Sinir sisteminin təkamülü

Əvvəlcə bu məqalə seriyasında heyvanlar aləmindəki sinir sisteminin təkamülünü araşdıracağıq. Çünki yalnız sinir sisteminin təkamülünə baxmaq, təkamül nəzəriyyəsinin nə qədər əsaslı olduğunu və təbiətdə tədricən təkamül dəyişikliyinin necə baş verdiyini anlamağa imkan verir. Bütün digər sistemlər kimi sinir sisteminin təkamülüdə tək hüceyrəli orqanizmlərlə başlayır.

Hər canlı yaşamaq üçün ətraf mühiti ilə əlaqədə olmalıdır. Bir çox mənbədə bu əlaqə canlılığın təməl meyarlarından biri kimi qəbul edilir. Çünki canlı məxluq ətraf mühiti ilə hər hansı bir miqyasda əlaqə qurmazsa, qida, enerji, istirahət və təhlükə kimi elementləri əldən verə bilər və varlığı ciddi şəkildə təhlükə altında qala bilər. Bu səbəbdən həyatın ilk formalaşmasından bəri yalnız ətrafları ilə ən aktiv şəkildə əlaqə qura bilən canlılar üstünlük qazandı. Bu prosesi izlədiyimizdə, lənglikdən həyatın ilk ortaya çıxmağa başladığı dövrə, kooservat dediyimiz ilk hüceyrələrə gedirik. Bu müddətdə inkişaf edən ilk quruluşların hüceyrə səthlərini meydana gətirən yağ damlaları və ya əlavə edilmiş bəzi protein və karbohidrat quruluşları ətraf mühitlə əlaqə yaratmışdır.

Heyvanat aləmində sinir sisteminin ilk əlamətləri bağırsaqboşluqlarda meydana çıxır. Bu heyvanlardan başlayaraq sinir sisteminin təkamülü inkişafında dörd quruluş formasına təsadüf edilir: səpgin ya diffuz, sapabənzər, düyünlü və borulu sinir sistemi.

Səpgin ya diffuz və ya torabənzər sinir :

 

Şəkil 1. Dəniz anemonasının və dəniz ulduzunun sinir sistemi (diffuz və radial sinirlər)

Səpgin ya diffuz və ya torabənzər sinir sistemi hidropoliplərdə təsadüf olunur. Bunların sinir sistemi xüsusi sinir-əzələ, ya epitel-əzələ hüceyrələrindən, ilk hissi hüceyrələrdən və sinir hüceyrələrindən ibarətdir. Bu hüceyrələr ektodermadan inkişaf edib bir-birilə çıxıntılar vasitəsilə rabitədə olur və beləliklə heyvanın vücudunda tor təşkil edir; bunlardan bir qismi örtük epitelinin arasında və digər qismi isə onun altında yerləşir. Səpgin sinir sisteminin verdiyi reaksiyalar son dərəcə ümumi xassə daşıyır. Əgər qıcıq heyvanın bir yerinə düşərsə, oyanma bütün sistem boyu yayılır və nəticədə əzələ hüceyrələrinin hamısı yığılır.

Sapabənzər sinir sistemi:
Şəkil 2. Aurelia meduzanın sinir sistemi. (Burada sinir hüceyrələri çətirin ətrafında toplanır və radial kanallarla reseptor törəmələrlə əlaqələnir)

Sapabənzər sinir sistemi meduzalarda təsadüf olunur. Sinir hüceyrələri başlıca olaraq çətirin kənarında toplaşıb, sinir lifləri ilə birlikdə bir kəmər əmələ gətirir. Kəmərdə olan sinir hüceyrələri bir tərəfdən qıcığı qəbul edən reseptor törəmələrlə və digər tərəfdən əzələ hüceyrələri ilə əlaqədar olur.

Düyünlü sinir sistemi:
Şəkil 3. Planari və həlqəli qurdun düyünlü sinir sistemi

Düyünlü sinir sistemi yumşaqbədənlilərdə, qurdlarda və buğumayaqlılar tipində inkişaf etmişdir. Bu sinir sistemi üç əsas xassəyə malikdir:

  1. sinir hüceyrələri bədənin müəyyən yerində toplaşaraq mərkəzləşir, yəni mərkəzi sinir sistemi əmələ gəlir;
  2. sinir hüceyrələri başlıca olaraq heyvanın baş nahiyyəsində toplaşır (kefalizasiya ya ensefalizasiya);
  3. sinir sisteminin aşağı hissələri yuxarı hissələrə tabe olur (subordinasiya – tabelik). Sinir sistemi bu növ heyvanlarda bir çox düyünlərdən təşkil olunur; bu düyünlər bir-birilə sinir lifləri vasitəsilə birləşərək, adətən, bir zəncir əmələ gətirir.
Borulu sinir sistemi:
Şəkil 4. Baş beyin və onurğa beyinin görünüşü

Borulu sinir sistemi onurğalı heyvanlarda təsadüf olunur. Bu heyvanlarda sinir sistemi iki hissəyə bölünür: mərkəzi və periferik sinir sistemi. Sinir sisteminin mayası boru şəklində olur və beyin borusu adlanır. Bu borunun baş hissəsi kəllədə (kranial) yerləşərək genişlənir və beynin mayasını təşkil edir. beyin borusunun quyruq (kaudal) hissəsi onurğa kanalında qalır; bu hissədən onurğa beyni inkişaf edir. Onurğalı heyvanların sinir sisteminin təkamülündə əsas xüsusiyyət ondan ibarətdir ki, onların mərkəzi sinir sistemində orqanizmin həyatında mühüm rol oynayan xüsusi törəmələr (boz maddə, beyin qabığı) inkişaf edir. Eyni zamanda beyin quruluş və vəzifəcə çox inkişaf edir. burada üzvlərin vəzifələrini nizama salan, uyğunlaşdıran, birləşdirən və onlara başçılıq edən ali mərkəzlər meydana çıxır. Ucqar sinir sistemində isə sinirlər, düyünlər və kələflər diferensiasiya edir.

Beləliklə heyvanat aləmində sinir sistemi tədricən mürəkkəbləşir. səpgin və sapabənzər sinir sisteminə malik heyvanlarda xarici mühit qıcıqlarına qarşı verilən cavablar ümumi xarakter daşıyır. Düyünlü və borulu sinir sistemində isə qıcıqlara qarşı verilən cavablar ümumiliyini itirir, ilk dəfə olaraq şərtsiz reflekslərə çevrilir. Mərkəzi sinir sisteminin ön hissəsinin (uc beyinin) inkişafı ilə əlaqədar olaraq, orqanizmin xarici mühitin qıcıqlarına qarşı verdiyi cavabları da dəyişir və yeni, daha mükəmməl şəkil alır. Yeni refleks növü – şərti reflekslər meydana çıxır. Şərti reflekslərin əmələ gəlməsi ön beyin və xüsusən də onun ali şöbəsi olan böyük beyin yarımkürələrinin qabığı ilə əlaqədardır. İnsanda, ictimai mühit və əməklə əlaqədar olaraq, şərti reflekslər ali inkişaf dərəcəsinə çatmış, onda ikinci siqnal sistemi (nitq) meydana çıxmışdır; bu xüsusiyyət də insanı heyvandan fərqləndirir.

 

YAZAR: Yusubova Şəbnəm

 

Həmçinin bax: https://kafkazh.com/nanotexnologiya-ve-nanorobotlar/

Həmçinin bax: https://tehsilim.org/bdu-nun-professoru-vefat-edib/