Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti

Açar sözlər : Səfəvi dövləti ,Şah I Abbas,Humayun şah  ,Osmanlı dövləti , hindistan ticarəti ,İslahatlar

Giriş:  Səfəvilər dövləti bu günkü  Azərbaycan Respublikası (Şimali Azərbaycan ), İran İslam Respublikasi ( Tarixi Cənubi Azərbaycan) , Ermenistan Respublikası ( Tarixi Qərbi Azərbaycan ) ,Özbəkistan Respublikası ,Qərbi Pakistan ,İraq ,Əfqanıstan Respublikalarının ərazilərində mövcud olmuşdur . Səfəvi dövlətinin əsası Şah İsmayil (1501-1524)tərəfindən 1501-ci ildə qoyulmuşdur. Səfəvi dovlətinin dövlət  dili Türk dili olmuş ,saray yazışmaları bu dildə aparılmışdır. Səfəvi dövləti  1736-ci ildə süqut etmişdir

1. Şah I Abbas hakimiyyətə gəlməzdən əvvəl Səfəvi dövlətinin siyasi vəziyyəti

XVI əsrin 70-ci illəri  Səfəvilər dövlətinin daxili həyatında çox mürəkkəb dövr kimi xarakterizə olunur. Şah I Təhmasibin(1524- 1576) ölümündən sonra saraydaxili çaxnaşmalar , hakimiyyət uğrunda münaqişələr kəskinləşdi.(1, səhifə 12 )

Hələ 1568-ci ildə Şah I Təhmasib  Gilanda Biye Pişi  Əmir Dibacın oğlu Cəmşid xana qaytarmaq istədikdə Biye Piş hakimi Əhməd xan şaha qarşı çıxmışdı. I Şah Təhmasib Əhməd  xanı məğlub etmiş və onun özünü də ələ keçirib İstəxr həbsxanasına saldırmışdır. Şah Məhəmməd Xudabəndə dövründə həbsdən azad edilən Əhməd xan 1590-cı ildə Səfəvi dövlətinin daxili və xarici durumundan istifadə edərək, açıq şəkildə şahlıqdan ayrıldığını elan etmiş, Osmanlı Sultanı ilə danışıqlara başlamışdı.Gilan,Luristan,Mazandaran, Astrabad, Kaşanda  baş qaldırmış separatizm də mərkəzləşmə siyasətinin qarşısında ciddi çətinliklər yaradırdı. Elə buna görə də I Şah Abbas bu bölgələrə qoşun yeridib məhəlli əmirliklərini, yerli sülalələri devirib Gilan (1592) və Mazandaranı (1596) xassə əmlakına çevirdi. Şah separatizmin qarşısını aldıqdan sonra gələcək mərkəzdənqaçma hərəkatlarının qarşısını almaq üçün Gilan, Luristan, Mazandaran, Astrabad, Kaşanın məhəlli əsilzadələrinə hakimiyyətdə yer versə də, bu vilayətlərin hamısına yeni hakimlər türk-qızılbaş əmirləri arasından təyin olundular.(2 , səhifə 77 )

2. Şah I Abbasın yeritdiyi xarici siyasət

Orbicular isə  Şərqdə Məşədi işğal etməklə kifayətlənməyərək  Sistan bölgəsinə də yürüşlər etmişdilər .Bundan başqa Baburlular  1558-ci ildən Səfəvilərə tabe olan Qəndahari ələ keçirmişdilər ,eyni zamanda Qızılbaş əmirləri sonsuz bir mövqe mübarizəsinə başlamışdılar. Bütün bu hadisələr ölkə daxilində üsyanlara səbəb olmuş və əmrlərin müstəqil hərəkət etməsinə gətirib çıxarmışdı. Şah Abbasın taxta çıxdığı dövrdə ölkədə vəziyyət Çaldıran döyüşündən sonrakı kimi ağır idi. Bu hadisələr Şah Abbası Osmanlılarla  müqavilə bağlamağa məcbur etdi. Bu müqaviləyə görə,  Qarabağ, Gəncə ,Gürcüstan və Luristanin bir hissəsi Osmanlılara güzəştə gedildi .(3 . səhifə 1561)

3.Paytaxtın  İsfahana köçürülməsi

Xorasan fəthinin səs-sorağı, dünyanı tutan Şəhriyarın cahangirlik üsulları haqqında deyilənlər hər tərəfə gedib-çatdı, işrət əsaslı o şəhərdə abadlıq işləri başlandı, şəhər sevinc aləminin ziynətini daha da artırdı. Əlahəzrət müzəffər əsgərlərə özlərinin məskən və vətənlərinə getmək icazəsi verdi, səfər cilovunu Qəzvindən İsfahan darüssəltənəsinə tərəf çevirdi, iki ulduz parıltısının (neyreyn) iki xoşbəxt ulduzla qarşı-qarşıya gəlib eyniləşəcək (məqarene) dörd hissəyə bölünməkdən (tərbi) uzaq olduğu bir saatda Nəqşe-cahanın “Bağe-cəhanara”sı dünyanı gəzən şah atının dirnaqlarından qopan tozlardan təmizlənib, ətirlənməyə başlayanda qışı olduqca böyük şadyanalıqla həmin cənnətnişan şəhərdə başa vurdu.(5.səhvə 967) Şah Abbas dövlətin mərkəzini 1598-ci ildə Qəzvindən daha qorxusuz yer olan İsfahana köçürdü. Yeni paytaxtın və onun ətraf bölgələrinin əhalisinin xeyli hissəsini hələ vaxtı ilə I Şah İsmayıl tərəfındən burada dayaq yaratmaq məqsədi ilə köçürülüb yerləşdirilmiş Təklə türkləri təşkil edirdi. I Şah Abbas da bura Təbrizdən xeyli əhali gətirib, onlara Zayəndərud çayının sahilində Təbrizabad (Abbasabad) adlı məhəllə saldırıb, orada məskunlaşdırdı. O cümlədən, I Şah Abbas zamanı Təbrizdən İsfahana 200 sənətkar ailəsi də köçürülmüşdü. Beləliklə, dövlətin yeni mərkəzində türk-qızılbaşlardan özünə güclü dayaq yaradan I Şah Abbas Avropa və Şərq ölkələri ilə əlaqələri artırmaqla, daxildə iqtisadi islahatlar keçirib, ölkədəki geriliyi yavaş-yavaş aradan qaldırdı.(2 .səhifə 78)

4 .Osmanlı -Səfəvi müharibələrinin  mərhələləri

1578-ci ildən 1639 Qəsri Şirin sülhünə qədər olan dövrdə  Osmanlı -Səfəvi müharibələri Halil İnalcika görə  3 mərhələyə bölünə bilər :

  1. 1578-1590 ,Osmanlılar Gürcüstan ,Şirvan və Dağistani ələ keçirdi bu dövrdə
  2. Şah Abbas Osmanlıların elə keçirdiyi əraziləri geri qaytardı ,Osmanlılar bu itkidən sonra ,siyasi baxımdan Cəlali üsyanı ilə mübarizə aparmaq məcburiyyətində qalan Səfəvi hökmdarı Şah Abbas Osmanlı Dövlətinin Hindistan ticarətindəki əngəlləmə fəaliyyəti həyata keçirməyə məcbur qalmışdır ,daha sonra Şah Abbasın  ipək  ixracatını qadağan etməsi Osmanlı iqtisadiyyatına ciddi zərbə vurmuşdur .Buna uyğun olaraq Səfəvi dövlətinə qiymətli metallar və misin ixracı dayandırılmış ,nəticədə ölkədə pul böhranı baş vermişdir ,artıq Şah məcbur olub 1610-ci ildə Osmanli imperiyası ilə sülh bağlayır .
  3. Bu mərhələdə Şah Abbas 1623 cu ildə Bağdad ,Kərkük və Mosulu,bir sözlə bütün İraqı Osmanlılardan azad edir .Daha sonra 1638 çi ildə Bağdadi Sevgi dövlətindən Osmanlılar geri alır bu mərhələ iki ölkə arasında 1639-cu ildə Qəsri Şirin sülhünün bağlanması ilə başa çatır (4.səhifə 104)

5.Humayun şahın (Şah Abbasın )islahatlari

I Şah Abbas öz daxili siyasətində dövlətin milli mahiyyətini dəyişmək fikrində olmamış və əslində onun möhkəmləndirilməsi tədbirlərini həyata keçirmişdir. Bu dövləti quran da, yaşadan da türklər idi. Beləki, 1628-ci ildə dövlət quruluşunda müxtəlif vəzifələrdə olan 92 əmirdən 54 nəfəri türk, 15 nəfəri türklüyü qəbul etmiş və türk dilindən savayı ayrı dil bilməyən qulam və qalanı isə qeyri-türklərdən ibarət olmuşdur.I Şah Abbas hərbi islahatında Osmanlı dövlətinin yeniçəri hərbi institutunu örnək kimi qəbul edərək, qulam, tüfəngçi nizami alaylarını yaratmış və bir qədər sonra isə topçu takımınıda təşkil edib, əsgəri təşkilatı təkmilləşdirərək, dövləti hərbi-siyasi baxımdan gücləndirməyə müvəffəq olmuşdur. (2.səhifə 80)

Humayun şah tərəfindən Məbləği azaldılan vergilərdən biri çobanbəyi” vergisidir ki, qoyunların sayına görə yığılır. Bu vergidən iyirmi min İraq tüməni [pul] hər il ələ gətirilirdi. Xorasana hücümun başlanmasından bu günədək, Xorasan əhalisinin öz malları və canları bahasına müzəffər əskərlərə, xorasanlılara və hər təbəqədən olan mehmanlara etdikləri çoxlu köməyə görə əlahəzrət həmin xidmətlərin müqabilində qanun-qayda üzrə onlardan yığılan həmin vergini ləğv etmək qərarına gəldi və əmr etdi ki, bundan sonra heç kimdən bircə dinar belə çobanbəyi vergisi yığılmasın.

Ləğv olan ikinci vergi [növü] hakimlərin səlahiyyətində olan “beşdə bir dinar” (“dinari-pənc-dinar”) vergisidir ki, onun yığılması zaman ötdükcə İraqda qanuna çevrilmişdi. “Dinari-pənc dinar” tiyuldara və daruğəyə çatası vergi kimi beş rəiyyətin birindən alınırdı. Bu vergi yığımı qədim qanunlar və cənnətməkan şahın dosturüləməlinə xilaf olduğundan aradan götürüldü. “Dinari-pənc dinar” vergisinin məbləği əlli-altmış min tüməndən artıq olurdu

Başqa vergi növü isə İsfahan əhalisindən toplanan bir illik (yeksale) mal vergisi idi ki, onu da ərbablara və rəiyyətə bağışladılar. Həqiqətən də, o vergilərin ləğvi rəhmdillik (rafət) və rəiyyətpərlikdən irəli gələn böyük şəfqət və mərhəmətdir. Ümidvarıq ki, bu uca məqamlı, mübarək sifətlı, Allah dərgahının bəyəndiyi zat bütün bəlalardan uzaq olacaq və onun ədalət nurunun işığı daim aciz və kasıb bəndələrin başları üzərində parlayacaq, davamlı olacaqdır(5 .səhifə 968)

NƏTİCƏ

Beləliklə,    I Şah Abbas islahatları və daxili siyasətindəki uğurları sayəsində bir tərəfdən bürokratik dövlət aparatını genişləndirmiş, digər tərəfdən mərkəzi hakimiyyəti möhkəmləndirməyə müvəffəq olmuş və onun türk əmirlərindən ibarət olan mərkəzi və yerli idarələrə qeyri-türk elementlərinidə qismən cəlb etməsi dövlətin cənub, cənub-şərq bölgələrindəki mərkəzdənqaçma hərəkatlarının qarşısının alınması işinə xidmət etmişdir. Ölkə miqyasında mərkəzdənqaçma hallarının, əmirlər arasındakı çəkişmələrin qismən aradan qaldırılması iqtisadiyyatın təkamülünə,məhsuldar qüvvələrin inkişafına müsbət təsirlər göstərmişdir. Daxili və xarici ticarətin inkişafında şahın karvan yollarını abadlaşdırması,yolboyu karvansaralar inşa etdirməsi, yollardakı təhlükəsizlik tədbirləri də az rol oynamamışdır.

                                                                    Ədəbiyyat siyahısı

1.Qorbanov C. “Səfəvi HOKMDARİ ŞAH 1 Cİ ABBAS (1587-1629)  Zərdabi LTD ,Baki 2011  ,176 səh.

2. Süleymanov N. Azərbaycan Səfəvilər dövləti (1501-1736-cı illər). Dərs vəsaiti. Bakı: “İqtisad Universiteti” Nəşriyyatı. –2018. – 214 səh.

3 .Türklər ensiklopedisi cild 6 orta çağ ,Hasan Celal Güzel ,Prof.dr Kemal Çiçek ,Prof.dr Salim Koga , Yeni Türkiye yayınları ,2002 ,Ankara , 1654 səh.

 4  .CANAN KUŞ BÜYÜKTAŞ “SAFEVİ HÜKÜMDARI ŞAH I. ABBAS’IN OSMANLI  DEVLETİNİN HİNDİSTAN TİCARETİNDEKİ ROLÜNÜ ENGELLEME FAALİYETLERİ” Tarih Bölümü, Zonguldak/TÜRKİYE , İRTAD Sayı: 4 Haziran / June 2020, s. 94-116

5. İSGƏNDƏR BƏY MÜNŞİ TÜRKMAN “DÜNYANI BƏZƏYƏN ABBASIN TARİXİ” (Tarixe-aləmaraye abbası),Bakı 2010,Şərq -Qərb nəşriyyatı ,999 səhifə

 

Yazar: Ayşən Süleymanova (BDU- Tarix, SABAH qrupları)