Şamaxı Astrofizika Rəsədxanası alimlərinin elmi məqalələri NASA-nın rəqəmsal kitabxana portalına yüklənib

“Azərbaycan astronomiya” jurnalının son illərdəki buraxılışlarının elektron nüsxələri SAO/NASA Astrofizika Məlumat Sisteminə (ADS) yerləşdirilib.

Bu barədə AZƏRTAC-a AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, ŞAR alimlərinin elmi məqalələri hər il dövri olaraq “Azərbaycan astronomiya” jurnalında dərc edilir. Jurnaldakı məqalələrin elektron nüsxələri 2013-cü ildən etibarən ADS-yə yüklənərək arxivləşdirilir.
Qeyd edək ki, ADS astronomiya, astrofizika və fizika arxiv elektron nəşrlərini əhatə edən 13 milyondan çox qeydlərdən ibarət üç biblioqrafik məlumat bazasına malikdir.

Mənbə: azertag.az
Xəbərçi: Aytən Abbasova