Seleksiya
Darvinin işlərindən sonra bir elm kimi formalaşan, ancaq uzun illər əvvəl mövcud olmuş, təkamülün bir formasıdır və əsas məqsədi təsərrüfat əhəmiyyətli, məhsuldarlığı və keyfiyyəti yüksək cinslərin, sortların alınması olan elmdir.
Seleksiya sözünün hərfi mənası seçmə deməkdir.
Seçmə, biologiyada təbii və ya süni nəzarət faktorları vasitəsi ilə müəyyən genotiplərə (genetik kompozisiyalar) sahib fərdlərin üstünlükləri ilə sağ qalma, çoxalma və ya imtiyazlı şəkildə aradan qaldırılması deməkdir. Təbii seçmə mutasiya, gen axını və genetik sürüşmə ilə yanaşı təkamülün əsas mexanizmlərindən biridir. Təbii seçməni mümkün edən dəyişikliklər DNT və gen səviyyəsində baş verir. Bu dəyişikliklər mutasiya adlanır. Mutasiyalara DNT-nin çoxalmasında təsadüfi səhvlər, kimyəvi və ya radiasiya təsiri səbəb ola bilər. Çox vaxt mutasiyalar ya zərərlidir, ya da neytral olur, lakin nadir hallarda mutasiya orqanizm üçün faydalı ola bilər. Təbii seçmə, faydalı mutasiyaları qorumaq, yaxşı olanları əlavə etmək və pis olanları çıxarmaqlar təkamül prosesinə rəhbərlik edir.
“Mutasiyalar təsadüfidir, lakin onlar üçün seçmə təsadüfi deyil”.
Faydalı əlamətlərin saxlanması təkcə mutasiyalar yolu ilə olmur, genlərin köçü ( transferi zamanı) və ya sadəcə ətraf mühit şəraitindən, yəni ekoloji dəyişikliklərdən ola bilər. Washington DC Smithsonian Institution National Natural History Museum-un antropoloqu və pedaqoqu, insan mənşəli tədqiqatlar sahəsində mütəxəssisləşmiş Briana Pobiner sadə bir dillə belə demişdir: Bu “ən uyğunların sağ qalması” kimi izah edilir, ancaq bunun hər zaman doğru olmadığını, yanıltıcı ola biləcəyini də qeyd edib. “Uyunlaşmaq” bir orqanizmin gücünə və ya atletik qabiliyyətinə deyil, əksinə yaşamaq və çoxalmaq qabiliyyətinə görə müəyyən olunur.
Darvinin təbii seçmə yolu ilə təkamül haqqında olan böyük fikri nisbətən sadədir, lakin çox vaxt bu səhv başa düşülür.
Bunun necə işlədiyini öyrənmək üçün həşərat populyasiyasını təsəvvür edək:
🔸Həşəratların zahiri xüsusiyyətlərdə dəyişiklikıər var:
Məsələn, bəzi böcəklər yaşıl, bəziləri qəhvəyi rəngdədir.
🔸Diferensial çoxalma var.
Ətraf mühit həddindən artıq növ sayı artımını dəstəkləyə bilmədiyi üçün, bütün fərdlər bərabər potensiala uyğun olaraq çoxala bilməzlər. Bu nümunəmizdə yaşıl rəngli həşəratlar quşlar tərəfindən daha tez görülür və yeyilir. Qəhvəyi rəng həşəratlar isə quşlar tərəfindən daha az yeyilir, buna görə də qəhvəyi rəngli həşəratların çoxalmaq üçün daha çox fərdi sağ qalır.
🔸İrs faktor var:
Sağ qalan qəhvəyi rəngli həşəratların eyni rəngdə balaları olur, çünki bu xüsusiyyət genetik əsasa malikdir, nəsildən-nəslə keçir.
🔸 Son nəticə olaraq:
Həşəratların daha çox nəslinin olmasına imkan yaradan, avantajlı xüsusiyyət qəhvəyi rəngdə olmalarıdır, ona görə də populyasiyada daha çox bu rəng yayılır. Bu proses uzun müddət davam edərsə, nəticədə, populyasiyadakı bütün fərdlər qəhvəyi rəngdə olacaqdır.
Təbii Seçmənin Özünün Mexanizmləri var.
Beləki:
-
Dəyişiklik
Populyasiya daxilində eyni növlər arasında müxtəlif xüsusiyyət və fərqliliklər görürük.
Bütün xüsusiyyətlər və fenotiplər (ifadə olunan xüsusiyyətlər) DNT-dəki fərqlərdən qaynaqlanır. DNT-dəki bu fərqlər MUTASİYA səbəbindən meydana gəlir. Mutasiya, orqanizmin DNT-sindəki hər hansı bir dəyişiklikdir – mənfi, pozitiv və ya neytral ola bilər. Mutasiya, DNT-dəki azot əsaslarının spontan keçidindən qaynaqlanır.
Mutasiyaya xromosom anormallıqları da səbəb ola bilər – yəni, itkin hissələr, köçürülmüş hissələr və ya hüceyrə bölünməsi zamanı ayrılmaması kimi.
Dəyişiklik olmadan, populyasiyalar dəyişən mühitlərdə yaşaya bilməzdilər. Təbii seçmədə, bəzi fərdləri ölümə aparan xüsusiyyətlər digərləri fərdlər həyatda qalmaq üçün seçir.
-
Həddindən artıq çoxalma:
Orqanizmlər instinktiv olaraq çoxalırlar. Bu, orqanizmlər arasında nəsillərin tez-tez əmələ gəlməsinə səbəb olur. Bu, yalnız valideynləri “əvəz etmək” üçün daha çox nəslin yaranmasına səbəb olur, lakin ətraf mühit, yırtıcılar və s. Kimi təzyiqlər bir çox nəslin ölümünə səbəb olur. Xoşbəxtlikdən, həddindən artıq çoxalan bəzi nəsillərin reproduktiv yaşa qədər sağ qalma şansının çoxdur.
-
Rəqabət:
Bir mühitdə mövcud olan məhdud mənbələr eyni və ya fərqli növ orqanizmləri yaşamaq üçün mübarizə apardıqları rəqabətə təşviq edir. Qida, məkan və öz cütləri üçün baş verən rəqabətdə daha az uyğunlaşan fərdlər ölməli və ya çoxalmamalı, daha yaxşı uyğunlaşanlar sağ qalaraq çoxalmalıdırlar. Orqanizmlər arasında rəqabət olmadığı təqdirdə təbii seleksiya pis hava və ya mövsümi dəyişikliklər kimi sırf ekoloji amillərlə əlaqəli ola bilər.
-
Güclü olan həyatda qalar:
Daha çox variasiya, populyasiyadakı bəzi orqanizmlərin yaşamaq üçün daha yaxşı, digərlərinin isə bu potensiala sahib ola bilməyəcəklərini göstərir. Canlının ətraf mühitdə yaşamasına kömək edən xüsusiyyətlərə uyğunlaşma deyilir.
Daha yaxşı uyğunlaşmış orqanizm, sağ qalma və DNT-sini ötürmə ehtimalı bir o qədər yüksəkdir.
YAZAR: İsmayılova Qəribə
Həmçinin bax: https://kafkazh.com/sinir-sisteminin-qurulusu-ve-ehemiyyeti/
Həmçinin bax: https://tehsilim.org/denizci-olmaq-isteyen-abituriyentlerin-nezerine/#comment-3
Həmçinin bax: https://turaz.org/nazir-brexit-limanlari-doludursa-covid-19-peyvendi-ingilterye-teyyare-il-catdirila-biler/