Səfəvi dövlətinin Avropa ölkələri ilə əlaqələri

Azərbaycan Səfəvi dövlətinin yaranması, bu dövlətin banisi I Şah İsmayılın fəal xarici siyasət yeritməsi Avropa diplomatiya dairələrində belə bir ümid doğurdu ki, Səfəvi dövləti Osmanlı-Türkiyəsi ilə hərbi-siyasi qarşıdurmada Avropa dövlətlərinin müttəfiqi ola bilər.

Lakin Avropa dövlətləri bu qarşıdurma prosesində əsas ağırlıq mərkəzini şərq istiqamətinə yönəltməyə çalışırdılar.
I Şah İsmayılın diplomatik münasibətlər yaratmağa can atdığı ilk Avropa dövləti Venesiya Respublikası idi. 1505-ci ildə şah İsmayıl Venesiya doju Leonardo Loredanoya məktub göndərmiş, məktubda özünün dostluq və səmimiyyət hisslərini izhar etmişdi. Venesiyaya rəsmi səviyyəli elçi heyəti də göndərilmiş,heyətin qarşısında Osmanlı Türkiyəsi əleyhinə ittifaq münasibətlərini yaratmaq məqsədi qoyulmuşdu. 1507-1508-ci illərdə Venesiyaya gəlmiş Qızılbaş elçiləri Venesiya dojunu Osmanlı Türkiyəsinə qarşı dəniz həmləsinə təhrik edirdilər.

Onlar Leonardo Loredanonu əmin edirdilər ki, venesiyalıların dəniz həmləsi ilə eyni zamanda I şah İsmayıl quruda osmanlılara qarşı hərbi əməliyyatlara başlayacaq. Lakin Avropa dövlətləri arasında mövcud olan ziddiyyətlər onların vahid cəbhədə birləşməsinə, Səfəvi dövləti ilə yaxınlaşmaya maneçilik törətdi. Roma papası II Yuliyə (1503-1513) qarşı çəkişmələrdə iştirak edən Venesiya rəhbərləri I Şah İsmayılın hərbi-siyasi planlarına lazımi əhəmiyyət vermədilər. Venesiya 1503-cü ildə imzalanmış Osmanlı – Venesiya sülh müqaviləsini də pozmaq istəmirdi. Qızılbaş səfırləri dəniz yolu ilə Venesiyadan Kiprə qayıtdılar və oradan Suriyaya getdilər. Onlar Dəməşqdə Venesiya konsulu Petrus Zeno ilə görüşərək xüsusi müşavirədəiştirak etdilər. Osmanlı casusları bu görüş haqqında məlumatı sultana çatdırdılar. II Bayazidin təhriki ilə Misir sultanı Qızılbaş səfırlərini həbs etmək sərəncamını verdi.

1514-cü ildə Çaldıran döyüşündəki məğlubiyyətdən sonra I Şah İsmayıl Avropa dövlətləri ilə diplomatik, hərbi, siyasi münasibətlər yaratmaq istiqamətində daha fəal tədbirlər görməyə başladı. 1515-ci ildə Səfəvi hökmdarı özünün səfıri vasitəsilə Rodos adasında qərar tutmuş xaçpərəst-ioannitlərin başçısına Osmanlı Türkiyəsinə qarşı ittifaq bağlamaq təklifıni çatdırdı. I Şah İsmayıl zənn edirdi ki, Rodos adasının ruhani hakimi Avropanın xristian dövlətlərini vahid cəbhədə birləşdirə bilər. Roma papası X Lev Polşa kralı I Sigizmunda göndərdiyi məktubunda bildirdi ki, Rodos hakimindən məktub alınmışdır, “Sofi” (Qızılbaş şahı) Avropa dövlətlərindən hərbi yardım təminatı şərtilə “türk zalımına” qarşı hərbi əməliyyatlara başlamağa razıdır, Səfəvi ordusu müharibəyə hazırdır. Məktubda qeyd edilirdi ki, I Şah İsmayıl qələbə qazanılacağı təqdirdə keçmişdə xristianlara məxsus olmuş əraziləri Avropa dövlətlərinə qaytarmağa söz vermişdir.

Çaldıran döyüşü ardınca Suriya və Misirin Sultan Səlim tərəfindən zəbt edilməsi Osmanlı imperiyasını xeyli qüvvətləndirdi. Onun ən güclü rəqiblərindən biri Məmlük dövləti tamamilə aradan qaldırılmış,digər rəqibi -Səfəvilər dövləti isə zəifləmişdi. Osmanlı imperiyası hərbi-siyasi inkişafının ən yüksək mərhələsinə çatmışdı. Beləliklə, Avropa yeni Osmanlı işğalları qarşısında böyük təşviş keçirir, Səfəvi dövləti ilə Avropa dövlətləri arasında diplomatik münasibətlər yeni mərhələyə daxil olur. Məhz bu zaman Avropa dövlətləri ilə şah İsmayıl arasında Osmanlı imperiyasına qarşı yönəldilmiş hərbi ittifaq yaratmaq təşəbbüsləri güclənir, Osmanlı dövlətini məhv etmək planları tərtib edilir. Roma papasının xristian dövlət başçılarına göndərdiyi məktublardan bu planın bəzi təfərrüatı məlumdur. Buna görə Almaniya kralı V Karl Habsburq və onunmüttəfıqləri sultana qarşı müharibəni 1518-ci ilin yayında Afrikada yerli hakimlərin dəstəyi ilə başlayaraq, Misirdən keçməli idilər. Eyni zamanda Polşa kralı Sigizmundun Macarıstan və Avstriyaya qoşunu ilə qonşu Osmanlı ərazisinə hücumu nəzərdə tutulmuşdu.

1519-cu ildə Afrikadakı əməliyyatlan imperator Maksimilian və Portuqaliya kralı davam etdirməli və onlara İngiltərə kralı da qoşulmalı, müttəfıqlər Nil çayını keçən zaman müharibəyə şah İsmayıl daxil olmalı idi. Həmin vaxt Fransa kralı I Fransisk Bosniyaya soxulmalı, Polşa kralı bildirki hücumunu davam etdirməli, bundan sonra qüvvələrini Fransa ilə birləşdirməli və onlar birlikdə Kiçik Asiyaya daxil olmalı, müharibənin üçüncü ilində, yəni 1520-ci ildə Afrikada hərbi əməliyyatlar sona çatmalı, bütün ordular birləşməlimİstanbul fəth olunmalıydı. Bundan sonra Kiçik Asiya müttəfıq qüvvələr tərəfındən işğal edilməli idi; Anadolunun şərq hissəsi şah “İsmayılın hakimiyyəti altına keçməli, qərb hissəsi xristian dövlətləri arasında bölüşdürülməli idi. Lakin Qərbi Avropanın rəhbər siyasi dairələrində hazırlanan bu plan ancaq kağız üzərində qaldı, çünki Avropa dövlətlərinin bir-biri ilə toqquşan mənafeləri, aralarında mövcud olan siyasi, iqtisadi ziddiyyətlər onların bir ittifaqda birləşməsinə və vahid qüvvə kimi çıxış etməsinə imkan vermirdi. Bu baxımdan Səfəvi şahı ilə Habsburq kralı arasındakı rəsmi yazışma da diqqəti cəlb edir. Şah bu dövlətlə Türkiyəyə qarşı hərbi-siyasi ittifaq yaratmağa can atırdı. 1518-ci ildə I Şah İsmayıl Livanda yaşayan xristian-maronit keşişi Pyotr vasitəsilə Habsburq kralı V Karla məktub göndərmişdi. Səfəvi şahı həmin şəxsə Macarıstan kralı II Lüdovikə çatmalı məktubu da həvalə etmişdi (Macarıstan kralının səfiri bir qədər əvvəl Təbrizdə, şah sarayında olmuşdu). I İsmayıl V Karla yazdığı məktubda osmanlılara qarşı birgə hərbi əməliyyatlara aprel ayında başlamağı təklif etmişdi. V Karl bu məktubu bir neçə ildən sonra İspaniyanın Toledo şəhərindəki iqamətgahında almışdı, artıq yazılmış rəsmi məktub öz əhəmiyyətini itirmişdi. Keşiş Pyotr V Karlın cavab məktubunu 1525-ci ilin avqustunda Səfəvi şahının Təbrizdəki sarayına yetirdi. Lakin I Şah İsmayıl artıq dünyasını dəyişmişdi.

Qızılbaş dövləti ilə mənafeləri uzlaşmayan ilk Avropa dövləti Portuqaliya oldu. Hindistana gedən dəniz yolunda inhisar mövqeyini möhkəmləndirməyə can atan Portuqaliya 1515-ci ildə İran körfəzindəki adaların çoxusunu ələ keçirdi və Qızılbaş dövləti ərazilərinə xeyli dərəcədə yaxınlaşdı. Portuqaliyalılar Osmanlı Türkiyəsinə qarşı mübarizədə Səfəvi dövlətindən istifadə etmək istəyir, qızılbaşlarla əməkdaşlıq edirdilər. Bəzi mənbə məlumatlarından aydın olur ki, Portuqaliya I Şah Təhmasibə hərbi yardım edirdi. Mənbələrdə iddia edilir ki, portuqaliyalılar 1549-cu ildə Səfəvi şahının ixtiyarına 10 min tüfəng və 20 top vermişdilər. Bununla əlaqədar olaraq qeyd etmək maraqlıdır ki, Səfəvilərin saray tarixçiləri salnamələrində I Təhmasibin sarayına yalnız iki “Firəng” (Avropa) səfırliyinin gəldiyini göstərmişlər.

Hər iki diplomatik heyət Portuqaliyadan göndərilmişdi. Portuqaliya kralı III Juanın (1502-1557) 1551-ci ildə Qəzvinə, şah sarayına gəlmiş səfırlər qonaqpərvərliklə qarşılanmışdılar. Bu zaman Osmanlı-Səfəvi müharibəsi davam etməkdə idi. III Juanın xələfı olan Don Sebastyan tərəfındən 1557-1558-ci illərdə göndərilmiş səfir heyətini isə I şah Təhmasib qəbul etmədi. Həsən bəy Rumlu qeyd edir ki, portuqaliyalıların İran körfəzindəki özbaşına hərəkətləri, bir çox adaların işğalı Səfəvi şahının qəzəbinə səbəb olmuşdu. Həsən bəy Rumlu göstərir ki, portutaliyalılar “müsəlman əhalisinə qarşı hörmətsizlik” etmişdilər. Lakin ehtimal etmək olar ki, bu hadisənin başqa bir səbəbi vardı: Şah Osmanlı və Səfəvi dövlətləri arasında 1555-ci ildə bağlanmış sülh müqaviləsinin şərtlərini pozmaq istəməmiş, osmanlıların başlıca düşmənlərindən biri olan Portuqaliyanın səfırlərini məhz buna görə qəbul etməmişdi. 1572-ci ildə Roma papası V Piy I Şah Təhmasibə məktub göndərdi. Roma papası şahı inandırmağa çalışırdı ki, Osmanlı türklərinə qarşı birgə çıxış etmək məqamı gəlib çatmışdır.

V Piy şah Təhmasibin qarşıdakı müharibədəqələbə qazanacağına əmin olduğunu bildirmiş, Dəclə və Fərat çayları arasındakı ərazini, Suriyanı qızılbaşlara vəd etmişdi. Roma Papası qeyd edirdi ki, Osmanlılar Türkiyəsi iki cəbhədə müharibə aparmaq iqtidarında olmayacaq və müharibə tezliklə müttəfıqlərin zəfəri ilə başa çatacaq. Lakin Avropa diplomatiyasının cəhdləri boşa çıxdı. I şah Təhmasib Osmanlı Türkiyəsi ilə münasibətləri daha da kəskinləşdirmək istəmirdi. Qızılbaşlar başa düşmüşdülər ki, onları Osmanlı Türkiyəsinə qarşı müharibəyə sövq edən Avropa dövlətləri müşahidəçi mövqeyində duracaqlar. 1578-ci ildə Osmanlı Türkiyəsi Avropadakı hərbi əməliyyatlardan sonra Səfəvi dövlətinə qarşı müharibəyə başladı. Osmanlılar Cənubi Qafqazı işğal etdilər.Şah Məhəmməd Xudabəndə Portuqaliyaya nümayəndələr göndərərək, Avropanın bütün dövlətlərini Osmanlı təcavüzü əleyhinə çıxış etməyə çağırmalı oldu. Bu dəfə də heç bir Avropa dövləti Səfəvi hökmdarının çağırışına qoşulmadı, Osmanlı Türkiyəsinə qarşı hərbi əməliyyatlara başlamadı.

Azərbaycan Səfəvi dövlətinin İngiltərə ilə əlaqələri XVI əsrin ikinci yarısında təşəkkül tapmağa başlamışdı. Məhz bu dövrdən başlayaraq ingilis ticarət burjuaziyası Volqa-Xəzər yolundan istifadə edərək Azərbaycana, İrana və Hindistana iqtisadi müdaxiləyə çalışırdı. 1562-ci ildə Londonda “Moskva Şirkəti” yaradıldı. Şirkət ticarət nümayəndəliklərini təşkil edir, onları Moskva dövlətinin ərazisindən keçirərək şərq ölkələrinə göndərirdi. 1562-ci ildə ingilis taciri Antoni Cenkinson Azərbaycana gəldi. 1563-cü ildə Olkok, Renn və Çini, 1565-1567-ci illərdə Conson, Kitçin və Edvards, 1568-1569-cu illərdə isə Edvards, Spark və digər ingilis tacirləri  Azərbaycandaolmuşlar. Benisterin vəDeketin başçılığı ilə 1569-1574-cü illərdə Azərbaycanda olmuş ingilis tacir heyətinin Səfəvilər dövlətindən ticarət imtiyazları qoparmaq istiqamətindəki cəhdləri uğursuzluqla nəticələndi.

“Moskva Şirkəti” nümayəndələrini  Azərbaycana altıncı (sonuncu) səfəri 1580-ci ildə oldu. Ingilisləri Moskva dövləti bazarlarında möhkəmlənmək, Azərbaycanda ticarətdə inhisar mövqeyi qazanmaq üçün həyata keçirdikləri tədbirlə nəticəsiz qaldı. Rus dövləti ingilis burjuaziyasının bu cəhdlərinin qarşısını qətiyyətlə aldı. Çünki o, Cənubi Qafqazda (eləcə də Azərbaycanda) özü möhkəmlənmək istəyirdi. Rus tacirləri Azərbaycana ucuz xammal mənbəyi və əlverişli satış bazarı kimi yanaşır, rus hökumətindən xarici siyasətdə ardıcıl və qəti mövqe tutmağı tələb edirdilər.

İstifadə olunmuş ədəbiyyatlar:
Azərbaycan tarixi III cild

YAZAR: Zeynəb hüseynzadə
HƏMÇİNİN BAX: Yuxular və yuxu görmək
HƏMÇİNİN BAX: Tehsilim.org/serbest-insanlar-olksinde/