Şahmatçımız beynelxalq festivalı qelebe ile başa vurub

Şahmatçımız Arkadi Naydiç beynəlxalq festivalda növbəti turu qələbə ilə başa vurub

İsveçrənin Bil şəhərində şahmat üzrə 53-cü beynəlxalq festival davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Arkadi Naydiç klassik şahmat üzrə turnirin 6-cı turunda ispaniyalı David Antona qalib gəlib. Bununla da xallarının sayını 22,5-ə çatdıran şahmatçımız 5-ci yerə yüksəlib.
Qeyd edək ki, turnirin favoriti polşalı şahmatçı Radoslav Voytaşekdir. Onun aktivində 33 xal var.

Mənbə: azərtac
Kafkazh.com xüsusi muxbiri:Jalə Hüseynova