Şəhid general-mayor Polad Həşimovun büstü hazırlandı
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə-Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun büstü hazırlanıb.
Kafkazh.com xəbər verir ki, büstün müəllifi Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlıdır.
Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 14-ü Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.
Xəbərçi: Rövşən Əlisoy