Səfirlərimiz soydaşlarımızı niyə ermənilərin “ağzına” atdı?
Səfirlərimiz soydaşlarımızı niyə ermənilərin “ağzına” atdı?
Hər şeydən əvvəl diqqət ediləsi məqam budur: Ordumuz ermənilərin Tovuz təxribatının qarşısını aldı, yüksəkliklərdə möhkəmləndi, düşmənin ön xətdən arxadakı ehtiyat qüvvələrinə, qərargahlarına, texnikasına ağır zərbələr endirdi, yüzlərlə itki verən düşmən geri çəkilib “gərginliyin azaldılması” üçün yalvarmağa başladı.
Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı son günlər xarici ölkələrdə, xüsusilə Los-Anceles (Kaliforniya) və Brüsseldə ermənilərin azərbaycanlılara hücumunda səfirliklərimizi ittiham edənlərin mövqelərinə münasibət bildirərkən deyib.
A.Camalqızı bildirib ki, Tovuz təxribatında Azərbaycanın son illər nə qədər mükəmməl təşkilatlandığı, hazırlandığı ortaya çıxdı:
“İllərlə aparılan doğru siyasət, düzgün təbliğat, diplomatiyamızın bəlkə də ilk dəfə bu qədər mükəmməl, birgə uğurunu, təntənəsini gördük. Ermənistanın təxribatı Azərbaycanın törətməsi ilə bağlı yalanlarına heç kəs, hətta üzvü olduğu Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatı da inanmadı, dünya siyasətçiləri və hərbi ekspertləri ermənilərin “Azərbaycan Ordusu UAZ-la hücuma keçib” kimi gülünc arqumentinə güldü, istehza etdi. Dünyanın bir ölkəsi, bircə beynəlxalq qurum belə Ermənistanı dəstəkləmədi, əvəzində Azərbaycana qarşı hərbi təxribat edildiyini onlarla ölkə bəyan etdi, Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü müdafiə etdi.
Bunun ardınca isə biz erməni diasporunun hərəkətə keçdiyini gördük. Və ermənilər burada da inanılmaz şəkildə, tarixdə ilk dəfə mükəmməl müdafiə ilə qarşılaşdılar”.
A.Camalqızı xüsusilə Los-Ancelesdə minlərlə erməninin konsulluğumuz qarşısında keçirdiyi aksiyaya qarşı diplomatlarımızın onlarla azərbaycanlını dəstək üçün çağırmasının ciddi tənqid olunmasına kəskin reaksiya verib:
“Sevinc Osmanqızı da daxil olmaqla, adları artıq hamıya bəlli olan ünsürlər iddia edirlər ki, diplomatlarımız yanlış addım atıb və minlərlə erməniyə qarşı onlarla azərbaycanlını dəstəyə çağırmaqla, onların həyatına təhlükə yaradıb.
Olduqca yanlış, soydaşlarımızı ruhdan salan və erməni dəyirmanına su tökən antimilli mövqedir. Diplomatlarımız və diasporumuz həddən ziyadə ağıllı, düşünülmüş və düşmənin iç üzünü açan addım atıblar. Əvvəla, deyildiyi kimi, ermənilərə onların meydan suladığı şəhərdə belə Azərbaycan müqavimət göstərmək imkanında olduğunu ortaya qoydu. İkincisi, əgər doğrudan da 5 min erməniyə qarşı 50 azərbaycanlının etirazı və konsulluğa dəstəyinin erməniləri hövsələdən çıxaracağı və sürü halında çoxluq təşkil edənlərin təxribata əl atacağı əvvəlcədə diplomatlarımız tərəfindən hesablanıbsa, onda o diplomatların mükəmməl təbliğat aparmaq qabiliyyətləri dövlət tərəfindən qiymətləndirilməlidir. Hamı yaxşı bilir ki, orda hansısa can təhlükəsi ola bilməzdi, ancaq ermənilərin hücum edəcəyi mümkün idi. Deməli, ermənilərin “Kaliforniya qalası”nda bu millətin vəhşi mahiyyətini üzə çıxarmaq və bunu təbliğatın əsas vasitəsinə çevirmək fürsəti yaranacaqdı.
Qızışmış və çoxluqdan istifadə edən ermənilər bu səhvi etdilər və beləliklə, öz əsl simalarını göstərdilər, azlıqda olan azərbaycanlılara qarşı zor tətbiq etdilər və bütün dünya, o cümlədən ABŞ polisi bunu gördü, çəkdi, yaydı… Əlbəttə ki, orda Azərbaycan naminə təzyiq alan qardaşlarımız, bacılarımız səngərdə düşmənlə üz-üzə qalan Ordumuzun əsgəri misalıdır. Əgər bu ölkənin generalı sinəsini qabağa verib, təxribatın qarşısını almaq üçün şəhid olur.
Mənbə:Axar.az
Müxbir: Nuray Ələkbərova