Şimali Asiyada hunlara aid edilən mədəniyyətlər və hunlar haqqında ilk qaynaqlar
Türklər yer üzünə necə gəldi? Bu suala çox uzun cavablar verilə bilər. İlk türklər haqqında yazılı və arxeoloji mənbələrimiz var. Arxeologiya tarix, coğrafiya, etnologiya və mədəniyyət baxımından müxtəlif metodlarla tapılan arxeoloji mənbələri araşdırır. Bu baxımdan; Arxeoloji mənbələr çox əvvəlki dövrlərə aiddir, çünki yazı çox uzun bir macəra yaşayan bəşəriyyətin çox son dövrlərində geniş yayılmış və yazı ilə yaşanan hadisələri qeyd etmək ənənəsi nisbətən yaxınlarda ortaya çıxmışdır. Alimlər bu arxeoloji mənbələri araşdırır, təsnif edir, şərh edir və sonda bu mənbələrin sahibi olan insanlar haqqında nəticəyə gəlirlər.
Türklərə aid olan və yerin altından çıxarılan müxtəlif əşyalar, işarələr və ibtidai rəsmlər sayəsində ilk türklərin kim olduğunu öyrənə bilirik. Mədəniyyət davamlıdır. Tarixi araşdırmalarda millətlərin və xalqların əcdadlarını, qohumlarını, nəsillərini daha çox mədəniyyət yolu ilə öyrənə bilirik. Bu səbəbdən, ilk türklərin ifadələrində ‘İlk türklər’,‘İlk Türk mədəniyyətləri’ ilə birgə adlandırılır. Elmi dünyada bu ilk mədəniyyətlər üçün bəzi adlar yaradılır. Bu adlar arxeoloji qazıntıların aparıldığı ərazilərin adlarına uyğundur. Məsələn, Andronova Mədəniyyəti öz adını Xakasiyanın Andronovo Kəndindən götürmüşdür. Bu kənddəki qazıntılar nəticəsində əldə edilən materialları araşdıran elm adamları, ətrafındakılardan fərqli bir mədəniyyət olduğunu təsbit etdi. Daha sonra, Andronovo kəndindən olanlara bənzər, ətrafda müxtəlif yerlərdə qazılmış materiallar da Andronovo Mədəniyyətinə aid sayıldı. Bu səbəbdən ilk türk mədəniyyətlərinin adları əvvəlcə əksər insanlara qəribə görünür.
İlk türk mədəniyyətlərinin ortaq xüsusiyyəti, “Çöl Mədəniyyəti” olmalarıdır. Çöl Mədəniyyəti isə mövsümün tələblərinə uyğun olaraq canlı, köçəri, at və qoyun mərkəzli həyat tərzini ifadə edir. Beləliklə, ilk türklərin köçəri olduqlarını və çöllərdə yaşadıqlarını deyə bilərik. Onlar qoyunlarını atlarının üzərinə çıxıb otarar, evlərini öz ehtiyaclarına görə söküb tikər, qarınlarını mal-qara yetişdirərək bəsləyər, paltar toxuyardılar. Bu həyat tərzi fermerlərdən, kəndlilərdən və şəhər sakinlərindən çox fərqli idi.
Nəhayət, ilk türk mədəniyyəti quruldu. Daha sonra dolanışıq dəyişikliyi, heyvan sayının artması, su və ot resurslarının çatışmazlığı səbəbindən insanlar bu resursları tapmaq üçün başqa yerlərə getməli oldular. Eradan
əvvəl 5-7-ci minilliklərdə, min illərə istinad edən Anau Mədəniyyətində insanların bişmiş kərpicdən tikilmiş evlərdə yaşadıqları, toxuculuqdan əlavə heyvandarlıqla da məşğul olduqları görülür. Bu mədəniyyət köhnə türk mədəniyyətlərindən biri kimi qəbul edilir. Daha sonra insanlar həyat şəraitlərindən asılı olaraq hərəkət etməyə başladılar, tam məskunlaşmadan imtina etdilər.
Altay-Sayan tərəflərindəki həmin arxeoloji materialların meydana gəldiyi bir yerin adına görə, bu mədəniyyət Afanasyevo Mədəniyyəti adlanırdı. Eramızdan əvvəl III minilliyə istinad edən bu canlı mədəniyyətdə türklər həm köçəri çobanlar, həm ovçular, həm də əkinçilərdir. Bu mədəniyyətin yayıldığı ərazilər Altay/Sayan dağları və Yenisey hövzəsi idi. Monqolustan Altayında bu mədəniyyət nümunələri vardır. Daş materiallar gündəlik həyatda hələ də görülür. Bu dövrdə at artıq türklərin həyatında yerləşmişdir. Mis və bürünc tikmə də geniş yayılmışdır. İnsanlar artıq inək bəsləyirdilər. Biz o vaxt atdan minik heyvanı kimi istifadə olunduğunu bilmirdik. Cəmiyyət əkinçiliklə də məşğul idi. Bu mədəniyyətin Andronovo və Okunevo mədəniyyətləri ilə əlaqələri var.
Bu eradan əvvəl Yuxarı Xarəzmdə kəşf olunmuşdur. Eramızdan əvvəl IV-III minilliklərə aid Keltaminar Mədəniyyəti Aral və onun ətrafının Qara dənizin şimalı ilə Sibirin kəsişməsi olduğunu göstərir. Bu mədəniyyətin üzvləri ümumiyyətlə ovçuluq və balıqçılıq ilə məşğuldurlar. Orada oval yaşayış yeriləri var. E.ə II minilliyin ikinci yarısına
aid olan Srubna Mədəniyyətinə Uralın çöl meşə sahəsində rast gəlinir. Bu mədəniyyət birbaşa Androvono Mədəniyyəti ilə əlaqəlidir. E.ə. II minilliyin əvvəllərində Yenisey hövzəsində görülən Okunevo Mədəniyyətində Avropoidə əlavə monqoloid elementləri də görülməyə başlandı. Dördbucaqlı qəbirlər oval qəbirlərlə əvəz edilmişdi. İnsanlar heyvandarlıqla da məşğul olurdular. Bu dövrdə insan fiqurları şəklində yüksək daş heykəllər düzəldilmişdi. Qərbdə Ural çayından şərqdə Xakasiyaya qədər uzanan e.ə. 2000-ci illərə təsadüf edən Andronovo Mədəniyyəti, çöl ərazisindəki köçəri maldarlığın inkişaf etdiyi bir dövrdür. Bu mədəniyyətdə türklər heyvandarlıqda çox yaxşı idilər.
Məhz bu mədəniyyətdə at və qoyun türk həyatının əsasını təşkil edir. Üstəlik, türklərə ilk təşkil edilmiş döyüşçülər deyilə bilər. Atın əhliləşdirilməsi və minik heyvanı kimi istifadəsi ilə həm heyvan sürüləri daha asan idarə olunmağa başlandı, həm də sürülər uzaq yerlərə aparıldı. Bu dövrdə atın nəqliyyat vasitəsi kimi istifadə olunması və insanların at üzərində döyüşməyi öyrənməsi ilə, türklər geniş ərazilərə yayılma imkanı tapdılar. Onlar dağ-mədən və metal emalını çox yaxşı bilirdilər. Onlar keyfiyyətli tökmələrlə öldürücü silahlar düzəldə bilirdilər. Toxuculuq da inkişaf etmişdi. Antropoloji baxımdan Hun qəbirlərindən sonrakı dövrlərdə tapılmış nümunələr Androvono adamınınki
ilə eynidir.
Tikmə və toxuculuq sənəti sonrakı dövrlərdə də türklər arasında davam etdirildi. Andronovo mədəniyyətindən sonra başlayan və e.ə.700-cü ilə qədər davam edən Karasuk mədəniyyətində insanlar dəmir emalı ustadı idilər. Bu Qərbi Sibir çöllərində,Yenisey bölgəsində, Qazaxıstan tərəflərində görülmüşdür. Bu dövrdə yenidən gərgin bir çöl mədəniyyəti yaşanırdı. Qəbir növləri bir qədər dəyişdi. Bu mədəniyyət birbaşa hunların əcdadlarının mədəniyyəti ilə uyğunlaşır. Cənubi Sibir sahəsində, e.ə. 8-ci əsrdən sonra müşahidə olunan Tağar Mədəniyyəti dövründə yerli xalq cənubdan gələn icmalarla qarışdı. Bu mədəniyyətin daşıyıcılarının inkişaf etmiş bir sənət anlayışı var idi.
E.ə. IV əsrdə başlayan Taştık Mədəniyyəti, adları çəkilən mədəniyyətlərin birbaşa davamıdır. At xüsusilə, burada əhəmiyyətlidir. İnsanlar metaldan hazırlanmış oxlar, baltalar və bıçaqlar kimi silahları yaxşı bilirdilər. Beləliklə, hunların tarix səhnəsinə çıxdığı dövrə qədər türklər və türklərə aid edilən mədəniyyətlər haqqında ümumi məlumat öyrəndik.
Hunlar haqqında ilk qaynaqlar:
Asiyada qurulmuş Hun dövləti türk tarixində ilk dövlət hesab olunur. Əlbəttə, bundan əvvəl qurulmuş bəzi Türk dövlətlərinin varlığı məlumdur. Lakin bizim bu barədə ətraflı məlumatımız yoxdur. Quruluş və təşkilata, müəyyən əraziyə, xarici əlaqələrə malik Hun dövlətinin qurucularının Türklər olduğu bilinir. Digər tərəfdən, onların mənşəyi
ilə bağlı müxtəlif fikirlər mövcuddur.
Asiyada yaşamış Hunlar haqqında məlumatları biz yalnız Çin mənbələrindən ala bilirik. Bu mənbələrə əsasən, Hunların əcdadları adlandıra biləcəyimiz bəzi icmalar vardır. Xan sülaləsinin (e.ə 206-220) rəsmi tarixi olan Xan
Şu-ya görə, Hunlar Çunveydən Böyük Hun dövlətinin qurucusu, ən qədim bəylərdən biri, Toumandırlar (yəni Teoman). Onlar 1000 ildən çox yaşamışdırlar. Hun dövləti bəzən parçalanmış, zəifləmiş, bəzən də birləşmiş və güclənmişdir. Onlar Mod ( Mete ) erasında daha da gücləndilər və şimaldakı bütün xalqları özlərinə birləşdirdilər.
Bundan sonra çinlilər Hunların mənşələrini və dövlət qurumlarını qeyd etməyə başladılar. İlkin məlumatlara görə, hunların əcdadları e.ə 2350-ci illərdə Şan Ronq dağlarında, Çinin şimal sərhədlərində, Şianyun, Hunyu adları altında yaşamışlar. Onların həyat tərzi belə idi: onlar köçəri həyat tərzi sürür, əksərən atları, qoyunları, mal-qaraları, bəzən də qatırları, dəvələri bəsləyərək dolanışıqlarını təmin edirdilər. Bu heyvanları otarmaq və sulamaq üçün onlar ilin müəyyən vaxtlarında müəyyən yerlərə köç edirdilər. Buna görə də onlar daimi şəhərlər qurmur, əkinçiliklə məşğul olmurdular. Hər kəsin öz torpağı və otlağı var idi. Hunlarda Çinlilər kimi yazı yox idi. Onlar hər hansısa bir məsələdə sözlə razılaşırdılar.
Onların uşaqları yeriməyə başlayan kimi qoyunların arxasına minib quş və siçan ovlamağa çalışardılar. Onlar biraz böyüyüb inkişaf etdikdə artıq tülkü və dovşan kimi heyvanları ovlayar, onların ətini yeyərdilər. Hun kişiləri sərt yayları çəkə bilən güclü bir atlı əsgər idi. Sülh dövrlərində onların əsas məşğuliyyətləri maldarlıq və ovçuluq idi. Bu ovlar onlar üçün döyüş təlimi kimiydi. Onlar yenidən döyüşməyi öyrənir, hər zaman müharibəyə hazır olur və düşmənlə qarşılaşdıqda çətinlik çəkmirdilər. Onlar orduda ox, nizə və xəncərdən (qısa qılınc) istifadə edirdilər. Atı uzaqdan oxlayar, yaxın döyüşlərdə isə nizə və takoz atardılar.
Hunlar yüngül silahlandıqlarından, düşmən qalib gəlməyə başlayan kimi geri çəkilir və yenidən sürətlə hücum edirdilər. Hun cəmiyyətindəki sosial təbəqələr: Çində ağalara, zadəganlara tətbiq olunan heç bir qayda, rütbə və protokollar Hunlarda yox idi. Yuxarı təbəqədən aşağıya kimi bütün insanlar sadə yaşayır, bəslədiyi heyvanın ətini yeyir və dərisini geyinirdi. Ətin yağlı və yaxşı hissəsi döyüşəcək olanlara verilir, qalan hissəsi isə güc toplaya bilməsi üçün başqalarına və ağsaqqallara paylanırdı. Cəmiyyətdə güclülərə, cəsurlara, döyüşlərdə qəhrəmanlıq göstərənlərə hörmət bəslənirdi. Hunlarda Çin ənənələrində olduğu kimi cəmiyyət adları, hörmət adları və ləqəbləri yox idi, hamı
öz adları ilə tanınırdı.
QAYNAQ: Kürşat Yıldırım- Hun Tarihi
TƏRCÜMƏÇİ: Çimnaz Kazımova və Xanım Abdullayeva
HƏMÇİNİN BAX: Hun coğrafiyası və Ötükən
HƏMÇİNİN BAX: Tehsilim.org/ilin-genci-ve-elaci-telebesi-ile-musahibe/