Şirəli və quru meyvələr
Perikarpın quruluşundan aslı olaraq meyvələr iki qrupa bölünür:
-
Şirəli meyvələr
-
Quru meyvələr.
Şirəli meyvənin divarı yumurtalıq divarı ( perikarp) və ya çiçək borusu yaxud da qabarıq çiçək yatağı ilə birləşmiş yumurtalıq divarından əmələ gəlir.
Şirəli meyvədə yumurtalıq divarı bütünlüklə və ya onun xarici hissəsi parenxim toxumaya diferinsiasiya edir. Parenxim hüceyrələrin canlılığı, yəni protoplazması yetişmiş meyvədə saxlanılır. Bəzi hüceyrələr hüceyrəarası maddənin selikləşməsi nəticəsində bir- birindən aralanır, yəni təbii maserasiya baş verir.
Şirəli meyvələrə çəyirdəkmeyvə, giləmeyvə, almameyvələri aid etmək olar.
Çəyirdəkmeyvə– onun meyvə yanlığı xarici incə qabıqdan ibarət olub,onun altında ətli hissə, ortasında isə odunlaşmış sərt qabıq hissə, çəyirdək yerləşmişdir.
Çəyirdəyin daxili qatları vertikal uzanmış sklereidlərdən ibarətdir. Onlardan üst terefde tangental uzanmış sklereidler yerləşir ki, iki-dörd xarici qat ise izodiametrik sklereidlerden teşkil olunmuşdur. Mezokarp ve endokarpda ötürücü topalar inkişaf etmişdir.
Əriyin, göyəmin, badamın, püstənin, gilasın, zoğalın meyvələri həqiqi, qozun meyvəsi isə yalançı çeyirdəkmeyvədir.
Giləmeyvə– bütün meyvəyanlığı ətli, şirəli olub açılmayandır, ekzo, mezo və endokarp arasında sərhədlər çox gözəçarpan deyil.
Üzüm, pomidor,badimcan, kartof quşüzmü giləmeyvədir.
Almameyvə– alma, armud, heyva və s. Meyvələrə aid edilir. Almada perikarp xaricdən kutikula, mum, cavan meyvələrdə isə birhüceyrəli tükcüklərlə örtülmüş və ağızcıqları olan epidermisle əhatə olunmuşdur.
Armudda lətinde qruplar şəklində toplanmış braxisklereidlər (izodiametrik formaya malik sklereidler) olur. Hüceyrələrin divarları çox odunlaşmışdır. Sklereidlərin ətrafındakı parenxim hüceyrələr bölünür, böyüyür və radial uzanmış forma əldə edirlər.
Quru meyvənin divarı. Quru meyvələrdə meyvəyanlığı odunlaşmış, dəriləşmiş və ya pərdələşmiş olur.
Quru meyvələr 3 qrupa bölünür:
1.Çoxtoxumlu açılan meyvələr. Burada yetişmiş meyvə yanlığı müxtəlif şəkildə açılaraq toxumlarını yayır.
- Yarpaq meyvə onun əmələ gəlməsində yalnız bir meyvə yarpağı iştirak edir və yalnız bir tikiş üzrə açılır. Məs; mahmızçiçəyində
- Paxlameyvə buda yalnız bir meyvə yarpağından əmələ gəlir açılan zaman iki tərəfə açılır. Məs; lobyada,noxudda, mərcidə olduğu kimi.
- Buynuzmeyvə və ya buynuzcuq- iki meyvə yarpağından əmələ gəlib iki yuvalıdır, iki yandan taylar açılır və aralarında arakəsmə olur. Turpun, kələmin meyvələrini misal göstərmək olar.
- Qutucuq meyvə- iki və ya bir neçə meyvə yarpağından əmələ gəlir və açılmaları müxtəlif olur: qapaqcıqla açılan məsələn dəlibəng, bəzilərində qutucuq təpədən meyvə yarpaqları boyu cırılmağa başlıyır pambıqda olduğu kimi.
- Bir toxumlu açılmayan quru meyvələr.
- Fındıq və ya fındıqcıq onlarda meyvə yanlığı odunlaşmış və toxumla birləşməmişdir. Məsələn , palıdın fındığın üçyarapaq yoncanın meyvələri kimi.
- Toxumcameyvə- onların meyvəyanlığı dəriləşmiş və toxumla birləşmisdir. Məsələn, günəbaxan, qanqalın meyvələri kimi.
- Dəncikmeyvə- onlarda pərdəvari meyvə yanlığı olur və toxumla sıx birləşir. Məsələn buğda, arpa, qarğıdalının meyvələri kimi.
- Qanadmeyvə- o fındıqcıq olub meyvə yanlığında qanad kimi çıxıntı əmələ gəlir. Məsələn, qarağat , ağcaqayın, göyrüşdə və s. Olduğu kimi.
- Parçalanan meyvələr. Onlar çoxtoxumlu açılan qurumeyvələrlə birtoxumlu meyvələr arasında keçid forması təşkil edirlər və bir neçə formada olurlar.
- Çoxtoxumlu parçalanan quru meyvələr məsələn dəvətikanı.
- Birtoxumlu ayrı-ayrı buğumlara bölünən meyvələr məsələn, əməköməci, gülxətmi və s.
- Bir və ya iki toxuma parçalanan meyvələr. Məsələn, baldırğanda şüyütdə ,zirədə olduğu kimi.
Meyvələrin tökülməsi.
Meyvələrin tökülməsi hüceyrəlerin bölünməsi və ya bölünmə getmədən differensiasiyası nətic3sində formalaşan ayrıcı qatın hesabına baş verir. Bəzi meyvələr saplaq ilə birgə tökülür. Bəzilerin də isə əvvəlcə meyvə, sonra saplaq və nəhayət meyvə budağı tökülür. Budağın tökülməsindən sonra əmələ gəlmiş çapıq periderma hesabina itir.
Meyvələr tərkiblərindəki toxumlar ilə birlikdə tökülə bilər. Toxumun meyvə divarından aralanması, passiv və ya funikulus və plasenta arasında zəif diferensiasiya etmiş ayrıcı qatın əmələ gəlməsi ilə baş verə bilər.
YAZAR: Almaz Əliyeva
Həmçinin bax: https://kafkazh.com/meyvelerin-qurulusu/
Həmçinin bax: https://tehsilim.org/4200-edn-cox-namized-direktor-olmaq-ucun-muraciet-edib/