Şəxsiyyətin inkişafında ailənin rolu

Şəxsiyyətin inkişafında ailənin rolu

Yeniləşmə və qloballaşma şəraitində informasiyaların sürətli inkişafı, kütləvi kommunikasiya və təbliğatın geniş­lən­məsi, cəmiy­yətdə özünü göstərən bu və ya digər proseslər ailə­daxili məsələlərə də təsir göstərir. Bu kontekstdə ailədaxili və şəxsiyyətlərarası müna­si­bətlər məsələsi də müasir pedaqo­gika və psixologiyanın aktual prob­lemlərindən birinə çevril­ib.

Ailədaxili münasibətlərin sağlam pedaqoji, psixoloji əsas­­lar üzərində, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulması cə­miy­yətin inkişafını şərtləndirən amillərdəndir. Ailədaxili münasibətlər əsa­sən ata və ananın ailədəki rolu və münasibəti ilə şərtlənir. Bu münasibətlər həm ailənin möhkəm­liyinə, həm də uşaqların tərbi­yə­si­nə xüsusi təsir göstərir.

V. A. Suxomlinski qeyd edirdi ki, uşaqları tərbiyə edən mək­təb, yoldaşlar arasındaki- ata və ana arasındakı qarşılıqlı münasi­bət­dir. Odur ki, ailədə tərəflərin əsas, başlıca rolu bir-birini qav­ra­maq və anla­maq­dır. Bu anlama və münasibət ailənin gələcək planlarını qur­maq­da vacibdir.

Ailədaxili münasibətlər kontekstində valideynlərin uşaq­ları ilə münasibəti də önəmli əhəmiy­yət kəsb edir. Bu məsələ hələ lap kiçik yaşlarından, məktəbəqədər dövrdən başlayır. Uşaqların şəxsiy­­yə­tinin formalaşmasında, psixi inkişafında, ətrafdakılarla rəftar və dav­ranışında, idrak fəallı­ğı­nın inkişa­fında valideyn-övlad münasi­bət­ləri mühüm rol oynayır. Bu münasibətlər uşağın öz yerini, ailə­dəki rolunu müəyyən­ləşdir­mək­də və özünü dərk etməsində, qabiliy­yət və bacarıqlarını inkişaf etdirməkdə önəmlidir.

“Ailədaxili münasibətlər kontekstində valideyn-uşaq mü­na­si­bət­ləri tarixən milli xüsusiyyət­lə­rin tələblərinə uyğun ola­raq, eyni zamanda valideynlərin özlərinin düçüncə tərzinə, fərdi xüsusiy­yət­lərinə uyğun əsaslar üzərində qurulur. Uşaq­ların şəxsiyyətinin for­ma­laşmasında və psixi inkişa­fın­da aparıcı rol oynayan ünsiyyət tələ­batı da məhz bu münasibət­lə­rin gedişində bu və ya digər dərəcə­də ödənilir.

Qeyd etdiyimiz kimi sağlam, düzgün münasibət sağlam, formalaşmış gələcəyə yol açır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi vaxtlarda ailə­daxili münasibətlərin (ər-arvad) nizamsızlığı uşaq­ların taleyin­də neqativ izlər buraxır”.

Uşaqlarla rəftar və davranış zamanı valideynlər bəzi vaxtlarda birtərəfli iştirak edirlər. Vali­deyn­lərdən birinin uşağı çox əzizləməsi, yaxud tez-tez onun üçün “havadarlıq” etməsi, “hələ uşaqdır dü­zələr” və s. bu kimi mühafizəkar mövqeləri uşaqların tərbi­yə­sin­də birtərəfli ölçülərə gətirib çıxarır. Çünki ailənin tərbiyə imkanları valideynlərin və uşaqların qarşılıqlı əlaqəsi ilə müəyyən olunur.

Pedaqoji ədəbiyyatlarda ailədə düzgün aparılmayan tərbiyənin əsas tipləri sırasında yer alan hiperqəyyumluğun bir növü olan “pərəstiş” tipinə uyğun xarakteristika belə izah edilir: “Pərəstiş növdə uşaq daim diqqət mərkəzində olmağa adət edir, onun bütün arzu və tələbləri qeyd şərtsiz yerinə yetirilir, onu daim tərifləyirlər.

Belə bir münasibətə görə, o, böyüyəndə öz imkanlarını düzgün qiymətləndirə, eqosentrizmini dəf edə bilmir, kollektiv isə onu başa düşmür. Bu hisslər ona pis təsir edir, nəticədə o, hamını təqsirləndirir, öz səhvləri barədə qətiyyən düşünmür və bu səhvlər onda ömür boyu  xoşagəlməz hiss, həyəcan gətirən xarakter formalaşdırır”.

Bəli, ailədə uşaqların düzgün tərbiyəsi həm ailə üçün, həm də cəmiyyət  üçün  əhəmiyyətlidir. Görkəmli pedaqoq A. S. Makarenko deyirdi ki, düzgün tərbiyə bizim xoşbəxt gələcəyimizdir, pis tərbiyə bizim gələcək göz yaşlarımız, əzabımızdır.

1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Konvensiyasının əsas ideyası uşaq şəxsiyyətidir. Konvensiyanın mühüm prinsipi uşaqlara hörmət etmək, onların hüquqlarının qorunmasıdır. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq dünyanın hər yerində öz hüquqlarından istifadə etməlidirlər.

Bu hüquqların qorunması ilk növbədə ailədən başlayır. Ailə uşaqların mənəvi, əxlaq tərbiyə­sinə böyüк təsir göstərir, оnda vətənpərvərliк hissi, Vətənə sеvgi, əməyə məhəbbət tərbiyə еtməкlə, dоstluq, yоldaşlıq, böyüкlərə hörmət, dоğruçuluq, sadəlik və təvazöкarlıq, qənaətçilliк, intizamlılıq və s. кimi müsbət insani кеyfiyyətlər fоrmalaşdırır.

Ailə münasibətlərinin əsasını ər və arvad münasibətləri təşkil edir. Onlar ailənin qoşa qanad­larıdır. Doğrudan da, ailədə ata-ana əsas sima olduqları üçün on­la­rın arasında yaranmış münasibət uşaqların bu günü və gələ­cə­yi üçün istiqamətlən­diri­cidir. Xüsusən də, Azərbaycan ailə­sin­də bu münasi­bət­lər daha çox diqqəti cəlb edir.

Özünə­məxsus spesifik çalarları ilə xarakterizə olunan Azər­baycan ailəsi kökə, nəslə, uşağa bağlı olduğu üçün həmişə bütövlü­yün­də, ülvi­li­yin­də seçimli olub. Ər və arvad arasındakı münasibətin məzmununu qarşılıq­lı hör­­mət və qayğı, səmimiy­yət və mehribanlıq təşkil edir. Odur ki, bir-birinin nüfuzunu saxlamaq, uşaqların tərbiyəsində va­hid tə­ləb­lə­ri gözləmək ailədaxili münasibətlərdə əsas faktor­dur. İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbi­yəvi təsirlərin əhatəsində yaşayır.

Pedaqoji və psixoloji tədqiqatlardan aydın olub ki, uşa­ğın sağlam psixoloji inkişafa malik olması üçün onun ana ilə ün­siy­yəti (emosional ünsiyyət), xüsusən də, ilk üç ildə əhəmiyyət kəsb edir. Uşağın psixoloji ehtiyacını sevgi, məhəb­bət, qayğı, ülvi hisslərin məcmusu kimi qiymət­lən­dirmək mümkündür. Bu dövr­lərdə əmək və oyun fəaliyyətinin inkişafı da uşaqların psixikasına müsbət təsir göstərir.

Ailədə uşaqların mənəvi-psixoloji inkişafının əsas göstə­ri­­cilə­rin­dən biri də onların idrak fəal­lı­ğının inkişafıdır ki, bu da za­ma­nı­nın tələbidir. Artan informasiyalar, siyasi və sosial-iqtisadi həyat­da­kı irəliləyişlər uşaqların istedad və zehni qabi­liy­yətlərinin geniş­lən­məsi məqsədini qarşıya qoyur.

Zehni, intellektual inkişaf psixoloji prosesdir. Bu prose­sin anadangəlmə və irsiyyətlə bağlılığı fikri ilə yanaşı alimlər qeyd edir­lər ki, sağlam psixoloji mühit və şəraitin yaradıl­ması­ da aparıcı şərtlərdən sayılır. Bu mə­nada müasir dövrdə valideynlərin pedaqoji savadı və mə­də­niy­yə­ti­nin yüksəldilməsi vacibdir.

Xüsusilə də, anaların savadlı olması övlad tərbiyəsində, ailə­­daxili münasibətlərin düzgün qurulmasında zəruridir. Ailə­daxili mü­nasibətlər, ailənin psixoloji iqlimi, “ər-arvad”, “va­li­deyn-uşaq” və “uşaq-uşaq” münasibətləri ailə tərbiyəsinin əsas­la­rıdır. Çünki ailə­daxili və onun ətrafdakı psixoloji iqlim şəx­siy­yətin formalaş­ma­sın­da mühüm əhəmiyyət kəsb edir və şəx­siy­yətlərarası münasi­bət­lə­rin özünəməxsus sahəsini təşkil edir.

Ailə tərbiyəsinin əsas prinsiplərindən biri uşaqlara hörmət və tələbkarlıqdır. Uşaqlara hər yaş­da, hər cür şəraitdə hörmət  edilməlidr. Onların şəxsiyyət və ləyaqətləri tapdanmamalıdır. Uşaqları ələ salmaq, təhqir etmək, pərt etmək, gülünc vəziyyətə salmaq, aldatmaq, onlara qarşı kobudluq et­mək, psixi və fiziki zorakılıq etmək, başqalarından üzr istəməyə məcbur etmək qətiyyən  yol verilməzdir.

Ailədə uşaqlar məhəbbətlə idarə edilməlidir. Belə olduqda uşaqlar da valdeynlərinin getdikləri yolla gedir və çox nadir hallarda bir-biri ilə kobud danışırlar. “Daim əmr şəklində tapşırıqların verildiyi, tez-tez kəskin iradlar eşidildiyi və sərt cəzaların yerinə yetirildiyi bir çox ailələrdə tərbiyə işi düzgün qurulmur.

Kobud sözlər uşaqların xarakterini sərtləşdirir və ürəklərini yaralayır, çox vaxt bu yaraları sağaltmaq çətin olur. Ən kiçik səhvlərə görə uşağın ciddi şəkildə cəzalandırılması ilə müşayiət olunan  sərt tərbiyə uşağı daim qorxu içərisində saxlayır”.

Uşaqlar ən kiçik ədalətsizliyi belə hiss edirlər və bu hal bəzilərini o dərəcədə bədbinliyə gəti­rib çıxarır ki, artıq onlara əmr edən yüksək, əsəbi səsə fikir vermirlər və cəzalanmaqdan qorxmurlar. Uşaqları əhəmiyyətsiz xətalara görə həddindən artıq sərt tənqid etmək çox təhlükəlidir.

Həddindən artıq ağır tənqid və sərt qaydalar bütün qayda-qanunlara hörmətsiz yanaşmağa gətirib çıxarır və bu cür şəraitdə tərbiyə olunmuş uşaqlar çox tezliklə hər cür qanunlara hörmətsizlik göstərirlər. Valideynlər yalnız əxlaqlı həyat sürməklə və təmkin göstərməklə övladlarına hör­mət­lə yanaş­dıq­da  düzgün xarakter formalaşdıra bilərlər.

Əgər ana uşağına ehtiramla yanaşır, onu əzizləyirsə, ona qarşı kəskin sözlərdən və hərəkət­lərdən çəkinirsə, bu zaman uşaq valideynlərinin kiçik iradından təsirlənib, öz səhvini etiraf edəcək və özünü yaxşı aparmağa çalışacaqdır.

Göründüyü kimi, sadalanan bu fikirlərin təməlində valideyn sevgisi və vali­deynlərin şəxsiyyətlərarası münasibətlərinin necə təşkili məsələləri dayanır. Bu mənada tərbiyə prosesində valideynlər arasında fikir ayrılığı olmamalı, bir-birini təkzib etməməlidirlər.

Ata və ana heç vaxt uşaqların yanında mübahisə etməməli, bir-birinin plan və fikirlərinə tənqidi yanaşma­ma­lıdır. Əgər valideynlər fikir birliyinə gələ bilmirlərsə, onda öz məsələlərini uşaqların yanında müzakirə etməməlidirlər.

YAZAR: Nərmin Qasımlı

Həmçinin bax:Şəxsiyyətin və psixopatologiyanın iyerarxik modelləri

Həmçinin bax:https://tehsilim.org/dovlet-qullugunda-inzibati-rehber-a-novu-ve-inzibati-icraci-b-novu-vezifeler-uzre-musabiqenin-mart-ayinda-kecirilecek-test-imtahaninda-istirak-etmek-ucun-qeydiyyat-sona-yaxinlasir/

Həmçinin bax:https://turaz.org/hikmet-haciyev-ukrayna-xin-bascisinin-muavini-ile-gorusub/