Sindaktiliya

SİNDAKTİLİYA

Termin Yunan dilində “birlikdə” və “barmaq” deməkdir.  İrsi gen xəstəliyi olub, anadangəlmə qüsurdur.

Əl və ya ayaq barmaqlarının tam və ya natamam birləşməsidir. Embrional inkişaf dövründə barmaqların ayrılması prosesi baş vermir və ya barmaqların inkişafının dayanması baş verir. Barmaqların başlanğıcı bətndaxili həyatın 4 – 5 -ci həftəsində başlayır.

Bu dövrdə fizioloji sindaktiliya olur. Bətndaxili həyatın 7 – 8 – ci həftəsində barmaqların formalaşması və barmaqarası arakəsmənin əmələ gəlməsi baş verir. Əgər barmaqarası arakəsmə əmələ gəlmirsə, inkişafın anomaliyası baş verir. Bu da sindaktiliyada adlanır.

Sindaktiliya sadə və mürəkkəb olur. Sadə sindaktiklikdə bitişik barmaq və ya barmaqlar yumşaq toxuma ilə birləşir. Sadə sindaktiklik anadangəlmədə ola bilər. İnsanın erkən fetal inkişafında, əl barmaqlarının və ayaq barmaqlarının toxumaları normaldır.

Təxminən 6 həftəlik hamiləlikdə barmaqlar arasındaki toxumanı əridən SHH olaraq da bilinən sonik kirpi adlı bir protein meydana gəlir və apoptoz baş verir. Nəticədə, toxuma yox olur. Bəzi fetuslarda bu prosses tamamilə baş vermir və bəzi qalıq toxumalar qalır.

Mürəkkəb sindaktiklikdə isə barmaqların sümükləri bitişikdir. Mürəkkəb sindaktilik sindromun bir hissəsi kimi meydana gəlir (məsələn, Apert sindromu) və ümumiyyətlə sadə sindaktiliyə nisbətən daha çox barmaq ehtiva edir.

Həmçinin sindaktiliya tam və natamam da ola bilər. Tam sindaktilikdə, dəri barmaqların ucuna qədər birləşir. Natamam sindaktiklikdə isə dəri yalnız bitişik barmaqlara müəyyən məsafəyə qədər birləşir.

Yapışqan barmaqların ətrafı ayrılan iki barmağın ətrafından kiçik olduğundan, əməliyyat zamanı ayrıldıqdan sonra hər iki barmağı əhatə edəcək qədər dəri yoxdur. Buna görə cərrah əməliyyat zamanı bölgəyə yeni bir dəri gətirməlidir. Bu, ən çox dəri peyvəndi ilə (qasıqdan və ya ön dirsəkdən) edilir.

Müalicə

Müalicəsi operativ yolladır. Bir yaşından yuxarı uşaqları əməliyyat etmək mümkündür.

 

 

 

 

 

Yazar: AYŞƏ ƏLİYEVA

 

Həmçinin bax: https://turaz.org/sabahdan-azerbaycanda-4-gunluk-bayram-tetili-baslayir/

 

Həmçinin bax: https://kafkazh.com/braxidaktilia/