SDH iyerarxiyaya malik çoxkanallı telekommunikasiya sistemləri

SDH iyerarxiya sxemi və sinxron nəqliyyat modulunun formalaşdırılması

SDH texnologiyası ilkin rəqəm şəbəkəsinin təşkil edilməsində müasir konsepsiya rolunu oynayır və hal-hazırda bu konsepsiya əsas yer tutur.

SDH texnologiyasını PDH texnologiyası ilə müqayisə etdikdə SDH-ın aşağıdakı xüsusiyyətlərini qeyd etmək olar:

  • Sinxron veriliş və multipleksasiya prosesini nəzərdə tutur. İlkin SDH şəbəkəsinin elementləri sinxronizasiya üçün bir generatordan istifadə edir və nəticə etibarı ilə sinxronlaşdırma sisteminin təşkili vacib hesab olunur;
  • PDH sellərinin birbaşa multipleksasiya və demultipleksasiya prosesləri nəzərdə tutulur, belə ki, SDH ierarxiyasının istənilən səviyyəsində addım-addım demultipleksasiya prosesi aparılmadan daxil edilmiş PDH selini ayırmaq mümkündür. Birbaşa multipleksasiya prosesi həm də daxiletmə/ayırma prosesi adlanır;
  • Müxtəlif istehsalçı firmaların avadanlıqlarının standart elektrik və optik interfeyslərə əsaslanan uzlaşdırlması prosesi sadə həyata keçirilir;
  • PDH sistemlərinin Avropa və Amerika iyerarxiyalarının uzlaşdırılmasına imkan verir, mövcud PDH sistemlərinin uzlaşdırılmasını təmin edir, ATM, MAN, HDTV və digər verilişlər üçün kanalın yüksək buraxma qabiliyyətini əldə etməyə imkan verir və eyni zamanda veriliş sistemlərinin gələcək inkişafını təmin edir;
  • İlkin şəbəkənin daha optimal idarə edilməsini və öz-özünü dioqnastika etməsini təmin edir.

Sinxron rəqəm iyerarxiyasının işlənib hazırlanmasının ümumi xüsusiyyətlərini ayıraq:

  1. imkanlılıq kanallarının giriş siqnalları kimi yalnız PDH və SDH triblərin (tributary- yük selinə qoşulan komponent siqnal, tabe olan siqnal və ya yük) istifadə olunması
  2. triblər nəzərdə tutulan standart konteynerlərə yığılmalıdır ki, bunların da ölçüləri PDH iyerarxiyasında triblərin səviyyəsi ilə müəyyən olunur;
  3. virtual konteynerlərin vəziyyətləri sinxron işlənilmə faktı və faydalı yük sahəsi daxilində konteynerin vəziyyətinin mümkün dəyişməsi arasında yaranan ziddiyətin aradan qaldırılmasına imkan verən göstəricilər vasitəsilə müəyyən olunur;
  4. eyni səviyyəli bir neçə konteyneri bir arada yerləşdirilə və qeyri-standart faydalı yük üçün istifadə olunan fasiləsiz bir konteyner kimi baxıla bilər;
  5. ölçüləri 9×9=81 bayt olan başlığın ayrı sahəsinin formalaşdırılması nəzərdən keçirilir.

SDH texnologiyası adətən mövcud ilkin şəbəkənin kanalları vasitəsilə birləşdirilmiş “adalar” kimi tətbiq olunur. İkinci etapda “adalar” SDH əsasında ilkin şəbəkədə birləşdirilir. Nəticədə müasir etapda yalnız SDH texnologiyasına nəzər salmaq kifayət deyil, həmçinin diqqəti kombinasiya edilmiş şəbəkələrin və SDH və PDH sistemlərinin qarşılıqlı əlaqə proseslərini analiz etməyə də yönəltmək lazımdır.

SDH iyerarxiyasının standart səviyyələri STM-1, STM-4, STM-16, STM-64 və STM-256’dır. SDH iyerarxiyası daxilində multipleksasiya prosesi sürətlərin bərabərləşdirilməsi prosesi həyata keçirilmədən sinxron şəkildə yerinə yetirilir. Nəticə etibarı ilə ilkin rəqəm şəbəkəsinin qurulma texnologiyası zamanı veriliş sürətindən asılı olmayaraq istənilən səviyyəli SDH iyerarxiyasının rəqəm selindən PDH iyerarxiyasının istənilən səviyyəsindən rəqəm sellərinin yüklənməsi və ayrılması imkanının olması SDH konsepsiyasının əsas üstünlüyüdür.

YAZAR: Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat  Kollecinin Telekommunikasiya fakültəsi, Çoxkanallı Telekommunikasiya Sistemləri ixtisasının son kurs tələbəsi Əhmədli Lamiyə

Həmçinin bax: Rəqəm telekommunikasiya sistemlərinin xətt traktının layihələndirilməsi

Həmçinin bax: https://turaz.org/coronavirus-avropa-olkeleri-yeni-ilden-evvel-mehdudiyyetleri-sertlesdirir/

Həmçinin bax: https://tehsilim.org/bdu-da-qarabag-zeferinin-huquqi-tarixi-ve-iqtisadi-mustevide-tehlili-movzusunda-beynelxalq-konfrans-kecirilib/