Şəhid ailəsi

Qeyd : Bu şeir, 12 iyul 2020-ci il Şəhidlərinə və bütün şəhid ailələrinə iltihaf olunur. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbir versin.

Şəhid ailəsi…

Ambulans səsinə oyandı Ana
O Şanlı bayrağa oğlu büründü
Tabutun önündə bükülüb dizi,
Bala yanğısıyla yerdə süründü!

Havada bulud yox, gözlərsə tutqun
Keşkə bu boran da, gəlməz olaydı
Şəhid ölməz deyə, şüar səslənir
Ana arzusudur, ölməz olaydı!

Şəhid tapşırıldı, quru torpağa
Qardaş ev önünə qara bağladı.
Ata məğrur durub, axı ağlamaz?!
Vətən sağ olanda qəlbi ağladı!

Dedilər gələcək, “uzaqdır bizdən”
Körpə bu yalanla intizardadır.
Molla deyir, atan cənnətə gedib.
Uşaq nə bilsin ki, cənnət hardadır?

“Elbəy Zaman”

ADPU Tarix və Coğrafiya fakültəsinin

3-cü kurs tələbəsi  Elbəy İmanov

Həmiçinin bax: Qarabağ qazisi ilə müsahibə
Həmiçinin bax: Tariximizi yazanlar- Qarabağ qazisi ilə müsahibə