“Şəmkirdə yol qəzası baş verdi, xəsarət alan var”

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan qoşqulu yük maşını ilə “Niva” markalı minik maşını toqquşub. Qəza zamanı “Niva”nın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, qəzaya səbəb yağışlı hava olub.

Müxbir: kafkazh.com

Xüsusi müxbir: Zöhrə Məmmədova

Mənbə:APA