt gəlməsi bilinməsə də xəlifə Hadinin dövründə gəlməsi təxmin edilir. Belə ki , Harun taxta çıxanda onun qardaşı
Hadi hakimiyyətə oğlunu gətirmək istəyirdi və Yəzid də Hadi tərəfdən çıxış etmişdi. Harun taxta çıxanda onu Ərməniyyədən geri çağırıb yerinə öz qardaşını təyin etsə də , bir müddət sonra Yəzidi yenə Ərməniyyə , Azərbaycan
və Arrana hakim təyin etdi. Çünki vilayətlərdəki iğtişaşları ancaq Yəzid yatıra bilirdi. Əl-Cəzirə vilayətində xilafətə qarşı əl-Vəlidin üsyanını yatırdıqdan sonra Harun Yəzidi özünə yaxınlaşdırmağa və hörmət göstərməyə başladı.

Bununla da Yəzidin şöhrəti xilafətə yayıldı Əgər Yəzidlə onun ilkin igidlikləri olmasaydı, Mürtəd Vəlid hələ çox yaşayardı!(Müslim ibn-əl Vəlid (şair)) Beləliklə , Şirvanın birinci rəsmi məliki(padşahı) , eyni zamanda Azərbaycan , Ərməniyyə , Arran və Dərbənd hakimi Yəzid ibn Məziyəd əş-şeybani olmuşdur. Onun oğulları Əsəd , Xalid , Məhəmmədin eləcə də nəvələrinin fəaliyyəti xilafətin bu bölgəsi ilə bilavasitə bağlı olmuşdur. Adlarına kəsilmiş pullardan bilinir ki , Əsəd 802-ci ilədək , Məhəmməd isə 803-cü ilədək burada hakimlik edib. Xalid ibn Yəzid 20 il ərzində üç dəfə Azərbaycan , Arran və Ərminiyyə hakimi vəzifəsinə təyin olmuşdu.

• Gözlənilən şərait vaxtı çatdımı?

Xalidin ölümündən sanra hakimiyyət bir müddət zəifləsə də Şirvanda hakimlik edən Heysəm ibn Xalid 861-ci ildə xəlifə əl-Mütəvəkkilin öldürülməsi və türklərin fəaliyyəti ilə əlaqədar Bağdadda baş verən qarşıqlıqdan istifadə
edərək Məzyədilər arasında ilk dəfə qədim “Şirvanşah” titulunu qəbul etdi. Bununla da Şirvanşahlar adlanan
dövlətin əsası qoyuldu . Burda əsas məqsəd xilafətin zəifləməsindən istifadə edib hakimlərin müstəqil hakimiyyəti
ələ keçirməsi idi. Mənşəcə ərəb olan ilk Məziyədilərin hakimiyyəti qədim bütpərəstlik inamlarını mühafizə edən
“kafir qonşulara” qarşı yürüşlərlə əlamətdar idi. Heysəmin ölümündən sonra hakimiyyət başına keçmiş oğlu Məhəmməd , eləcə də onun varisi II Heysəm ibn Məhəmməd “kafirlərə” qarşı müharibələri davam etdirirdilər. Şirvanın iqtisadi və siyasi qüdrətinin artırılması , dövlət sərhədlərinin möhkəmləndirilməsi üçün tədbirlər görüldü.

• X əsrdə Şirvanşahların eniş və yüksəliş mərhələrinə səbəb nə oldu?

Əli ibn Heysəmin dövründə , 913-914-cü illərdə ruslar Abşeron sahilinə və Bakıya hücum etdilər. Şirvanşahların böyük quru qoşunu olsa da , hərbi dəniz donanması yox idi. Xəzər dənizində Şirvanın sadəcə ticarət gəmiləri
üzürdü. Nəticədə minlərlə müsəlman öldürüldü , qoşunun xeyli hissəsinin məhvi dövləti zəiflətdi. Və 917-ci ildə Şirvanşah devrildi. Layzan vilayətini idarə edən Əbu Tahir Yəzid ibn Məhəmməd hökümdara qarşı çıxaraq onu və ailəsini qətlə yetirdi. 943-cü ildə ruslar yenidən Şirvana hücum etdilər. Keçmiş məğlubiyyəti unutmayan Əbu
Tahir ruslarla döyüşə girmədi. Artıq bu dövürdən Şirvanşahlarda yüksəlmə dövrü başlayır. Öz əmirlərindən şikayət edən Dərbənd əhalisi Dərbəndin dövlətə birləşdirilməsi ilə bağlı Şirvanşaha müraciət edirlər. Əbu Tahir Haşimilərin hakimiyyəti altında olan Dərbəndə öz oğlunu göndərir . Lakin hakimin şəhərdən qovulması Əbu Tahirin qəzəbinə səbəb olur və o Dərbəndə hücum edərək buranı qarət edir.

Bu vaxt şirvanşahın ruslara qarşıqeyri-fəal hərəkətlərindən narazı qalan , həmçinin Şirvanı özlərinə tabe etmək fikrinə düşən Salarilər Şirvana hücum edir. Münaqişə tərəflər arasında sülhün bağlanması və Salarilərə vergi verilməsi ilə nəticələnir . İllər ərzində bir-birini əvəz edən qısa müddətli şirvanşahlardan sonra 991-ci ildə Yəzid
ibn Əhməd şirvan taxtına sahib oldu . O , Dərbənd , Qəbələ , Şəki hakimlərinə qarşı müharibələr aparırdı. 1025-ci
ildə oğlunun ona qarşı üsyanına görə Yəzid həbsxanaya düşdü . Aclıq və susuzluqdan sonra Yəzdin 37 illik hakimiyyətinə son qoyuldu. 1027-ci il Şirvanşah Yəzidin ölümü ilə Şirvanşahlarda Kəsranilər sülaləsinin dövrü başlayır.

• Niyə bəzi mənbələrdə Kəsranilər iran əsilli hesab olunur?

Yəzid ibn Əhmədən sonra ərəb adlarından qədim sasani adlarına dönüş başlamışdır. ( Yəzidin oğulları Ənuşirəvan , Mənuçöhr adlanırdı). Artıq X əsrin birinci yarısında Məzyədi Şirvanşahlar Sasani mənşəli yerli əsilzadə ailələri ilə
qohumluq əlaqələrinə girir və həmin ailələrin qadın nümayəndələri köhnə ənənələri dirçəldirdilər. Əl-Məsudi
943-cü ildə Şirvan şahı Məhəmməd ibn Yəzidin Sasani Bəhram Gurun nəslindən olduğunu göstərirdi. Bu yerli şahlardan biri ilə Sasani mənşəli Şirvanşahın nikah bağlaması ilə izah edilir. Yəni belə deyək ki , verdiyimiz suala cavab dövlətdə iran mənşəli adların daha çox işlənməsidir. 1027-ci ildə hakimiyyətə Mənuçöhr gəldi. Bu vaxt 1029-1030-cu illərdə dərbəndilər Şirvana hücum edərək , onun bir sıra yaşayış məntəqələrini viran qoydular. Bu illərdə Şirvanşahlar Kür ətrafında rusların hücumlarına qarşı da tab gətirə bilmədilər. 1032-ci ildə sərirlilər və alanların da bura hücum edib talan etməsi dövləti zəiflətdi.

1063-cü ildə hakimiyyətə Fəribürz gəldi . 1064-cü ildə Şirvanşahlar 40 min dinar təzminat ödəməklə Şəddadi
Şavur ibn Fəzllə müqavilə bağladı. 1066-cı ildə hökmdarın ötən illərin xəracını tələb etməsi ilə əhali arasında çaxnaşma baş verdi. Bu illər ərzində ölkəyə Səlcuq hücumları nəticəsində Şirvanşahlar Alp Arslanın himayəsi
altına düşdü. 1120-ci ildə hakimiyyətə gələn III Mənuçöhr İraq səlcuqlarından aslılığı sikkələr üzərindəki yazılardan bilinir. Lakin 1121-ci ildə Trialetdə , Didiqori döyüşündə Səlcuq sultanının birləşmiş qaşunlarının darmadağın edilməsi və bir il keçmiş IV Davidin Tiflis və Dmanisi şəhərlərini tutmasından sonra şirvanşah soltanla əlaqəni
pozub, gürcülərin tərəfini tutdu , və səlcuqlara verilən 40 min dinar təzminat daha verilmədi.

Bu addım Sultan Mahmudun bura hücumu və şirvanşahın əsir düşməsi ilə nəticələndi. Sultanın qoşunlarını
burdan çıxarması ilə IV David buraya hücum edərək Gülüstan qalasını tutdu. Onun 1125-ci ildə ölməsi ilə
III Mənuçöhr şirvanda öz hakimiyyətini bərpa etdi və gürcülərdə I Demetrenin gəlişi ilə onlarla Şirvanşahlar
arasında sülh və dostluq münasibətləri başladı. 1160-cı ildə Mənuçöhrün ölümü ilə hakimiyyət uğrunda
mübarizə başlayır. Mübarizədə onun gürcü əsilli həyat yoldaşı Tamar da iştirak edir. O kiçik oğlunu
hakimiyyətə gətirməklə Şirvanı Gürcüstana birləşdirməyə cəhd göstərirdi.

Lakin hakimiyyət Eldənizlərin köməyi ilə Axistan gəldi. Onun dövrü İraq Səcuq sultanlarının üstünlüyünü
başa düşüb xərac verməsi , III Georginin (gürcü) əlehinə çıxan feodalların və Demnanın üsyanının yatırmaqda
kömək etməsi , 1174-1175 -ci ildə rusların və qıpçaqların Şirvana yürüşünün qarşısını almaqda fəal iştirak etməsi
ilə xarakterizə olunur. 1195-ci ildə Şirvan və gürcü birləşməsi Şəmkir yaxınlığındakı döyüşdə atabəy Əbu Bəkrə
qalib gəlir. Öz qoşunları ilə Şirvana qayıdan Axistan 1197-ci ildə vəfat edir. 1204-cü ildə hakimiyyətə Gərşəsb
( Gurşəsb) gəlir.

Hakimiyyətinin son illərində Şirvan monqolların 1-ci yürüşü nəticəsində(1220-1221) xarbalığa çevrildi.
1225-ci ildə Şirvan və bütün Qafqaz xarəzmşah Cəlaləddinin hücum təhlükəsi qarşısında olduğu bir zamanda monqolların , qıpçaqların , gürcülərin , dağıdıcı yürüşlərindən xeyli zəifləmiş Şirvanşahlarda Gərşəsbin hakimiyyətindən narazı qüvvələr baş qaldırdı.

• Gərşəsbə qarşı üsyanın səbəbi?

İbn əl- Əsirin məlumatına görə , “1225-ci ildə şirvanşaha qarşı onun oğlu çıxış etdi , atasını taxtdan salıb onu
qovdu . Səbəb o idi ki, şirvanşah əxlaqsız və ədalətsiz bir adam olub. Təbəələrinin mal və mülkünə əl uzadıb,
bəziləri hətta qadın və az yaşlı uşaqlara sataşdığını iddia edir. Şirvanşahın adamlara olan zülmü artmış buna görə
də qoşunun bir hissəsi onun oğlu ilə birgə Şirvan hökmdarını ölkədən qovmuşdu”.

Hakimiyyətə gələn III Fəribürzün dövründə həm gürcülərin, həm də xarəzmşahın hücumu başladı Gərşəsbə
kömək etməyə çalışan gürcülər Şamaxı yaxınlığında məğlub oldular. Xarəzmşahlarla aparılan danışıqlardan
sonra şirvanşah Cəlaləddin xəzinəsinə 50 min dinar verməyə razılıq verdi. 1231-1232-ci illərdə ölkə monqolların
ikinci hücumuna məruz qaldı. Bundan keçən səkkiz il ərzində bütün Cənubi Qafqaz , o cümlədən Şirvan ələ keçirildi və böyük monqol imperiyasının tərkibinə daxil oldu.

XIV əsrin birinci yarısında Şirvanı Keyqubad və Kavus idarə edirdi. 1318-ci ildə Qızıl Orda xanı Özbək Şirvana müdaxilə etdi və müqavimətə rast gəlib geri çəkildi. 1324-cü ildə Şirvan vilayəti Əmir Çobanın oğlu Şeyx
Mahmuda tapşırıldı. 1328-ci ildə isə Əmir Əqbəxi Şirvana hakim təyin olundu. 1335-ci ildə Şirvan iki dəfə
Qızıl Orda qoşunlarının hücumlarına məruz qaldı. 1338-ci ildə şirvanşah Kavus Çobanilərə tabe olmadı və
Şirvanı müstəqil idarə etdi. 1345-1348 – ci illər arasındakı Çobani- Şirvanşah çəkişmələrinin sonunda Kavus
onların ağalığını qəbul etdi. Daha sonra Kavus Qızıl Orda xanı Canı bəylə əlaqəyə girib Çobani əmiri Əşrəfin öldürülməsində yaxından iştirak etmişdi.

Azərbaycan vilayətləri Cəlairilər tərəfindən istila etdikdən sonra Kavus 1364-cü ildə onlara qarşı üsyan qaldırır .
O , Şeyx Üveysin Bağdad səfərindən istifafə edib iki dəfə Təbrizə daxil olsa da , Üveys Azərbaycana qayıtdıqda
geri çəkildi. Şeyx Üveysin Şirvana hücumu zamanı 3 aylıq qarətdən sonra Kavus tutularaq 3 ay həbsdə qalsa
da , Üveys onu Şirvana hakim təyin edir. Kavusdan sonra 1372-ci ildə hakimiyyətə oğlu Hüşəng gəldi. O Cəlairi hökmdarının etibarını qazandı və Sultan Əhmədlə ona qarşı çıxmış bəyazidin arasında münasibətlərin nizama salınmasına nail olur . 1382-ci ildə İbrahimin taxta çıxması ilə Dərbəndilər sülaləsinin dövrü başlayır.

Ədəbiyyat siyahısı:
Sara Aşurbəyli “Şirvanşahlar dövləti”
Azərbaycan Tarixi II cild
Azərbaycan Tarixi III cild
Ziya Bünyadov “VII-IX əsrlərdə Azərbaycan”

Yazar:Allahverdiyeva Vəsilə

Həmiçinin bax: Zülallar , onların quruluş səviyyələri və funkusyaları.Genetik kod