“Separatçılara əmr verildi”

Separatçılara əmr verildi: Tam atəşkəs…

Donbasda iyulun 27-dən etibarən tam atəşkəs barədə əmr qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) xalq milisinin bütün şəxsi heyətinə çatdırılıb.

Axar.az xəbər verir ki, bunu qondarma DXR-in münayəndəsi Denis Sinenkov deyib.

Qeyd edək ki, bir neçə gün öncə Əlaqə Qrupu iyulun 27-də Donbasda atəşkəs barədə razılıq əldə etmişdi. Razılaşmaya əsasən, təmas xəttində hücum və diversiya əməliyyatları, snayperlərdən istifadə, yaşayış məskənlərinin atəşə tutulması qadağan edilir.

Müxbir: Kafkazh.com

Xüsusi müxbir: Nuray Ələkbərova

Mənbə: Axar.az