Sahillərin geneti təsnifatı

Sahillərin geneti təsnifatı*

*1* Sahillərin formalaşmasında müxtəlif amillər iştirak etdiyindən onların quruluşu və genezisi çox mürəkkəb olur, bu da öz növbəsində sahillərin təsnifatını xeyli çətinləşdirir.

*2* Sahillərin təsnifatı prinsipləri haqqında indiyə qədər əksər müəlliflər tərəfindən bəyənilmiş vahid bir fikir yoxdur. Ona görə də hazırda bir-birindən fərqlənən bir sıra təsnifatlar vardır.

*3* V.P.Zenkoviçin, O.K.Leontiyevin, L.Q.Nikiforovun fikrincə sahillərin təsnifatında əsas *genetik prinsip * götürülməlidir.

+ Bundan əlavə təsnifat müasir sahillərin dinamikasını və sahilləri formalaşdıran əsas amillə başqa amillərin arasındakı qarşılıqlı əlaqəni əks etdirməlidir.

*4* Sahilləri formalaşdıran əsas amil dalğalanmadır. Başqa amillərə *qabarma-çəkilmənin gördüyü işlər, dənizə tökülən çayların sahildə gördükləri iş, rif qurucu orqanizmlərin fəaliyyəti, sahillərin donmuş süxurlarına dəniz suyunun ternik təsiri* və s. daxildir.

*5* Təsnifat bütünlükdə vahid bir prinsip əsasında qurulmalı və kartoqrafik cəhətdən əlverişli olmalıdır.

*6* F.Rixthofenin, D.Consonun, E.Martonun, F.Şipardın və başqa müəlliflərin təsnifatları bu təbəqələrə uyğun gəlmir.

*7* V.P.Zenkoviçin, O.K.Leontiyevin, L.Q.Nikiforovun təsnifatları bu prinsiplərin əsaslarını özündə əks etsə də, bütünlüklə bu prinsiplərin tələbatına cavab vermir.

*8* Indiyə kimi mövcud olan təsnifatlara nisbətən O.K.Leontiyevin son zamanlar təklif etdiyi təsnifat layihəsi genetik cəhətdən daha əlverişlidir.

*9* Sahillərin təsnifatında başlıca olaraq *morfogenetik xüsusiyyətlər* götürülür. Dəniz sahillərində müşahidə edilən əsas morfogenetik tiplərdən *fiord, rias, liman, aral, dalmasiya, faylı-qaymalı, pərvarı* və s. tipli sahilləri misal göstərmək olar.

*10 Fyord* – ensiz, dərin, yamacları dik və qayalıq formada olur.

+ Dördüncü dövr buzlaşmasında buzların fəaliyyəti, sonralar isə dənizin çay dərələrini və tektonik  çöküntüləri basması nəticəsində əmələ gəmişdir.

+ Norveç, Qrenlandiya, Yeni torpaq adası, Alyaska, İslandiya, Çili sahllərində rast gəlinir.

*11 Dalmasiya* – Sahilə paralel uzanmış dağ silsilələrinin, yüksəkliklərin, yerləşdiyi cavan qırışıqlıq sahəsinin çökməsi və ərazini dəniz suları basması nəticəsində yarnan sahillərdir.

+ Dalmasiya tipli sahillərdə sahilin bütün elementləri sahilin ümumi istiqamətinə paralel yerləşirlər.

+ Dalmasiya tipli sahillər alp qırışıqlığı vilayətləri üçün səciyyəvi olub, *Adriatik dənizinin* Dalmasiya sahillərində qabarıq nəzərə çarpır.

Sahil və onun morfoloji elementləri*

*1 Sahil zona* litosfer, hidrosfer, atmosfer və biosferin qarşılıqlı əlaqələrinin hakim olduğu sahədir. Bu əlaqələrin mürəkkəbliyi və qarşılıqlı əlaqə və ziddiyyətləri nəticəsinə dəniz sahil zonası daim intensiv dəyişkənliyə məruz qalır.

*2* Sahil zonasının əsas elementlərindən biri *sahil xəttidir*. Sahil xətti quru ilə dənizin təmas etdiyi xəttə deyilir. Lakin dəniz və okeanlarda mövcud olan və qurunun sahil zonasında gedən təbii proseslərin təsiri ilə sahil xətti daim dəyişir. Sahil xətti gah dəniz suları ilə örtülür, gah da dənizdən çox uzaqlarda qalır.

+ Qabarma və çəkilmənin hakim olduğu dəniz və okeanlarda bu dəyişkənlik daha aydın nəzərə çarpır. *İ.S.Şukinə* görə bu cür dənizlərdə və okeanlarda sahil xətti üfüqi istiqamətdə 15 km-dən, şaquli istiqamətdə isə 15 m-dən çox dəyişir.

+ *Daxili dənizlərdə də sahil xətti* dəyişkən olur. Burada küləklərdən və atmosfer təzyiqinin müxtəlifliyindən asılı olaraq sahil xətti sutkada bir neçə dəfə dəyişə bilər. Bunlardan əlavə hövzədə iqlimin dəyişməsi və tektonik hərəkətlər də sahil xəttinin tərəddüd etməsinə səbəb olur. Buna, 1929-cu ildən başlayaraq Xəzər dənizi səviyyəsinin 2,5 m-ə yaxın aşağı düşməsini misal göstərmək olar. Xəzər dənizi sahil xəttinin aşağı düşməsinə iqlimin quru olması və insanların təsərrüfat fəaliyyəti nəticəsində materikdən su axımının azalması səbəb olmuşdur.

+ Sahil xətti dənizin «abraziya» və akkumulyasiya fəaliyyəti ilə əlaqədar olaraq da dəyişilə bilər.

*3* Müasir səviyyə ilə əlaqədar olaraq dalğalanma nəticəsində əmələ gələn qırıntı materialı akkumulyativ relyef formaları əmələ gətirir. Akkumulyativ formalar inkişaf etdikcə sahil zona genişlənir və sahil xətti dənizə doğru irəliləməyə başlayır. Bu cür sahillər *akkumulyativ sahillər* adlanır.

+ Akkumulyativ sahillər üçün ən xarakterik relyef formalarından biri də *çimərlikdir*. Çimərlik qurudan gətirilən materialın və sahili təşkil edən ana süxurların litoloji tərkibindən asılı olaraq qumdan, yaxud çaqıldaşlardan ibarət olur. Çimərliyin, adətən, hamar və dənizə doğru az meyilli olan səthi bəzən sahil tirələri ilə xeyli mürəkkəbləşir. Stabil səviyyə şəraitində materialın gətirilməsi azalırsa, yaxud dayanırsa akkumulyativ sahillər yuyulmağa başlayır. Bu cür şəraitin müəyyən dövrü müddətində davam etməsi akkumulyativ sahillərin abrazion sahillərlə əvəz olunmasına gətirib çıxarır.

*4 Sahillərin dinamik rejimi* dəniz səviyyəsinin və tektonik hərəkətlərin rejiminin dəyişməsi ilə əlaqədar olaraq da dəyişilə bilər.

*5* Sahil dəniz dalğalarının fəaliyyəti ilə yuyulmağa məruz qalarsa, bu cür sahillərə abrazion sahillər deyilir. Bu sahillər üçün səciyyəvi relyef forması *klifdir*. Abraziya proseslərinin sahilləri təşkil edən ana süxurlarda yaratdığı çıxıntılara *klif* deyilir.

+ Abrazion sahillər üçün sahil xəttinin daim geri çəkilməsi xarakterikdir. Səviyyənin stabil olduğu şəraitdə, dəniz cərəyanları abraziya nəticəsində əmələ gəlmiş, yaxud sahildən gətirilən qırıntı materiallarını tamamilə aparmağa qadir olmazsa, bu məhsul klifin qarşısında çimərlik şəklində çökərək sahili bir daha yuyulmaqdan qoruyacaqdır.  Belə olduqda sahil xətti geri çəkilməyəcək, əksinə, dənizə doğru miqrasiya etməyə başlayacaqdır. Beləliklə, abrazion sahillər akkumulyativ sahillərə çevrilir.

*6* Dalğalanma prosesi və dəniz cərəyanları yalnız çimərlik və klifə təsir etməyib, dənizin şelf adlanan dayaz hissəsində sualtı sahil yamacına da öz təsirini göstərir. Bu sahənin relyefindən asılı olaraq dalğalanma və cərəyanlar bir yerdə abraziya fəaliyyətində olduqları halda, başqa bir yerdə akkumulyativ fəaliyyətdə olur. Ona görə də sahil zonasına yalnız dənizin sahil xəttinin tərəddüd etdiyi zona (ən yuxarı və aşağı səviyyələr zamanı mövcud olan sahil xəttlərinin arası) deyil, dənizlə qurunun morfoloji effekt verən qarşılıqlı əlaqəsi müşahidə edilən daha geniş sahə daxil edilir. Buraya həm sahil, həm də sualtı sahil yamacı daxildir.

*7* Dəniz və okeanların sahillərində müasir sahil xəttindən əlavə qədim sahil xəttləri də müşahidə edilir. Qədim sahil xəttlərinə həm müasir səviyyədən çox yüksəklərdə, həm də dəniz suları altında təsadüf edilir. Məsələn, Xəzər dənizində dördüncü dövr sahil xətlərinə 328-418 m müasir səviyyədən yüksəkdə və 40 m-ə qədər dərinlikdə müşahidə edilir. Bu, dördüncü dövr müddətində iqlimdən və tektonik hərəkətlərin rejimimndən asılı olaraq səviyyənin dəyişməsinin nəticəsidir.

*8 O.K.Leontyev* qədim və müasir sahil xətlərinin yayıldığı bütün zonanı sahil adlandıraraq üç hissəyə ayılır:
+ 1) yüksəkliklərə qaldırılmış sahil xətləri zonası,

+ 2) müasir sahil zonası,

+ 3) dəniz suyu və çöküntüləri ilə basdırılmış sahil xətləri zonası.

Yazar: Səbinə İsmayılova

Həmçinin bax : karst-prosesleri/

Həmçinin bax : https://turaz.org/erdogan-turkiye-ve-qirgizistan-ticaret-dovriyyesini-1-milyard-dollara-catdirmagi-hedefleyir/

Həmçinin bax :https://tehsilim.org/tehsil-naziri-ostim-texniki-universitetinin-numaynde-heyeti-ile-gorusub/