Şəki klubu İran millisinin üzvü ilə anlaşıb
Şəkinin qadınlardan ibarət “Marxal” futbol klubu heyətinə yeni oyunçu cəlb edib.
AZƏRTAC xəbər verir ki, klub iranlı Səba Səlimi ilə anlaşıb.
İyirmi iki yaşlı futbolçu ilə birillik müqavilə imzalanacaq.
Hücumçu indiyədək İranın “Ansar”, “Hilal Ahmar” kimi klublarında çıxış edib. Futbolçunun sonuncu klubu isə İraqın “Əl-Qatan” komandası olub.
Futbolçu 2018-ci ildən İranın əsas yığmasının şərəfini qoruyur.
Mənbə: azərtac
Müxbir Kafkazh.com xüsusi müxbiri Jalə Hüseynova