Şəhid qanı yerdə qalmaz!

Xalqlar öz qonşularını seçə bilmirlər. Tarix boyu hadisələr elə gətirib ki, ermənilərin uzaq görən layihəsi nəticəsində, öz mənfur metodlarından istifadə edərək, zamanın hər geopolitik dəyişikliyindən istifadə edərək,havadarları vasitəsilə gözünü dikdiyi hər torpaqdan bir parça qopararaq, özünü inşa etdi və bizim qonşumuz oldu. Ancaq , “Qozbeli qəbir düzəldər”- necə deyərlər, ermənilərin “Böyük Ermənistan” xülya- layihəsi heş yadlarından çıxmadı.
Bunu həyata keçirmək üçün lazım gəldi 100 il gözlədilər. Rusiya gəlib Azərbaycanı iki hissəyə böləndə, bizim xanlıqlarımız sayəsində Ermənistan deyə bir ölkə yaradıldı. Sonra Sovetlər birliyi yarananda Qarabağı da bizdən almaq istədilər, bacarmadılar. 70 il gözlədilər, yene digər yeni geopolitik deyişiklikdə- SSRİ dağılanda Qarabağı bizdən aldılar. Bu ideyaları həyata keçirmək üçün yaltaqlıq, xəyanət, simasızlıq, tulalıq, rüşvət, təhdid, cinayətkar olmaq, bir sözlə dünyada mövcud olan ən pis metodlardan istifadə etdilər.Bu gün də həmin siyasət davam edir. Yenə qarşıda pandemiya ile birlikdə böyük geopolitik dəyişim gözlənilir. Yenə də Ermənistan bundan yararlanmaq istəyir.Lakin Ermənistan bilmir ki, zülmün də həddi- hüdudu var. Allahın da vəd etdiyi kimi, son nəticədə zülmkar heç vaxt qalib olmayacaq. Müvəqqəti qalib kimi gorünə bilər. Lakin bu müvəqqəti olar. Ermənistan kiminlə baş-başa gəldiyini də tez- tez unudur.O unudur ki, Azərbaycan adlı pələng ayağa qalxsa, xırda çaqqallar qaçmağa yer tapmayacaqlar. Bunun nümunələrini tarix boyu görmüşük.
Məşhur rus yaziçi ve şairlərinin dilinə dastan olmus erməni qorxaqlığı ara – sıra özünü bariz şəkildə təzahür etdirir.
Son günlər Ermənistan yenə hansısa siyasi oyunun fiquru olaraq ortalığa atılıb və qəhrəmanlıq oyunu oynamaq istəyir. Fəqət yene unudur ki, Azerbaycanın igid döyüşçülərinin qarşısında at oynada bilməz. Bizim bir döyüşçümüz, onların 50 döyüşçüsünün öhdəsindən gələ bilər. Çünki biz haqq yolundayıq ve mübariz ruhlu Türkük və həmişə də şəhid olmaqdan çəkinməmişik. Şəhidlik zirvəsinə çatan insan inancımızın da dediyi kimi, peyğəmbərlərlə bərabər tutulur. Ona görə də şəhidlərimiz ölümün gözünün içinə dik baxa-baxa ölümə gedirlər. Şəhid qanı yerde qalmaz. Vaxt gələcək bütün şəhidlərimizin intiqamı düşməndən misli ilə alınacaq. Quran ayəsində də deyildiyi kimi, “Şəhidlər heç vaxt ölmürlər”
Şəhidlərimizi böyük bir ehtiramla yad edəcəyik. Mənfur düşmənə istədiyini etməyə fürsət verməyəcəyik. Azərbaycanımızı daima yaşadacayıq.
Yaşasın Azərbaycan!

 

Müəllif: Zərrə