Şibyələr
Şibyələr göbələk və yosunlarından təşkil olunmuş ,simbioz həyat tərzi keçirən müxtəlif həyat tərzi keçirən müxtəlif quruluşlu, kompleks orqanizmlər hesab edilir. Onların tallomları üç formada olur: qazmaq ( qabıq) , yarpaq və kol formasında. Qabığabənzərlər şibyələrin böyük əksəriyyətini təşkil edirlər. Tallom müəyyən sunstrat üzərində hamar qabıq ( qazmaq) halında olur. Yaşadıqları substrata möhkəm yapışır və onları zədələmədən ayırmaq mümkün olmur, bəziləri substratın içərisində daxil olur. Onlar alt tərəfdən çıxan göbələk hiflərindən əmələ gələn xüsusi çıxıntı olan rizoidlər vasitəsilə substrata yapışırlar .
Kolşəkilli şibyələr budaqlanmış kolcuğa bənzəyir. Yarpağabənzər şibyələr dorzoventral quruluşlu olub , onların üst və alt səthlərin bir- birindən fərqlənir.
Şibyələr iki orqanizmin simbiozu kimi baxılır .
Şöbələrin tərkibinə daxil olan yosunlar yaşıl, göy- yaşıl yosunlarından ibarət olur. Şibyələrin tərkibində yaşıl yosunlar xlorokok , protokol, və b müşahidə olunur. Şibyələrin tərkibində rast gəlinən göbələklərin çoxu kisəli göbələkləri. Şibyələrdə müşahidə olunan yaşıl yosunlar sərbəst halda zoosporla və ya cinsi yolla, şibyələrin tərkibində isə sadə bölünmə ilə çoxalır.
Şöbələrin tərkibində olan göy-yaşıl yosunlar ancaq bölünmə ilə çoxalırlar, onlar spor əmələ gətirmirlər.
Şibyələrlə müştərək həyat tərzi keçirən yosunlar bioloji xüsusiyyətlərini dəyişmirlər. Onlar ayrılıqda yaşamaq qabiliyyətlərini mühafizə edirlər.
Şibyələrin tərkibində daxil olan göbələklər xarici şəraitin təsiri nəticəsində azad yaşayan göbələklər nisbətən çox dəyişikliklərə uğramışdır.
Şibyələrin təbiətdə bitkilər yaşaya bilməyən şəraitdə ( daşlar, qayalar, ağaclar üzərində və b .)yaşaya bilərlər. Onlar bir neçə müddətdən sonra tələf olur və çürüntü əmələ gətirirlər, sonra həmin yerləri mamırlar tuturlar, ali bitkilərin yaşayışı üçün əlverişli şərait yaranır.
Şibyələr şimal ölkələrində böyük təsərrüfat əhəmiyyəti olan şibyə otlaqları əmələ gətirir və onlar qışda maralların əsas qidasını təşkil edirlər.
Orada yaşayan əhali bu heyvanların sayəsində ət,yağ, süd, yun, dəri və s məhsullarla təmin olunurlar. Maral şibyəsindən spirt almaq mümkündür.”İsland mamırı ” adlanan şibyələri bəzi ölkələrdə una qatılar . Şibyədən təbabətdə mədə- bağırsaq xəstəliklərinin müalicəsi , tənəffüs yolları və b yumşaldıcı dərman kimi istifadə edirlər.
Şibyənin qurudulmuş tozundan insanlar ” C ” avitaminozu xəstəliyinin müalicəsində istifadə edirlər. Onlardan sarılıq , isitmə, ürəkgetmə xəstəliklərinin müalicəsində istifadə edirlər. Şibyələrdən boyaq maddəsi, ətriyyat, hazırlanmasında geniş istifadə olunur. Onlardan qiymətli efir yağları alınır. Meyvə və başqa ağaçlar üzərində rast gəlmək olar, onlar ağacların daxilinə keçə bilmədiyi üçün parazitlik etmir , çox ziyan vermirlər. Ağaçlar üzərində şibyələrə təsadüf edildikdə tələf etmək məsləhət görülür. Bu məqsəd üçün payızda ağaçlara 2-3% – li bordo mayesi və dəmir kuporosu çilənməlidir .
YAZAR: Aytən Yusibova
Həmçinin bax: https://kafkazh.com/kok-ve-kok-sistemi/
Həmçinin bax: https://turaz.org/biskekde-qirgizistan-rusiya-avrasiya-elmi-ve-praktik-seminari-kecirilir/
Həmçinin bax: https://tehsilim.org/turkdilli-dovletlerin-emekdasliq-surasinin-bas-katibi-adu-nun-rektoruna-tebrik-mektubu-gonderib-metn/