Səs

Bina evləri. Qonşular binanın qarşısında oturub söhbət edirlər. Hava tutqundur. Payız. Göy üzü qara buludlarla örtülüb. Göy sanki yerə enib… Soyuq külək ağacların qızılı yarpaqlarını yerə səpələyir…
Fatma: Dilruba, eşitdin , Sevdanın qızı Bakı Dövlətə qəbul olub, həm də 654 balla?
Dilruba: Ay qız,hələ indi eşidirsən onu,hələ prezident təqaüdü də alır…
Fatma:Deyirəm ,bu əyrimçəyə baxeee…Heç kəs gözləməzdi ondan..
Nigar:Fatı,elə danışırsan ki,mənim qızımı da 5-ci sinifdən bu yana hazırlığa qoy…gör nətər 650 yoxee,lap 700 toplayar…
Dilruba:Maşallah,Allah saxlasın,amma sənin qız da nə qədər müəllim yanına getdi…oynan beləsinə heç keçidi də keçənmədi…
Bu zaman gözündə qara eynək ,qara uzun paltolu 35-40 yaşlı bir kişi onların yanından iti addımlarla keçir…..
Fatma:Bismilləh, Ay Allah..qorxdum..
Dilruba:Fatı,yaxşı da nədən qorxursaneee…
Nigar:Vallah, bu kişini görəndə qorxudan ürəyim əsir..
Fatma:Qızlar,bilirsiz,sizə bir söz deyəcəm, amma heç kəsə deməyin…
Dilruba:Ay qız, nə olub danış görək…narahat olma heç kəsə demərik…
Fatma(onlara yaxınlaşaraq,yavaş səslə):Bilirsiniz də mən bu kişi ilə qapıbir qonşuyam…
Dilruba:Nə olsun ki,qonşusan?
Fatma:O olsun ki, hər gecə bu kişinin evindən bir qəribə səslər gəlir ki…..Qışqırıqlar…ağlaşmalar…
Dilruba:Bəlkə,evdə kimləsə dalaşır…
Fatma:İş burasındadır ki,o tək yaşayır…evli deyil,yəni arvad-uşaqdan heç nəyi yoxdur…Bir şeyi də demək istiyirəm…
Nigar:De,tez ol, ürəyimiz partladı ki…
Fatma:Dünən mən zibil atmağa çıxanda o da qapını açdı…və..əlində bıçaq vardı,həm də qanlı bıçaq …
Nigar:Allah sən saxla…
Dilruba:Sən Allah bəsdi,görək…nədən qorxursuz…elə bil Fatmanı tanımırsız,birinin üstə beşini qoyur həmişə….Həm də ki dövlət var,qanun var..
Fatma:Mən sizə ancaq olanları dedim…
Dilruba:Yağış da başladı…bərkitməmiş zivədəki paltarları yığaq….(gedirlər)..
Nigar(öz-özünə):Gəl indi yat görək necə yatırsan…Kişi də gecikir nəsə bu gün…
Axşam Fatma əri –Həsənlə həmin kişinin (Sərxanın)qapısının qarşısındadır.Fatmanın əlində balaca qazan var.
Fatma:Ay kişi,bura gəlmək hardan ağlına gəldi?gəl gedək evimizə,hə?….
Həsən:Ay qız ,kəs səsini..bir aydır qonşunun adından başqa heç nə bilmirik…Gedək ,tanış olaq..həm də görək o nə səslərdir…
Fatma:İçəri girməmiş mən sənə təsvir edim otağı…təsəvvürünə gətir:divarlardan qan axır,içəridə ölmüş qadın cəsədləri,bəlkə də qadınların başları divardan asılıb-fiqur kimi.(içi ürpənir)
Həsən:Həqiqətən başın işləmədi də sənin,..100 dəfə demişəm ki,yekə arvadsan,otur əməlli kinoya bax,gedib vampir kinolarına baxırsan ..
Fatma:Qız baxanda baxıram da…
Həsən:Bilirsən ,qorxursan,niyə baxırsanee..
Qapını döyür.Kişi (Sərxan)ciddi siması ilə qapını açır.
Həsən:Axşamın xeyir,bala ,nətərsən?
Sərxan:Axşamın xeyir.
Həsən :İçəri girmək olarmı,oğul?
Sərxan:Buyurun…
Həsən və Fatma işəri daxil olurlar.Qonaq otağı çox sadədir. İçəri qaranlıqdır.Televizorda qorxulu film …qışqırıqlar,ağlaşmalar…Divanda oturan kimi Həsən və Fatma bayırda güclü ildırım səsi eşidilir.,yağış yağmağa başlayır.Sərxan işığı yandırır.
Fatma ürəyini yeyərək Həsənə:Bəlkə, gedək?
Həsən : Azz ,bəsdi…
Sərxan :Mən sizə çay gətirim..
Həsən:Yox, bala ,içib gəlmişik..Arvad hələ dolma bişirmişdi,(Fatmaya dirsəklə vuraraq gözü ilə dolmanı verməsini işarə edir)
Fatma:Həə…Yarpaq dolmasıdır…yeyərsiz..nuş olsun..
Sərxan:Çox sağolun.
Dəhşətli qışqırıq…
Fatma: Tövbə,bismilləh..
Sərxan:İndi söndürərəm(televizoru söndürür) Belə yağışla filmin ayrıca keyfi olur…
Həsən:Bala,sən evlisən?
Sərxan:Yox…qadınlar inanılası varlıqlar deyil,ümumiyyətlə heç kimə etibar etmək olmaz…O ki qaldı,evlənmək,həyatını kimləsə paylaşmaq…yox…
Fatma udqunur.
Həsən: Gəncsən,həyatı tam anlamırsan hələ…. yəqin yeniyetməlik zamanı kimsə qəlbinizi qırıb…
Sərxan: yaşın heç bir önəmi yoxdur..həyatı anlamaq üçün… üstəlik, qırıq qəlb məhv edər,öldürər…
Həm də mənim cəmi 34 yaşım var…
Həsən:Nə işlə məşğulsan, harda işləyirsən?
Sərxan:Redaksiyada…(səbrsiz şəkildə)Başqa sualınız yoxdursa, əgər …Mən yorulmuşam….Sizi yormaq heç istəməzdim..
Fatma:Yoxx.. Həə(əsnəyir)..elə bizim də yuxumuz gəlirdi…Qız da gəlib,dur gedək…(Həsənə baxır)
Həsən:Həə..yaxşı gedək..(ayağa dururlar)Oğul, salamat qal…bağışla ,narahat etdik…gecən xeyrə..
Sərxan: Sağ olun..
Onlar qapıdan çıxar-çıxmaz televizorun səsi yüksəlir…Dəhşətli səslər…
Səhər ..Hava tərtəmiz..Gecədən qalmış yağış yeri isladıb…
Sərxan(küçədə)maşınını dayanacaqdan çıxararkən Səbinə(Fatma ilə Həsənin qızı) qarşıda idi..
Səbinə : Ay aman…
Sərxan maşından düşərək:Sizə nəsə oldu?
Səbinə yerə dağılmış kitabları yığışdırır.Başını yuxarı qaldırır, Sərxana baxır,(Səbinə 25 yaşlı gənc müəllimədir)
Səbinə:Yox..narahat olmayın…hər şey qaydasındadır.
Sərxan heç nə demədən getmək istəyir.
Səbinə arxadan,ayağa qalxaraq:Bir dəqiqə, siz hamının o qorxduğu Sərxansız?
Sərxan geri dönür:Nə?- fikirləşir,-ola bilər. ( getmək istəyir)
Səbinə: Bilmirəm ,sizdən niyə qorxurlar….
Sərxan dayanır..Sonra heç nə olmamış kimi gedir.
Bu mənzərəni Nigar və Dilruba görür(Mağazadan gəlirlər,əllərində də çörək var)
Nigar:Səbinəydi, onunla danışan?
Dilruba:Deyəsən,həə..Gərək Fatıya deyək..
Nigar:Nəsə mən o kişidən qorxuram,Bilirsən , o kişi qorxulu kinolardakı vampirlərə oxşayır.
Dilruba:Mənim də ürəyimə qorxu salırsan ,bəsdi….Deyirsən, yəni vampirdi?
Nigar:Az, mən nə bilim,yəni bənzədirəm.
Dilruba:Uff..bəsdi…Fatı da zəng eləmişdi ki,bizə gələrsən,tez ol. Gedək
Nigar:yaxşı yadıma saldın..Axşam o kişi gilə gedəcəkdi Həsənlə….Nə olub ,görəsən orda?
Dilruba: Tez ol,gedək….
Nigar:Fatıda ürəyə baxeee…- gedirlər
Səbinə piyada gedir,tələsir..Yanından kimsə ona dəyərək keçir.Kitabları yerə düşür.Maşın da keçərkən çuxurdakı suyu Səbinənin üstünə atır…Sərxan da elə indicə maşınla çıxır.
Səbinə:Allahım…(dərindən nəfəs alaraq) Uff…Bu gün niyə belə başladıeee..
Sərxan maşından düşür.:Kömək lazımdır?
Səbinə:(əsəbi halda) lazım deyil,sağ olun…O qədər acizəm ki,sizdən kömək istəyim?Gedin…Özüm həll edərəm…Allahından gecikirəm… Həm də siz qadınlara inamınız yoxdur axı?Niyə? mən qadın cinsindənəm axı?
Sərxan:edirəm,həm də çox …amma köməyə ehtiyacı olan birinə mütləq kömək edirəm;fərqi yoxdu qadındı, ya kişi…indi isə oturun,sizi gedəcəyiniz yerə qədər aparım…
Səbinə:yox,lazım deyil.. Sərxan Səbinənin qolundan tutub:zəhmət olmasa, oturun..
Səbinə:(öz -özünə)dənizdə boğulan ilandan yapışarmış..ancaq tələsdiyim üçün… gedirlər.
Axşam..Hava artıq qaranlıqlaşmağa başlayıb..Sərxan evə gəlir.Fatma onu görür.Əlində böyük qara salafanda nəsə var.O biri əlində çatmadan.Pilləkənin başında qızını gözləyən Həsən ona salam verib mənzilinə daxil olur.Sərxanın çamadan olan əlində Səbinənin yaylığını görür…Həsənin üzündən tərəddüd aşkar şəkildə görünür..
Sərxan mənzilinə daxil olduqdan 5-10 dəqiqə sonra qapı döyülür.
Bu vaxt üst-başı qan çırtlamış şəkildə qapını açan Sərxanı görən Həsənin ürəyi gedir..yıxılır.
Sərxan :sizə nə oldu? Fatma çıxır.
Fatma:Ay aman…sənə nə oldu ,(özünü döyür,ağlayır)Həsən birazdan oyanıb birtəhər evinə keçir..
2 saat keçir ..
Qapı döyülür. Sərxan qapını açır.
Polis:Sərxan Kamalov…
Sərxan :Bəli?..
Polis:Bizimlə bölməyə getməlisiniz.
Sərxan:Necə yəni? Mən nə etmişəm ki?
Polis:Siz adam oğurluğunda təqsirləndirilirsiniz.daha ətraflı məlumatı bölmədə deyəcəklər.
Fatma gəlir:Hələ utanmaza baxee…Qızımızı öldürmüsən, oğurlamısan,yemisən ,neynəmisən, tez ol ,balamı ver.Hanı qızım itoğlu it…neynədin onu?)Allah səni görüm…
Polis:bəsdirin…sakitləşin, bütün məsələlər bölmədə aydınlıq gətiriləcək.
Sərxan :Fatma xanım,siz nə danışırsız ?mən sizin qızınızı belə tanımıram…
Fatma:yalançı insan….ağlayır.. səni görüm heç ordan çıxmayasan…
Sərxan və Polis gedir..Fatma ağlayır..
Polis bölməsi..
Polis məmuru:Yenə soruşuram, Səbinə hardadır?onu harda gizlətmisiz,harda saxlayırsız?)
Sərxan:Səbinə kimdi ee,nə qədər deyim axı..mən Səbinə-Məbinə tanımıram..
P. Məmuru:Necə yəni tanımırsan?)Səni səhər onunla görüblər .
Sərxan:hə… o qız ..o qız Səbinə idi..
Polis məmuru:aha o qızdır…Indi de görüm .hardadır Səbinə?)Universitetə də getməyib.
Sərxan :Necə yəni getməyib?bu gün özüm onu aparmışam
Polis məmuru:tanımadığınız adamı aparmaq hansı məntiqə sığır?)
Gəlin sizinlə razılaşaq.hər şeyi əvvəldən danışın…Siz kimsiniz?hardan gəlmisiz?)
Niyə hamı sizdən şübhələnir.,qorxur..?)Danışın, onsuz əməkdaşlar sizin haqqınızda hər şeyi araşdırırlar ..əvvəl-axır hər.şeyi öyrənəcəyik…
Sərxan :Yaxşı….Yaxşı…Amma həqiqətən mənim yaşadıqlarımdan sonra bunlar çox ağırdır mənə…
mən bura bir ay əvvəl gəlmişəm .Redaksiyada işləyirəm,Hamının məndən qorxmasından da xəbərim yoxdur..
Polis m.:yaxşı..qonşularınız deyir ,sizin evdən qorxulu səslər gəlir…qara geyim geyinirsiniz,heç kəslə ünsiyyətiniz yoxdur..
Sərxan: (Gülür),bilirsiz hansı filmə baxıram?..Mən Xocalı ilə bağlı Çingiz Mustafayevin sənədli filmlərinə baxıram…Xocalı mənim bir parçamdır..Bir hissəmdir.
Polis m.:Sizi Xocalı ilə nə bağlayır?)
Sərxan:Mən əslən Xocalıdanam. O torpağın suyundan içmişəm, meyvəsindən yemişəm.Onda mənim 11 yaşım vardı..Kəndimiz sanki cənnətin yerdəki təcəllisi idi..Dünya nemətlərindən nə istəsən, burda vardı..Qonşularla mehriban yaşayırdıq..Mənim bir dostum vardı ,əslən erməni olsa da ,bizləri çox sevərdi..Zina mənim dostum…onun 13 yaşı vardı.Amma məndən balaca görünürdü o qız…Bilirsiz ,balaca boylu insanların bildiklərini,edə biləcəklərini heç vaxt sizlər ,bizlər edə bilmərik…o mənə elə bir oyun qurdu ki..Atam hərbiçi idi..Xocalıda bütün olanları o bilirdi..yadımdadı,axır vaxtlar atam çox gərgin idi..Zina da bizə tez-tez gəlirdi..atasının tapşırığı ilə.. 13 yaşlı qızı da öz işlərinə alət etmişdilər….o murdarlar……
Xocalı alınan gün idi.. Düzdür,2-3 il idi ki,ermənilər fəallaşmışdılar..amma Heç vaxt düşünməzdim ki, doğma yurdum özgələrə qismət olacaq…
Xocalı alınan gün axşam çox sakitlik idi ,sanki nəsə olacağını hiss etmişdi anam..Atam evdə yatsı namazını qılırdı,onda bizimkilər gizli-gizli ibadətlərini edirdilər..məndə çox şey öyrənmişdim atamdan..Atam gözümün qabağında namaz qılırdı, balkonda çıxdım ,bu zaman dəhşətli səs gəldi.. Evə bomba atılmışdı..Hər yer yanırdı.Evə qaçdım..Atamın silahı qapının arxasında idi ,həmişə ehtiyat üçün ora qoyurdu ….hələ heç nəyi dərk etmirdim.. bunlar mənə yuxu kimi gəlirdi.Atam …bədəni .qolu…parçalanmışdı…Anam fəryad edirdi..həmin an içəri ifunətli murdar biri gəldi.anam silahı əlimdən alıb onu vurmaq istəyəndə anamı güllələdi…Anam ölürdü…gözümün qabağında.amma güc tapıb bacımı güllələdi anam….onu vurdu..öz anam..onun niyə elə etdiyini onda anlamırdım.. dedim bəlkə ,təsadüf..yox düşmən əlinə keçməkdənsə, onu öldürdü ,gül bacımı…
mənə tərəf gələndə sanki ayıldım..anamın cəsədinin yanından tüfəngi götürüb tətiyi çəkdim..o öldü…
Amma mən dəhşət içində idim..11 yaşım vardı onda. Düşünün..
Onun cəsədi atamın cəsədinin parçasının yanında idi…bilirsiz, nə dəhşətli an idi …
Siz heç bilirsiz, o murdarlar qadınların, qızların, uşaqların başına nə oyun açırdılar..bilirsiz niyə həmişə qadınlara nifrət edirəm, çünki onlar xəyanətkardırlar,satqındırlar,mübarizə aparmaqdansa,ölümü seçəndirlər…qayadan neçə qadının özlərini atdığını gördüm,neçəsi özünü yandırdı..öz canlarına qıydılar,neçəsi…Bilirsiz, mən kişilərə daha çox nifrət edirəm.. çünki …onlar öldülər, düşmənlərini tanımadılar.bəziləri qaçdıar qorxaqcasına…lənət olsun onlara…Niyə hər axşam eyni filmə yüksək səslə baxıram, bilirsiz niyə? Çünki istəmirəm ,o murdarlara -ermənilərə nifrətim azalsın. Nifrətimi unudum.Bu nifrətlə yaşayıram, bu nifrət mənə güc verir.mıni yaşadır.əgər nə zamansa, bu nifrət məndə azalsa,mən olanları unutsam, hər kəs kimi heç nə olmamış kimi yaşasam, ölərəm …
Polis m.:bəs dünən olanlar?qanlı bıçaq, qara salafan,Səbinənin yaylığı..
Sərxan:sadəcə toyuq almışdım, yemək hazırlayırdım..dedikləriniz yenə də məni oğru etməz..inanın Səbinədən xəbərim yoxdur.sadəcə Universitetə qədər yola salmışam,.bu qədər ,yaylığı da maşında qalmışdı.
Bu zaman Polisin qulaqcığına səs gəlir.onu dinləyir.
Koridorsa səs-küy .
Polis m.:Sərxana)Mən indi gəlirəm
Az sonra gəlir.
Polis m.:Siz azadsız.
Sərxan:Səbinə tapılıb?)
Polis :Bunu özündən soruşun. Həmdə Heç də bütün qadınlar nifrətə layiq deyil,bu sözümü unutmayın.keçmişi yaddan çıxartmaq olmaz,amma ona görədə gələcəyi məhv etmək olmaz.
Sərxan gedir.Koridorda Səbinəni görər-görməz getmək istəyir.
Səbinə onun yanına tələsərək:Dayanın, getməyin,Heçnə soruşmayacaqsız?)Hara getmişdim..
Sərxan:(onun sözünü kəsərək)əsas odur ki,valideynləriniz həqiqəti öyrəndi, başqa Heçnə maraqlı deyil
Səbinə: ( üz ifadəsi dəyişir)dünən müəllim yoldaşımın hamı pisləşdi, onunla xəstəxanaya getmişdim, telefonumun da enerjisi də bitmişdi .onun üçün..
Sərxan:Aydındır,amma siz ata-ananızı xəbərdar edə bilərdiz. Nəysə..bunları mənə danışmağa borclu deyilsiz.
Səbinə:Sizdən çox üzr istəyirəm, sizi mənə görə..
Sərxan:Lazım deyil..Məndən sadəcə uzaq durun .gedir)
Səbinə:kobud.məndə sizdən (o da gedir)
Gecə saat 12-ə az qalıb.Sərxan olanları unutmaq üçün binanın həyətinə düşür.skamyada oturub…dərin ah çəkir..
Səbinə onu yuxarıdan görür.
Sərxan: (öz -özünə)demək hər şey bir gün öyrənilməli idi…amma çox ağır idi ,yenidən xatırlamaq .. sanki dünən olub onlar..
Səbinə:Bunların hər kəs tərəfindən öyrənilməsi lazımdır, təkcə bu binadakıların yox.bütün dünya olanları bilməlidir.
Sərxan:( onu görən kimi ayağa qalxır) burda olmamalısız,evinizə gedin.yoxsa yenə.
Səbinə:Hər kəs sizə heyrandır artıq.
(pəncərədən )Fatma baxır:Səbinə evə gəl,gecdi)
Səbinə :gəlirəm (Sərxana)sizdən yenə məni bağışlamağı istəyirəm, amma həqiqətən,hər şey yaxşılığa doğrudur. Bəlkə bunlar olmasa idi,hamı yenə sizdən qorxacaqdı..həqiqəti bilməyəcəkdir
Sərxan:mənə sizin məsləhətiniz lazım deyil, gedin
Səbinə:…Yaxşı gedirəm, amma yaşadıqlarınızı qələmə alın, kitab çıxardın, hər kəs olanları bilsin. Bu dünyaya dəhşətli bir səs salar,ən azından içinizdəki nifrət biraz da olsa,sakitləşər.
Fatma:( Səbinəyə)gəlmirsən?
Səbinə :gəlirəm..mən gedim, amma bu dediklərimi düşünün, yaxşı -yaxşı düşünün. (Gedir)
Sərxan :(öz-özünə)O düz deyir,həqiqətən ,bunlar gizli qala bilməz
Hər kəs həqiqəti bilməlidi. O dəhşətli həqiqəti…yaşadıqlarımı, yaşananları, əsl olanları…Səs..Bu elə bir səs salmalıdır ki,dünyaya…bu həqiqətin qarşısında heç kəs heçnə deyə bilməsin…
Elə edəcəm ki, Xocalının səsi dünyanı bürüsün..O elə bir səs olmalıdır ki, Düşməni susdursun…çünki mən bunları yaşamışam, minlərcə bunları yaşayanların yerinə danışacam,yazacam olanları.
Mən inanıram, inanıram ki qəlbində Vətən,torpaq sevgisi olan həqiqətin nə olduğunu bilən hər bir kəs bu Səsə biganə qalmayacaq…. O Səsi qəlbimdəki bu fəryadın, nifrətin səsini oyadacam…yazacam.. Səs… Xocalıdan Səs..

Yazar: Məhyəddinli Aygül (Ən yaxşı bədii hekayə müsabiqəsində ilk beşlikdə)

həmçinin bax Sehrbazlıq psixologiyası.

həmçinin bax https://tehsilim.org/inkluziv-siniflerde-telim-strategiyalari-telimine-qebul-elan-edir/