Sellərin təsnifatı
*1)* Sel–böyük dağıdıcı qüvvəyə malik və mineral hissəciklərlə zənginləşmiş qısa müddətli daşqındır.
+“Sel” sözü türk və ərəb mənşəli hesab olunur və müxtəlif dillərdə fərqli səslənir. +O, adətən “palçıqlı”, “palçıqlı-daşlı axın” mənasına uyğun anlayışlarla ifadə olunur:
- mur, mure (Almaniya),
- ruff, ryuffe (İsveçrə),
- qiss, qisse (Avstriya),
- bancir (Yava),
- sva (Karakorum, Himalay),
- uayko (Peru), yamasunami (Yaponiya)
Sel axınları dağlıq ərazilərdə müşahidə olunan ən təhlükəli hidroloji hadisələrdən biridir.
*2)* Sel probleminin səbəbleri
+ Əvvəla, sellərin öyrənilməsi ilə müxtəlif elm sahələrinin (hidrologiya, geologiya, geomorfologiya, coğrafiya, mexanika) mütəxəssisləri adətən müstəqil məşğul olurlar.
+Kompleks tədqiqatların sayı çox azdır.
+ məlum səbəbdən sel axınları keçən zaman sistematik ölçmələr yerinə yetirilmir. +Nəhayət, sellərin çöl və eksperimental tədqiqatları çox böyük maliyyə resursları və entuziazm tələb edir.
+Sel axınları tip və xarakterlərinə görə fərqlənsələr də, onlar həmişə su və yumşaqqırıntılı süxurların qarışığından ibarətdir.
*3)* Selin yağışdan fərqi
+Selin adi yağış daşqınlarından başlıca fərqi tərkibində iri daşlarla yanaşı küllü miqdarda müxtəlif ölçülü bərk hissəciklərin olmasıdır.
+Sel axınının ümumi kütləsinin 8085%-nə qədərini gətirmələr təşkil edə bilər.
+Adi daşqınlarda isə bu göstərici 10%-dən çox olmur.
è*4)* Selin böyük dağıdıcı qüvvəyə malik olmasının səbəbi
+onun sıxlığının, sürətinin böyük və tərkibində iri süxur qırıntılarının olmasıdır.
+Sel, hövzələrində böyük miqdarda aşınma məhsulları toplanmış və meylliyi 0,1‰-dən çox olan dağ çaylarında və quru dərələrdə şiddətli leysanlar yağdıqda və ya qar örtüyü intensiv əridikdə müşahidə olunur.
+Sellər həm də buzlaq və uçqun göllərin dağılması (yarılması) nəticəsində də yaranır.
*5)* Sellərin yaranması üçün əlverişli olan təbii amillər aşağıdakılardır:
1.Dağlıq relyef: hövzə və dərələrin dik yamaclı, çayların meylliyinin böyük olması;
2.Yamaclarda, dərələrdə və məcralarda böyük miqdarda eroziya materiallarının olması;
- Şiddətli leysan yağışların yağması və ya qarın intensiv əriməsi.
*6)* Sel daşqınları kiçik dağ çaylarında, xüsusilə quraq rayonlarda daha tez-tez baş verir.
+ Onlar sutoplayıcıda bir neçə il ərzində yığılmış aşınma materiallarını çayın mənsəbi istiqamətində hərəkətə gətirir.
è Iri Gətirmə konusları yaranmasi-
+Bəzən iri qırıntı materialları yamacların bütün səthini örtür və dərənin genişləndiyi yerdə iri gətirmə konusları əmələ gətirir.
+ Təbiidir ki, belə qırıntı materialları kütləsi dayanıqsız tarazlıq vəziyyətində olur və buna görə də leysanlar bu tarazlığı poza bildikdə aşınma məhsulları hərəkətə gələrək sel daşqını əmələ gətirir.
è*6)* Sel kütləsinin tərkib və sıxlığından asılı olarq sellər üç tipə bölünür:
- Gətirməli-sulu sellər: axın həcminin 50%-dən az hissəsini bərk faza təşkil edir (11001500 kq/m3).
- Palçıqlı sellər: axın həcminin 50%-dən çoxunu bərk faza təşkil edir və hissəciklərin əksəriyyətinin ölçüləri 1mm-dən kiçik olur (1600-2000 kq/m3);
- Palçıqlı-daşlı sellər: axın həcminin 50%-dən çoxunu bərk faza təşkil edir və süxur qırıntılarının ölçüləri 1 mm-dən böyük olur (2100-2500 kq/m3).
*7)* Gətirməli-sulu sel axınının sıxlığı nisbətən az olur.
+O, güclü daşqın məcrada yığılmış iri qırıntı materiallarını hərəkətə gətirdikdə və öz nəqletmə qabiliyyəti hesabına böyük miqdarda asılı və yuvarlanan gətirmələri daşıdıqda yaranır.
*8)*Palçıqlı sel
+axınının sıxlığı yüksək, tərkibi isə palçıqdan ibarət olur.
+Bəzən sel kütləsində süxur qırıntılarına da rast gəlinir.
+Palçıqlı-daşlı sel axını çox yüksək sıxlığa malik olur.
+Bərk materialların əsas hissəsini süxur qırıntıları təşkil edir və onların aralarını isə palçıq doldurur.
+Sel axınlarının hərəkət sürəti 2-10 m/s arasında dəyişir.
+Selin sürətini adi hidrometrik üsullarla ölçmək mümkün olmur.
+Bununla əlaqədar, sürəti təxmini hesablamaq üçün strukturuna görə Şezi düsturuna yaxın düsturlardan istifadə olunur.
è*9)* Sellərin coğrafiyası
+Qafqaz,
+Krım,
+Karpat, Himalay, Tyan-Şan, And, Alp dağ sistemlərində baş verir.
Qeyd-
=1921-ci ildə Malaya Almatinka çayında baş verən sel zamanı Almatı şəhərinin bir hissəsi dağılmış və çoxsaylı insan təlafatı qeydə alınmışdır.
=1939-cu ildə ABŞ-da Los-Anjeles yaxınlığında keçən sel də insan təlafatı və külli miqdarda maddi ziyanla nəticələnmişdir.
è*10)* Sel Azərbaycanda
+ bütün dağlıq rayonlarında müşahidə olunur.
+Lakin Böyük Qafqazın cənub yamacı özünün sel aktivliyinə görə dünyanın ən güclü selli rayonları ilə bir sırada durur.
+Burada, xüsusilə Kiş və Şin çayları hövzələrində, selin əmələ gəlməsinin, güclü və dağıdıcı enerji potensialına malik olmasının bir neçə təbii və antropogen şərtləri var.
*11* Sellərin mənfi təsiri
+Sellərin mənfi təsirini azaltmaq üçün müxtəlif tədbirlər həyata keçirilir.
+Xarici ölkələrdə selə qarşı ən səmərəli tədbir kimi dağ yamacları qorunur və orada əsaslı meşə-meliorativ işləri aparılır.
+Dağ yamaclarında sellə mübarizənin təşkili hər şeydən əvvəl meşə, kol və ot örtüyünün qorunmasını və inkişafını nəzərdə tutur. Bitki örtüyü eroziya prosesini kəskin zəiflədir.
+Sel təhlükəsi əleyhinə yönəlmiş vacib tədbirlərdən biri eroziyaya uğramış dağ yamaclarında mal-qara otarılmasının nizama salınmasıdır.
+Otarılmadan sonra torpaq örtüyü 2-3 sm dərinliyə qədər boşalır və yuyulmaya məruz qalır.
+Buzlaq və moren göllərindən böyük miqdarda su kütləsinin çıxması nəticəsində yaranan selləri aradan qaldırmaq üçün selli dövrün başlanğıcında bu göllərdən suyu buraxmaq lazımdır.
*Çınqıllı sellər*
+Azərbaycan şəraitində çınqılların bioloji bərkidilməsi üzrə təcrübələr müsbət nəticələr vermişdir.
+Çınqıllı dik yamaclarda ağ akasiya, çaytikanı, söyüd əkiləndən 6 il sonra çınqıl materiallarının hərəkəti dayanmışdır.
+Çayların daha intensiv yuyulma sahələrini möhkəmlətmək üçün daş və ya betondan hazırlanmış bənd və qurşaqlar tətbiq olunur.
+Yataq hidrotexniki tədbirləri və qurğuları əsas etibarilə sel axınlarını zəiflətməyə yönəlmişdir.
+Bu cür tədbirlər yaşayış məntəqələrini, avtomobil və dəmir yollarını, elektrik stansiyalarını, mədənləri və s. qorumaq üçün zəruridir.
Su ilə əlaqədar təhlükəli və ziyanlı təbii hadisələr
*1)* Su ile təhlükəli təbii hadisələrin yaranmasi
+subasma bəndlərinin daşqın zamanı yarılması (uçması),
+ torpaq eroziyası,
+sel axınları,
+sürüşmələr və s. göstərmək olar.
*2)* Subasmanın yaranmasının üç əsas səbəbi var:
- qarın intensiv əriməsi və ya şiddətli leysanların yağması nəticəsində çox böyük həcmdə axımın yaranması;
- çayların mənsəb hissəsində qovma hadisəsi (küləyin axına əks istiqamətdə əsməsi);
- axının qarşısının qəfil kəsilməsi (uçqun, sürüşmə, hadisələri və )
Subasmanın mümkün səbəblərindən biri də = Lillənmə nəticəsində məcranın dolması və onun suburaxma qabiliyyətinin azalmasıdır.
+2010-cu ilin aprel-may aylarında Kür çayının aşağı axınında müşahidə olunan fəlakətli subasmanın səbəblərindən biri məhz bu olmuşdur.
*3)* Subasma –Çay dərəsinin hər il su altında qalan hissəsindən yuxarıda yerləşən ərazisini su basarsa, bu hadisəyə subasma deyilir.
*4)* Sürüşmə hadisəsi yumşaq süxurların qravitasiya qüvvələrinin təsiri altında yamac boyu aşağı istiqamətdə hərəkətinə deyilir.
+Sürüşmənin baş verməsində süxurların sululuğu həlledici rol oynayır.
+ Sürüşmə həmçinin seysmik hadisə nəticəsində də baş verə bilər.
*5)* Eroziya prosesi
Eroziya prosesi (gətirmələr axımının formalaşma prosesi) iki mərhələyə bölünür:
- hövzədə (sahəvi)
- məcrada (xətti).
Birinci mərhələ sutoplayıcı səthdə axımın əmələ gəlməsi, torpağın yuyulması və bərk hissəciklərin məcraya daxil olması ilə əlaqədardır.
İkinci mərhələ isə axınla yataqdakı allüvi və prollüvi arasında baş verən prosesdir. Yamaclarda eroziyanın aktivliyi səth axımının intensivliyi və torpaq örtüyü və ya yumşaq süxurların yuyulmaya davamlığından asılıdır.
Yazar : Səbinə İsmayılova