Seçmə və uzaq hibridləşmə

Seçmə və  hibridləşmə müasir dövrdə bitki seleksiyasında ən geniş tətbiq edilən metodlardır. Bu metodlardan birlikdə istifadə edilir.

Seçmə metodları, seçmə aparılan bitki növünün çoxaldılma formasından asılıdır. Bununla əlaqədar olaraq hazırda kütləvi və fərdi seçmə formalarından geniş istifadə olur. Kütləvi seçmə zamanı yerli sortlar arasında qarşıya qoyulmuş məqsədəuyğun əlamətlərə malik fərdlər ayrılır. Bu zaman pis əlamətlərə malik olan fərdlər çıxdaş edilir. Bir neçə nəsil boyu ümumi kütlə içərisində seçmə aparılaraq müəyyən sort yaradılır.

Kütləvi seçmə ən çox çarpaz tozlanan bitkilərə tətbiq edilir. Çovdar bitkisinin bir neçə geniş yayılmış sortları (məsələn, Vyatka sortu), məhz, bu metodla alınmışdır. Kütləvi seçmə nə qədər dəqiq aparılarsa, yerli sortlardan əmələ gətirilən yeni sortlar hələ genotipcə homo və heteroziqotla qarışıq olur. Belə hallarda seçmə aparılan obyektin içərisində nəzərə alınmayan yararsız əlamətlərin daha artıq yayılması imkanları artırır. Bu cür kütləvi seçmədə nəsilin genetik tərkibi aydın olmur. Deməli, çarpaz tozlanan bitkilərin populyasiyalarında həmişə böyük miqdarda heteroziqot fərdlər olur. Kütləvi seçmə, adətən, sonrakı nəsillərə dəfələrlə tətbiq edilir, lakin bu, birdəfəlik də ola bilər.

Uzaq hibridləşmə

Ayrı-ayrı növlərə və cinslərə aid olan formalar arasında gedən çarpazlaşmaya uzaq hibridləşmə deyilir. Bu hibridləşmə nəticəsində sistematik nöqteyi nəzərdən bir-birindən uzaq olan formaların əlamətlərini hibridlərdə birləşdirmək olur. Lakin uzaq hibridləşmə zamanı bir sıra çətinliklər qarşıya çıxır. Bunlara çoxalma tsiklinin müxtəlif vaxtlarda olması, bir növə aid olan heyvanın digər fərdin növündə cinsi refleksi oyada bilməməsi, cinsi orqanların bir-birinə uyğun gəlməməsi, cinsi hüceyrələrin (spermilərin) digər növün cinsi yollarında məhv olması.

Bitkilərdə tozcuq boruların dişiciyin tozcuq yollarının toxumlarına uyğun gəlməməsi və s. göstərmək olar. Uzaq hibridləşmə əsasən bitki seleksiyasında tətbiq olunur. Yeni yüksək məhsuldar, xəstələrə ev ziyanvericilərə qarşı davamlı olan sortlar yaratmaq üçün uzaq hibridləşmədən istifadə edilir.

Uzaq hibridləşməni ilk dəfə XVII əsrdə aparılmasına baxmayaraq, bu üsul seleksiya işində öz geniş tətbiqini yaxın illərdə tapmışdır. İ. Q. Kelyerter uzaq hibridləşmə əsasında apardığı ilk tədqiqat işləri (1755- 1806) böyük əhəmiyyət kəsb etmişdir. 1888-ci ildə alman seleksiyaçısı Rimpan ilk dəfə buğda ilə çovdar arasında döllü hibrid forması almışdır.

D. Karpaçenko 1924-cü ildə ayrı-ayrı cinslərə mənsub olan bitkiləri turp (Raphanus sativus L. 2n=18) ilə kələmin (Rrassica oleracea L. 2n=18) arasında döllü nəsil alaraq ilk dəfə göstərmişdir ki, uzaq hibridlərdə dölsüzlüyün qarşısını almaq üçün, somatik hüceyrələrə malik xromosom yığımının cəmləşməsi nəticəsində gəlmək olar.

1928-ci ildə rus alimi N. V. Tsitsin taxıl və çoxillik alaq bitkisi olan ayrıqotu arasında hibridləşmə işi aparmışdır. Hazırda müxtəlif ölkələrdə mədəni bitkilərlə yabanı bitkilər arasında hibridləşmə işləri geniş miqyasda aparılır.

 

YAZAR: Gülaf Məhərrəmova

 

Həmçinin bax: https://kafkazh.com/vitaminler-2/

Həmçinin bax: https://turaz.org/azerbaycanda-biometrik-imzalar-tetbiq-olunacaq/