“Sabah” klubu monteneqrolu futbolçu ilə birillik müqavilə bağlayıb
“Sabah” klubu monteneqrolu futbolçu ilə birillik müqavilə bağlayıb
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, monteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə birillik müqavilə bağlanıb.
Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan futbolçu karyerası ərzində “Rad” (Serbiya), “Zeta” (Monteneqro), “Radniçki” (Serbiya), ÇSKA (Sofiya, Bolqarıstan), “Unirea Alba Yulia” (Rumıniya), “Aberdin” (Şotlandiya), “Yavor” (Serbiya), “Şturm” (Avstriya), “Osasuna” (İspaniya), BSU (Çin) və “Lex” (Polşa) klublarında çıxış edib.
Müdafiəçinin sonuncu komandası Sloveniya “Domjale”si olub.Mənbə: azərtac
Müxbir: Jalə Hüseynova