“Sabah” klubu Ramil Şeydayev ilə müqaviləni yeniləyib
Bakının “Sabah” klubu futbolçusu Ramil Şeydayev ilə yeni müqavilə bağlayıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, 24 yaşlı hücumçu daha bir il paytaxt komandasının formasını geyinəcək.
Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan R.Şeydayev “Sabah”da bu ilin fevralından çıxış edir.
Mənbə: Azərtac
Müxbir: kafkazh.com
Xüsusi müxbir: Jalə Hüseynova