“Savaşda uğur qazanmaq üçün mənəvi gücün rolu dörddə üç, maddi gücün rolu dörddə birdir”.

⁹“Savaşda uğur qazanmaq üçün mənəvi gücün rolu dörddə üç, maddi gücün rolu dörddə birdir”.

Böyük sərkərdə Napoleonun bu sitatı əslində savaşın sakit dəhşətini anlamaq üçün yetir. Müharibə ilk baxışda mənəviyyatın, bütün fiziki və mənəvi sərhədlərin dağıdıldığı prosesdi. Amma qalib gəlmək üçün mənəviyyatlı olmaq, savaşın yazılmamış qanunlarına (indi həm də beynəlxalq səviyyədə yazılmış və razılaşdırılmış) əməl etmək mütləqdir və həlledicidir…

…Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi ərazi bütövlüyü prinsipidir. BMT və digər beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Təəssüf ki, bu diplomatik dəstək Ermənistana əməli təzyiqə keçmədiyi üçün işğalçı ölkə davamlı olaraq Azərbaycan ərazilərində təxribat və terror törətməyə davam edir. Və bu terror hadisələrində əsas hədəf Azərbaycan Ordusu ilə yanaşı, mülki əhali və onların şəxsi təsərrüfatı olur.

Bu il iyulun 12-də növbəti dəfə Azərbaycanın DÖVLƏT SƏRHƏDİNİ pozan Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınarkən 12 hərbçi şəhid oldu, yaralılar var. Ermənilər təkcə hərbçilərə qarşı deyil, mülki əhaliyə də savaş açdılar. Erməni terroru nəticəsində Tovuz rayonu Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu öldürülüb. Qeyd edək ki, bu, ermənilərin mülki əhaliyə qarşı ilk hücumu deyil. 1992-ci ildə törədilmiş, bütöv bir qəsəbədə dinc əhalinin xüsusi amansızlıqla qətlə yetirilməsi ilə nəticələnmiş Xocalı soyqırımından sonra da mülki əhaliyə qarşı amansızlıqlar davam edib. Atəşkəs sazişi imzalanandan sonra yüzlərlə mülki şəxs qətlə yetirilib və yaralanıb. 2017-ci ilə qədər olan statistikaya görə, atəşkəsdən sonra 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si ağır yaralanıb. 2011-ci ildə Ağdam rayon sakini, 9 yaşlı Fariz Bədəlovun həyətlərində oynayanda ermənilər tərəfindən qətlə yetirilməsi, 2017-ci ildə isə Füzuli rayonu ərazisində nənəsi Sahibə Quliyeva ilə birlikdə 2 yaşlı Zəhra ermənilərin atəşi nəticəsində öldürülməsi dünya mediasının da gündəmində olub.

12-15 iyul tarixlərində isə Tovuz rayonunda 76 yaşlı sakin evində, süfrə arxasında işğalçının gülləsi ilə qətlə yetirilib, rayonun Vahidli, Yuxarı Öysüzlü, Ağdam kəndlərinin ərazisində 2 evə, həyətyanı sahələrə, əkin yerlərinə mərmi düşüb, dağıntılar olub. Kəndlərin mərkəzi yollarına düşən mərmilərin isə sayı-hesabı yoxdur. Ermənilər iriçaplı silahlardan bir neçə saat fasiləsiz olaraq kəndləri atəş altında saxlayır. Mərkəzi kommunikasiya xətlərini sıradan çıxarır, kəndləri elektrik enerjisiz qoyur.

Ermənistan-Azərbaycan münaqişəsi zamanı azərbaycanlıların erməni mülki əhalisinə hücum etməsi faktı qeydə alınmayıb. Ermənistanın hüquqi tanınmış ərazilərinə Azərbaycan tərəfinin heç bir hücumu və müdaxiləsi olmayıb.

Mülki əhalinin hücuma məruz qalması 12 avqust 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinin birbaşa pozulmasıdır. Hansı ki, Ermənistan da bu konvensiyanı ratifikasiya edib. Konvensiyanın məzmununa görə, Azərbaycan da, Ermənistan da ehtimal olunan münaqişə zamanı heç bir halda “combatant” (mübarizə aparan) olmayan, mülki əhalini hədəf almamaq və onların müdafiəsini təşkil etmək öhdəliyini qəbul edib.

Konvensiyanın tələbinə əsasən, müharibələr zamanı mülki obyektləri və əhalini hədəf almaq qadağandır və müharibə cinayəti hesab olunur.

Mənbə: Lent.az

Xəbərçi: Kafkazh.com xüsusi müxbir üzvü-Nuray Ələkbərova