“Şəhidim”
Şəhadət istədin ulu tanrıdan,
Sən ey arzusuna çatan şəhidim.
Səni qorxutmadı nə ölüm, nə qan.
Dünyanın daşını atan şəhidim,
Qanına boyanıb yatan şəhidim.
* * *
Tanrının qatına çəkilmisən sən,
Cənnət bağçasında əkilmisən sən,
Üçrəngli bayrağa bükülmüsən sən,
Bayrağı yüksəkdə tutan şəhidim,
Qanına boyanıb yatan şəhidim.
* * *
Milyonlar düzülüb dalınca gedir,
Vətənin səninlə iftixar edir,
Ana qəlbi dözmür ahu-zar edir.
Sənlə qürur duyur atan, şəhidim,
Qanına boyanıb yatan şəhidim.
* * *
And olsun qan içrə düşdüyün yerə,
Müqəddəs torpağa, uca göylərə
And olsun min kərə, milyonlar kərə,
Yerdə qalmayacaq o qan, şəhidim.
Qanına boyanıb yatan şəhidim.
Yazar: Gülnar Nəzərli Bakı Qızlar Universitetinin 2-ci kursunu bitirmişdir. “Qış günündə açan çiçək” adlı bir kitab müəllifi.