Şifahi xalq ədəbiyyatı!!!
Bədii ədəbiyyat şifahi və yazılı olaraq 2 yolla formalaşır. Şifahi ədəbiyyat məlumdur ki,ilk yaranmış və yazılı ədəbiyyat üçün fundament rolunu oynamışdır. İndi isə şifahi xalq ədəbiyyatının xüsusiyyətlərini daha diqqətlə nəzərdən keçirək.
Şifahi xalq ədəbiyyatı demək olar insan cəmiyyəti qurulandan yaranmış,bu günümüzə qədər gəlib çıxmışdır. Ən qədim ədəbiyyat olan şifahi ədəbiyyat yazılı ədəbiyyatdan özünəməxsus xüsusiyyətləri ilə fərqlənir:
- Şifahi xalq ədəbiyyatının müəllifi yoxdur,o kollektiv xalq məhsuludur.
Bildiyimiz kimi,yazılı ədəbiyyat müəllifi məlum olan ədəbiyyatdır. Lakin şifahi ədəbiyyat müəllifi məlum deyil məhz bu səbəbdən də ona həmçinin anonim ədəbiyyat da deyilir.
- Şifahi xalq ədəbiyyatı yarandığı dövrün üslub və dil xüsusiyyətlərini saxlamır.
Şifahi ədəbiyyat dildən-dilə keçərək yayıldığı və yeni nəsillərə keçdiyi üçün yarandığı dövrün dil-üslub xüsusiyyətlərini saxlaya bilmir.
- Şifahi xalq ədəbiyyatı nümunələri çoxvariantlı olur.
Ağız ədəbiyyatı da adlanan şifahi xalq ədəbiyyatını bir nəfər söyləməmişdir. Ağızdan-ağıza keçərək yayılan şifahi ədəbiyyatımız öz orjinallığını saxlamamışdır və bir çox variantda söylənmişdir.
- Şifahi xalq ədəbiyyatı yazılı ədəbiyyat üçün bünövrə rolu oynayır.
Şifahi xalq ədəbiyyatı eyni zamanda folklor da adlanır. Folklor ingilis sözü olub “xalq müdrikliyi” deməkdir. Şifahi xalq ədəbiyyatının 3 növü- lirik,epik və dramatik və hər növün müxtəlif formaları vardır. Ən qədim növü lirik növ,ən son formalaşmış növü isə dramatik növdür.
Lirik növün janrları: layla,bayatı,nəğmələr,mahnılar.
Layla nümunə:
Layla beşiyim,layla
Evim,eşiyim,layla
Sən yat şirin yuxuda
Çəkim keşiyin,layla.
Bayatı nümunə:
Əzizim,yarım alma
Tutubsan,yarım alma
Alırsan,canımı al
Əlimnən yarım alma.
Nəğmə nümunə:(Qeyd: nəğmələrin bir neçə növü vardır:əmək,mərasim,mövsüm,qəhrəmanlıq. Əmək nəğmələri-holavar,sayaçı sözü. Mərasim nəğmələri- toy nəğmələri,ağılar. Mövsüm nəğmələri-fəsl dəyişməsi,yağış yağması və s. bağlı nəğmələrdir.)
Holavar:
Qara kəlim aranda
Çıxar gün qızaranda
Hodaq murada çatar
Kəlindən bar alanda.
Sayaçı sözü:
Nənəm,a ağbaş qoyun
Qarlı dağlar aş,qoyun
Yağından plov olar
Quyruğundan aş,qoyun..
Toy nəğməsi:
Hörmət et ediniz bizə
Bu gün qız sizdədir
Sabah aparırıq bizə.
Yas nəğmələri:
Əzizim,tikə-tikə
Doğrandım tikə-tikə
Anan saçını yolur,
Kəfənin tikə-tikə.
Mahnılar nümunə:
Pəncərədən daş gəlir
Xumar gözdən yaş gəlir
Səni mənə versələr
Allaha da xoş gəlir.
Ay bəri bax,bəri bax
Göründüyü kimi,şifahi ədəbiyyatın növləri və janrları olduqca geniş və çoxşaxəlidir . Bu səbəbdən hər növə aid nümunə işlətmək çətinləşir. Biz ən geniş yayılmış növlərə aid nümunələri göstərdik.
Epik növün janrları: atalar sözü,məsəl,tapmaca,rəvayət,nağıl,dastan,lətifə,əfsanə.
Drmatik növün janrları: xalq oyunları-xallq tamaşaları,şəbihlər.
Bildiyimiz kimi,şifahi xalq ədəbiyyatı janrları yazılı ədəbiyyatda da istifadə olunmuş,hətta bəzi yazıçıların üsulubunu formalaşdırmıçdır. Lirik növün janrlarıından bayatılar yazılı ədəbiyyatda daha çox istifadə olunmuşdur. Epik növün janrlarından isə əfsanə,rəvayət yazılı ədəbiyyatda bir çox yazıçılarımızın müraciət etdiyi forma olmuşdur.
Yazar:Mirzəyeva Nuranə