Səfəvi Dövləti Azərbaycan Dövlətidir
Tariximizi saxtalaşdırmağa çalışanlar Səfəvi dövlətindən də yan keçmədilər. Belə ki, qərb və rus tarixşünaslığında Səfəvi dövlətini fars, kürd mənşəli İran dövləti olması fikri irəli sürülür. Lakin bu uğursuz addımın yalan olmasını sübut edən bir neçə amil var:
1.Dövlətin banisi olan İsmayılın Azərbaycanın Ərdəbil şəhərində anadan olması;
2.Səfəvilər dövlətinin XVI əsrdə Azərbaycan ərazisində yaranması və ilk paytaxt şəhərinin Təbriz olması;
3.Səfəvilər dövlətinin yaranmasında iştirak edən tayfaların böyük əksəriyyətinin türksoylu tayfalar olması;
4.I Şah İsmayıl Xətainin Azərbaycan türkcəsini dövlətin rəsmi dili elan etməsi və orduda,sarayda,qismən də diplomatik yazışmalarda Azərbaycan dilindən istifadə edilməsi;
5.I Şah İsmayılın türk dilində Divan yaratması;
6.Səfəvilərin özlərini Bayandurlu-Ağqoyunlu dövlətinin varisi elan etməsi;
7.Şah Təhmasibin dövründə dövlət qurumunda çalışan 82 əmirdən 69-nun türk olması.
8.I Şah Abbas Azərbaycan vilayətləri – Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Talış, Qızılağac, Lənkəran, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazini vahid Azərbaycan bəylərbəyiliyində birləşdirdi.
9.Şah Abbasın İranın içərilərinə doğru köçürdüyü əhali özünə etnik dayaq yaratmaq məqsədi güdürdü.
10.Şah Abbasın dövründə dövlət qurumunda çalışan 92 əmirdən 54-nün türk olması.
“ XVI əsrə aid naməlum mənbədə yazılır ki, İsmayıl Səfəvi Azərbaycan taxtına oturmamışdan öncə Gülüstan qalasını ələ keçirməkdə iddialı olan Qızılbaş əmirlərindən soruşanda ki, siz Azərbaycan səltənətinimi, yoxsa Gülüstan qalasınımı istəyirsiniz? Qızılbaş əmirləri Şah İsmayıla cavab olaraq demişlər: “Azərbaycan səltənətini”. Bu o deməkdir ki, Şah İsmayıl Bayandurluların davamçısı hər hansı İranın, Persianın deyil, özünü məhz Türkmən dövlətlərinin, onların əsas hakimiyyət mərkəzi olan Azərbaycan səltənətinin hökmdarı kimi görürdü”-bu hadisə bir daha Səfəvi dövlətinin Azərbaycan dövləti olduğunu təsdiq edir.
Dövlətçilik tariximizin “qızıl erası” adlandırılan Səfəvi dövləti Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir.
Yazar: Sara Şükürova