“Sergey Denisentsev “ABŞ-ın S-400 “qorxusu” sadəcə cəfəngiyyatdır”
S-400-lər vasitəsilə F-35-lər haqqında məlumat toplanacağı ilə bağlı Vaşinqtonun narahatlığı tamamən yersizdir.
Bu sözləri rusiyalı ekspert Sergey Denisentsev deyib.
“S-400 və F-35 arasında texniki uyğunluq məsələsi tamamən cəfəngiyyatdır. Əslində bu silah sistemləri arasında texniki uyğunluq məsələsi ilə bağlı hər hansı problem yoxdur. S-400-lərin F-35 qırıcıları haqqında məlumat toplamaq üçün istifadə edilməsi söyləntiləri yalnız çaşqınlıq yaradır. Bu, Türkiyənin F-35-dən çıxarılması üçün amerikalıların növbəti uydurmasıdır”, – deyə ekspert bildirib.
Müxbir: kafkazh.com
Xüsusi müxbir: Nuray Ələkbərova
Mənbə: Axar.az