“SEPAH hərbi dəniz qüvvələri Fars körfəzində təlim keçiridi”

İran İslam Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Fars körfəzi və Hörmüz boğazında hərbi təlimlər keçirib.

Ordu.az xəbər verir ki, hərbi təlimlərə pilotsuz uçuş aparatları, hərbi helikopterlər, İranın fəzadakı “Nur” süni peyki və hərbi gəmilər qatılıb.

Təlimlərdə ballistik və qanadlı raketlərdən, o cümlədən uzaq hədəfləri vurmaq üçün uzun mənzilli ballistik raketlərdən istifadə edilib.

İran ballistik raketdən istifadə edildikdən sonra ABŞ-ın Qətərdəki hərbi bazası döyüş hazırlığı vəziyyətinə gətirilib.

CNN-in yaydığı məlumata görə, ABŞ-ın Körfəz dövlətləri ərazisindəki hərbi bazalara xüsusi təlimatlar verilib. Bu təlimatların nədən ibarət olması hələlik məlum deyil. Lakin məlum olan odur ki, İran ordusunun təlimindən ehtiyatlanan ABŞ Qətərdəki hərbi bazasını döyüş hazırlığı vəziyyətinə gətirib. Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi bazasına isə ehtiyatlı olmaq göstərişi verilib.

Müxbir:kafkazh.com

Xüsusi müxbir:Aytac Cəfərov

Mənbə: Ordu.az